Bismillahir rəhmanir rəhim
Humran ibn Əyən İmam Baqir (ə)-ın belə buyurduğunu nəql edir: “Sanki mən görürəm ki, sizin dininiz daim (yaralı quş tək) qan içində olub çırpınır. Sonra isə onu biz Əhli-Beytdən olan bir kəs (bu vəziyyətdən xilas edib) sizə qaytarır. Sonra ildə iki dəfə sizə əta (bəxşiş) verir, ayda iki dəfə ruzi verir. Onun zamanında sizə hikmət veriləcək. Elə bir həddə ki, bir qadın öz evində Allahu-təalanın kitabı və Peyğəmbərin (s) sünnəsi ilə hökm verəcək!” (Biharul-Ənvar: 52/352)
Şeyx Əli Kəvrani deyir: İldə iki dəfə və ayda iki dəfə verilən əta və rizqdən məqsəd budur ki, İmam Məhdi (ə) ildə iki dəfə beytül-maldan insanlara mal paylayacaq və hər iki həftədən bir onları ərzaqla təmin edəcək.
Şeyx Əli əl-Kəvrani, “əl-Mucəmul-Məvzui”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.