Bismillahir rəhmanir rəhim
İmam Əli (ə) Rəsulullahdan (s) belə nəql edər: “İbadətlərin ən üstünü Mehdinin zühurunu gözləməkdədir.” [1]
İmam Səccad (ə) də buyurmuşdur ki: “On ikinci İmamın qeybəti uzun sürəcək. Onun imamətinə inancı olan və qeybət zamanında zühurunu gözləyənlər, digər zamanlarda yaşayanlardan daha üstündür. Çünki Allahı Təala onlara elə bir ağıl, düşüncə və bacarıq dərəcəsi vermişdir ki, onlar üçün qeybət zamanı, İmamın hazır olduğu zaman kimidir və Allah onları Rəsulullahın (s) hüzurunda cihad edən mücahidlər kimi etmişdir; doğrusu onlar bizim səmimi və həqiqi şiələrimizdir. Onlar, gizli və aşkar olaraq insanları Allaha yönəlməyə çağırarlar. Zühuru gözləmək isə ən böyük qurtuluşdur.” [2]
Gözləyiş, gözlənilən şeyin reallaşmasını müşahidə etməkdir. Gözləyiş, düşüncə və duyğunu gözlənilən şey üzərində sıxlaşdırmaqdır. Gözləyiş, insanın fikir və səyinin çoxalmasına səbəb olar. Gözləyiş, çətinliklərin insana asan gəlməsini təmin edər. Çünki çətinliklərin aradan qaldırılma eşiyində olduğu şüurundadır. Gözləyiş, nəfsi və hətta digərlərini islah etməyi tələb etdiyi kimi Hz. Mehdinin (ə.f) düşmənlərinə qalib gəlməsini təmin etmək üçün insanın mühiti hazırlaması, bu hədəf üçün lazımlı olan məlumat, elm və vəsilələri təhsil almasını da tələb edir.
Mərhum Müzəffər belə yazır: “Dünyanı islahedici və haqq yolda insanların qurtarıcısı olan Hz. Mehdinı (ə.f) gözləmək, dini məsələlərdə əlini qolunu bağlayıb bir şey etməmək demək deyil. Xüsusilə dini hökmləri tətbiq etmək yolunda cihad, yaxşılığı əmr etmək və pislikdən çəkindirmək kimi dini vəzifələrə sıx sarılmaq lazımdır. Çünki müsəlman, nə vəziyyətdə olursa olsun İlahi əhkamla əməl etmək və onu daha yaxşı tanımaq üçün addım atmaq və mümkün olduğu qədər yaxşılığı əmr edib pislikdən çəkindirməklə vəzifəlidir. İslah edicini gözləmək bəhanəsiylə fərzləri yerinə yetirməmək doğru deyil. Gözləyiş, müsəlmanların üzərindən heç bir dini vəzifəni qaldırmaz və heç bir əməli də təxirə salmaz.” [3]
[1] – Yənabiul-Məvəddə, s. 493. əl-Məhdi, s. 201.
[2] – Biharul-Ənvar, c. 52, s. 122.
[3] – Dər İntizarı İmam (ə.f), s. 54.
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.