Bismillahir Rəhmanir Rəhim
Həzrət Məhdinin (əc.) zühurundan sonrakı dövr, məsumların hədislərində müxtəlif baxışlardan izah olunmuşdur:
1-Ümumdünya İslam hakimiyyəti
İmam Sadiq (ə) buyurmuşdur:
“Bizim qiyam edənimiz (Qaimimiz) qiyam etdikdə bütün yer üzündə Allahın birliyinə və Peyğəmbərin (s) nübüvvətinə şəhadət veriləcəkdir”.
2-İlahi hökmlərin tam icrası
İmam Kazim (ə) “əl-Hədid” surəsinin 17-ci ayəsinin təfsirində buyurmuşdur:
“Allahın, yeri öldürdükdən sonra yenidən diriltməsində məqsəd, onu yağışla diriltməsi deyildir. Allah bəzi insanları göndərərək, yeri ədalət və ilahi hökmlərin icrasıyla dirildəcək-dir.”
3-Quran təlimlərinin dirçəldilməsi
Həzrət Əli (ə) İmam Mehdinin (əc.) qiyamının nəticələri barədə buyurmuşdur:
“İnsanlar Quranı öz istədiklərinə uyğun şəkildə izah etdikdə, o, onların fikir və nəzərlərini Qurana tərəf yönəldəcək və Quran həqiqətlərinə xidmət göstərməyə sövq edəcəkdir. O, unudulmuş Quran və sünnəni və onun həmişəyaşar təlimlərini necə dirçəldəcəyini sizə göstərəcəkdir”.
4-Zülmün məhv və ədalətin bərqərar edilməsi
Peyğəmbər (s) buyurmuşdur:
“Mehdi (əc.) mənim övladlarımdandır. O, qeybə çəkiləcək, zühur etdikdə isə, zülmlə dоlmuş yer üzünü ədalətə qərq edəcəkdir”.
5-İslamın yenidən başlanması
İmam Baqir (ə) buyurmuşdur:
“Peyğəmbərin (s) etdiyi işləri o da edəcəkdir. Peyğəmbər (s) cahiliyyət adətlərini sındırdığı kimi, o da qabaqkı qanunları ləğv edəcəkdir. O, İslamı əvvəldən başlayacaqdır”.
6-İnsanlar arasında elmin kamilləşməsi
İmam Sadiq (ə) buyurmuşdur:
“Elm 27 hərfdən ibarətdir. Peyğəmbərlərin gətirdiyi bütün təlimlər onun yalnız 2 hərfidir. Bizim Qaimimiz qiyam etdikdə, onun digər 25 hərfini də aşkara çıxaracaq və insanlar arasında yayacaqdır”.
7-Əqli inkişaf
İmam Baqir (ə) buyurmuşdur:
“Bizim Qaimimiz qiyam etdikdə, Allah, bəndələrin ağıllarını toplayacaq, səhmana salacaq, fikir və düşüncələrini kamilləşdirəcəkdir”.
8-Təhlükəsizlik
İdris peyğəmbərin (ə) səhifələrindən belə nəql olunmuşdur:
“Məhəmməd ailəsinin Qaimi (əc.) zühur etdiyi zaman yer üzünə təhlükəsizlik bəxş edəcək, insanların bir-birinə zərər yetirmələri və bir-birindən qorxmaları aradan qalxacaqdır”.
Həmçinin, İmam Əli (ə) buyurmuşdur:
“O zaman bir qadın İraqdan Şama qədər piyada gedər; halbuki, heç kim və heç bir şey onu qorxutmaz”.
9-İnsanlar arasında birlik və məhəbbət
Əmirəl-möminin Əli (ə) buyurmuşdur:
“Bizim Qaimimiz (əc.) qiyam etdikdə kin və düşmənçilik bəndələrin qəlbindən çıxacaqdır”.
10-Yer üzünün günahdan paklanması
İmam Sadiq (ə) həzrət Mehdinin (əc.) zühurundan sonrakı insanlar haqqında buyurmuşdur:
“İnsanlar yerdə Allaha itaətsizlik göstərməzlər”.
“Bizimlə bizdən gizli”, Müqәddәs Сәmkәrаn mәscidinin tәdqiqаt bölmәsi
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.