Bismillahir Rəhmanir Rəhim
Hər şeydən öncə zühur və qiyam anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. Zühur bir şəxsin gizlənib örtündüyü yerdən aşkara çıxması, qiyam isə hərəkət, inqilab və bir işə başlamaq anlamına gəlir. Peyğəmbəri Əkrəm (s) və pak imamların (ə) hədislərinə nəzər saldığımız zaman görürük ki, əslində bizim kahinliyə və ya öncədən xəbər verməyə ehtiyacımız yoxdur. Belə ki, bu hədisi-şəriflər İmam Məhdi (ə.f)-in zühurunun necə baş verəcəyini bizlər üçün açıqlamışdır.
İmam Məhdinin (ə.f) zühuru mübarək Ramazan ayında baş verəcək güclü səmavi səsdən bir qədər sonra baş verəcək. O həzrətin (ə.f) zühuru Mədinə şəhərində olacaq. Onun (ə.f) zuhur etməsi xəbəri Şama (Suriya, İordaniya və Fələstinə) hakimlik edən Süfyaniyə çatacaq. Bu xəbər Süfyaniyə çatar-çatmaz İmam (ə.f)-i aradan götürmək üçün Mədinə şəhərinə bir qoşun göndərəcək. Lakin İmam (ə.f) qoşun Mədinə şəhərinə çatmamışdan öncə şəhərdən çıxaraq Məkkəyə üz tutacaq. Süfyaninin ordusu Mədinəyə çatdıqda İmamın (ə.f) orada olmadığını görəcək və bunun ardınca Məkkə şəhərinə üz tutacaq. Lakin onlar bu məqsədlə yolda ikən Beyda adlanan çöldə yerə batacaqlar. İmam (ə) isə Məkkəyə çatacaq. Burada o (hədislərin birində də gəldiyi kimi) Səfa dağına yaxın bir yerdə məskunlaşacaq. Başqa bir hədisə əsasən isə: “O (ə.f) Zi-Tuva (dağının) bir tərəfində məskunlaşacaq ki, ora Məkkə yaxınlığında olan bir yerdir”. (Ğeybə, Numani, hədis 30, s.182, Əqdud-durər, Şafei, s.133) Beləcə günlər keçəcək, İmamın (ə.f) qiyam vaxtı yetişəcək. Yer üzünün şərqindən və qərbindən 313 nəfər xas şəxs (səhabə) bir araya gəlib Məkkə şəhərində toplanacaqlar və beləcə İmam (ə.f) öz müqəddəs qiyamına Məkkə şəhərindən başlayacaq.
Doktor Əbdüz-zəhra Vaili, Fi rihabil-İmamil-Huccə (ə)
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.
Allah o gunleri gormeyi bize nesib etsin, inweallah.