Zühur əlamətlərindən bəhs edən hədislərin bölgüsü

Bismillahir rəhmanir rəhim

 

İmam Məhdi (ə)-ın zühur əlamətlərindən bəhs edən hədisləri üç qismə bölə bilərik:

1-Ümumi əlamətlər. Hansılar ki, İslam ölkələrində və digər bəşəri toplumlarda baş verəcək inhiraflardan bəhs edirlər.

Bu əlamətlər İmam Məhdi (ə)-ın zühuruna yaxın olan əlamətlər deyillər. Mümkündür ki, onlar İmamın (ə) zühurundan on illər və ya əsrlər öncə baş vermiş olsunlar.

2-İmam Məhdi (ə)-ın zühuruna yaxın vaxtlarda, yəni mübarək zühurdan bir neçə il öncə baş verəcək əlamətlər. Bu əlamətlər zühurun onlar baş verən ildə baş verəcəyinə dəlalət etmirlər.

3-İmam Məhdi (ə)-ın zühuru baş verən ildə və ya onda bir il əvvəl baş verəcək əlamətlər.

Bu sonuncu qisim əlamətlər özü də iki qisimə bölünür:

a-Məhtum olan əlamətlər: yəni, baş verməsi mütləq və qaçılmaz olan əlamətlər. Belə əlamətlər şəksiz baş verəcək. Hədisi şəriflərdə bu cür əlamətlərin sayının beş olduğu qeyd edilmişdir.

b-Qeyri-məhtum əlamətlər: yəni baş verməsi mütləq və qaçılmaz olmayan əlamətlər. Belə əlamətlər baş verə və ya verməyə də bilər. Belə əlamətlər çoxdur.

Mübarək zühurdan bəhs edən hədislərin bu cür bölgüsü mühüm əhəmiyyət daşıyır. Belə ki, çox vaxt hədislərin zühur öncəsinə, yoxsa ümumi əlamətlərə işarə etdiyini ayırd edə bilməmək yalnış nəticələrə gətirib çıxarır. Məsələn, türklərdən və ya xorasanlılardan bəhs edən bir çox hədislər əslində birinci qisim hədislərdəndir. Lakin yalnış tətbiq sayəsində bu hədisləri ikinci və ya üçüncü qisimə aid edirlər və beləcə yalnış nəticə əldə edirlər. Bəzi alimlərin fikrincə hətta Süfyanidən danışan bəzi hədislər belə birinci qisim əlamətlərə aid edilə bilər. Hərçənd ki, Süfyaninin zühurdan bir neçə ay öncə ortaya çıxacağı məlumdur. Lakin bu alimlərin fikrincə bəzi hədislərdə Abbasilərin zalım xəlifələri üçün də bu ad işlədilib. Buna görə də bizlər diqqətli olmalı və hədislərin hansı dövrə işarə etdiyini bilmədən zahirə əsasən qərar verməməliyik.

 

Tədqiq: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacidbir.

Leave a Comment