Zühurun əlamətləri

Bismillahir rəhmanir rəhim

 

İmam Məhdi (ə)-ın zühurunun əlamətlərini sadalayan çoxlu hədislər gəlib çatmışdır. Biz burada tarixçi alimlərimizin (r.ə) qeyd etdikləri kimi onları qısaca və yığcam olaraq sadalayırıq. Onu da qeyd edək ki, bu əlamətlərin bəzisi mütləq gerçəkləşəcək əlamətlər, bəziləri isə məşrut – şərtlənmiş əlamətlərdir:  Süfyaninin çıxışı, Seyyid Həsəninin öldürülməsi, Bəni Abbasın dünyəvi hakimiyyət uğrunda bir-birləri ilə ixtilaf etməsi, adət edilənin əksinə olaraq Ramazan ayının yarısında günəş tutulmasının, sonunda isə ay tutulmasının baş verməsi. Bəydada (çöldə) batmanın olması, Qərbdə, Şərqdə batmanın olması. Günəşin zəval vaxtından əsr vaxtına qədər durması. Günəşin qərbdən çıxması. Kufənin arxasında (Nəcəfdə) Nəfsi-zəkiyyənin yetmiş nəfər saleh şəxslə birlikdə öldürülməsi. Rükn və məqam arasında Haşimi olan bir şəxsin başının kəsilməsi. Kufə divarlarının uçması. Xorasan tərəfdən qara bayraqlıların gəlməsi, Yəmaninin çıxması. Misirdə Məğribinin xürucu və onun Şam ərazilərini tutması. Türklərin Cəzirəyə, Rumluların Rəmləyə girməsi. Məşriq tərəfdən ay kimi işıq saçan bir ulduzun çıxması, sonra isə iki tərəfi bir-birinə dəyəcək qədər bükülməsi. Səmada bir qırmızılığın zahir olması və get-gedə səmaya yayılması. Şərqdə uzun bir odun çıxması və üç ya yeddi gün havada qalması. Ərəblərin öz buxovlarını qırması və (başqa) ölkələrə hakim kəsilməsi, əcəmlərin hakimiyyəti altından çıxması. Misir əhlinin öz əmirlərini öldürmələri. Şamın xaraba qalması və üç bayrağın (dəstənin) orada ixtilaf etməsi. Qeys və ərəb bayraqlarının Misirə daxil olması, Kində bayraqlarının Xorasana daxil olması.. Fəratın suyunun daşması və suyun Kufə küçələrinə axması. Hər birisi özünün peyğəmbər olduğunu iddia edəcək yeddi yalançının ortaya çıxması. Hər biri özü üçün imamət iddiası edəcək Əbu Talib ailəsinin xürucu. Cəlula və Xaniqeyn arasında Bəni Abbas şiəsi olan böyük məqamlı bir şəxsin yandırılması.. Günün əvvəlində Səlam şəhərində külək qalxması, sonra zəlzələnin baş verməsi və bununla bir çox insanın yerə batması, İraq əhalisini bürüyəcək bir xofun və bunun içərisində qəfil ölümün olması, can, mal, məhsul qıtlığının olması. Vaxtlı-vaxtsız çəyirtkələrin çıxması və onların tarla və məhsullara hücum çəkməsi. İnsanların əkib becərdiklərinin bar verməməsi. Əcəmdən olan dəstələrin bir-birləri ilə ixtilaf etməsi və çoxlu qan tökülməsi. Kölələrin öz ağalarının itaətindən çıxmaları və onları qətlə yetirmələri. Bidət əhlindən olan bir qövmün məsx olunması, beləcə meymun və donuzlara çevrilmələri. Kölələrin və qulların ağaların ölkələrinə qələbə çalmaları. Səmadan bir səsin eşidilməsi və yer əhlinin hər bir qövmü o səsi öz dilində eşitməsi. Göydən insanla bir üz və sinənin görünməsi. Ölülərin qəbirlərdən qalxıb dünyaya qayıtması. Bu zaman onlar dünyada bir-birləri ilə tanış olub (və ya bir-birlərini tanıyıb) görüşərlər. Sonra bütün bunlar bir-birinin ardıyca olan iyirmi dörd leysanla bitər. Bundan sonra yer öldükdən sonra dirilər, bərəkətləri üzə çıxar, Məhdinin (ə) şiələrindən olan haqq əhlinin üzərindən bütün dərd-qəm çəkilər. Bu zaman onlar onun (ə) Məkkədə zühur etdiyini bilərlər və kömək üçün ona tərəf üz tutarlar.

Imamalmahdi.com

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment