Zühur əsrində ideal cəmiyyətin xüsusiyyətləri (1)

Bismillahir rəhmanir rəhim

İnsanoğlunun təməl ehtiyacları arasında xüsusi bir yer əhatə edən, ən əhəmiyyətli ehtiyaclardan biri də təhlükəsizlikdir. Əlbəttə bu ehtiyac, əxlaqi təhlükəsizlik, iqtisadi təhlükəsizlik, hüquqi təhlükəsizlik, ictimai və ailəvi təhlükəsizlik kimi müxtəlif ölçülərə malikdir. Zühurla əlaqədar bir çox rəvayətdən aydın olan, hədəflənən ideal cəmiyyətin bir xüsusiyyəti də təhlükəsizlik və güvənin cəmiyyətdə gerçək mənada və bütün ölçüləriylə reallaşmasıdır.

İmam Sadiq (ə); “Allah içinizdən iman edənlərə … vəd etmişdir: … Onları yer üzündə güc və iqtidar sahibi edəcək və onları qorxularından sonra təhlükəsizliyə qovuşduracaq” ayəsinin təfsiriylə əlaqədar olaraq “Bu ayə Qaim və səhabələri haqqında nazil olmuşdur. “[1]  buyurmuşdur.

Hz. Məhdi (ə.f) dövründəki hakim təhlükəsizlik sayəsində bir qadının narahatlıq və qorxusu olmadan dünyanın şərqindən qərbinə tək başına səfər edə biləcəyi Əhli Beyt İmamlarından nəql edilmişdir.

Yəni Allah Təalanın, möminlərin qorxu və etibarsızlığını, təhlükəsizlik və güvənə çevirəcəyinə dair sözü tam mənasıyla Hz. Məhdi (ə.f) zühuru dövründə reallaşacaq. İnsanlar o zaman hər cür iqtisadi, hüquqi, əxlaqi və ictimai dərddən uzaq bir dünyada hüzur dolu bir həyat sürdürəcəklər. Bu səbəbdən, cəmiyyətdə hakim olan səhv əlaqələr üzündən, hər insanın həyatında meydana gələn təhlükəli keçid və darboğazların ideal cəmiyyətdə heç bir yeri yoxdur. Bu da ilahi ideal cəmiyyətə aid bir səadətdir.

 

[1]  – əl-Ğeybə, s. 240; Nur surəsi, 55-ci ayənin təfsirində.

 

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

 

Leave a Comment