Zühur məsələsində tələskənlik

Bismillahir rəhmanir rəhim

 

Məhdilik mədəniyyətində yaranan ciddi xəsarətlərdən və yanlışlıqlardan biri də zühurun iste`calını, yə`ni bir şeyin vaxtı və lazım olan şəraitləri vücuda gəlmədən onun baş verməsini istəməkdir. Tələskən insanlar nəfslərinin zəifliyinə, tutumlarının az olmasına, təmkin və aramlığını əldən verdiklərinə görə, eləcə də şəraitləri nəzərə almadıqlarına görə, hər bir şeyin tez bir zamanda baş verməsini istəyirlər.

Həqiqi məhdilik mədəniyyəti, eləcə də qaib İmamın intizarı məsələsi ilə qarşılaşmada intizarçı insan daim zühurun baş verməsini arzu edir, bütün varlığı və eşq ilə zühurun baş verməsini istəyir, bu, işin tezləşməsi üçün dua edir, lakin heç vaxt bu işdə tələsmir; qeybət dövrü nə qədər uzansa və intizar nə qədər uzun müddətli olsa da, yenə də səbrini əldən vermir; əksinə zühura olan sonsuz eşq və məhəbbətinə baxmayaraq Allahın iradəsi və Onun istəyi qarşısında kamil şəkildə, qeydsiz-şərtsiz təslim olur, zühur üçün lazım olan bütün şəraitlərin gerçəkləşməsi üçün səbir edir.

Əbdür-Rəhman ibni Kəsir deyir: İmam Sadiq (ə)-ın hüzurunda oturmuşdum ki, Möhrüm adlı bir şəxs daxil olub dedi: «Sənə fəda olum! Mənə deyin görüm, intizarını çəkdiyimiz bu iş nə vaxt baş verəcəkdir?» İmam buyurdu: «Ey Möhrüm, vaxt tə`yin edənlər yalan demiş və tələsənlər həlak olmuşlar. Nicat tapanlar –təslim olanlardır[4]

Zühur işində tələsməyin qadağan edilməsi buna görədir ki, bu hadisənin ardınca intizarçı insanda ümidsizlik, məyusluq ruhiyyəsi baş verə bilər, o bununla da təmkin və səbrini əldən verər, onun təslimçilik haləti giley güzara çevrilə bilər, zühurun təxirə düşməsindən qərarı kəsilər, bu ruhi xəstəlik başqalarına da sirayət edər, hətta bə`zən zühur işində tələskənlik imamın varlığının inkar olunmasına da səbəb ola bilər.

Qeyd etmək lazımdır ki, zühur işin də tələskənliyin mənşəyi budur ki, onun ilahi sünnələrdən olmasını, bütün sünnələr kimi, şərait və zəminələrinin yaranmasından sonra həyata keçəcəyini bilmir və buna görə də onun baş verməsində tələskinliyə düçar olurlar.

 

 

Erfan.ir

Məlumatdan istifadə etdikdə istinad vacibdir

Leave a Comment