Bismillahir rəhmanir rəhim
İmam Mehdinin (ə.f) dördüncü xüsusi naibi Əli ibn Məhəmmədi Səmərinin vəfatından sonra, Qeybəti Kübra dövrü başladı. İndiyə qədər də davam etməkdə… İmam Mehdi (ə.f) Allah Təalanın əmriylə qiyam və zühur edəcək. Əhli Beyt İmamları bir çox hədislərdə zühur vaxtının ifadə edilə bilməyəcəyini və bunu ancaq Allahın biləcəyini, qəflətən Allahın əmriylə baş verəcəyini və zühur üçün bir vaxt ifadə edən kəslərin yalançı olduğunu açıqlamışlar.
“Fuzeyl” İmam Baqirdən (ə) “Görəsən bu iş üçün bir zaman təyin ediləcəkmi?” deyə soruşduqda İmam üç dəfə belə buyurdu: “Vaxt təyin edənlər yalançıdırlar.” (Qeybəti Şeyx Tusi, s. 261-262.)
“İshaq ibn Yaqub” Məhəmməd ibn Osmanı Əmri vasitəsiylə İmam Mehdiyə (ə.f) bir məktub yazaraq bir neçə sual soruşdu, İmam (ə.f) sualları cavablandırarkən zühur vaxtı haqqında buyurdu ki: “Zühur vaxtı Allahın əmrinə bağlıdır; zaman təyin edənlər yalançıdırlar.” (Kəmalud Din, c. 2, s. 160, Hədis.4.)
Zaman ifadə etməkdən məqsəd, zühur vaxtının dəqiq olaraq ifadə edilməsidir və bu kimi şeylərin vaxtını ifadə etməyi İmamlar (ə) əsla caiz bilməmiş və Allahın sirlərindən saymışlar. Amma bəzi əlamətlər də ifadə edilmişdir ki, onlar baş versə, zühur vaxtının yaxın olduğu mənasını verər.
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.