Zahiri və batini vilayət

  Bismillahir-rəhmanir-rəhim

Şübhəsiz, İmamın iki vilayəti vardır: Zahiri və batini vilayət. İnsanlar qeybət zamanında hər iki vilayətdən də faydalanırdılar.

İmamın batini vilayətlə olan qənaətləri; batini yollarla baş verməkdədir. Bu qənaətlərin, xalqın gözləri qarşısında təsdiqlənməsi lazım deyil. Bu qənaətlərdən biri qabiliyyətləri cücərtməkdir. Bunun bir çox nümunəsi vardır.

Əllamə Tabatabai əl-Mizan adlı təfsirində “Və onları əmrimizlə hidayət edən İmamlar etdik” ayəsi və bənzəri digər ayələrdən bu nəticəni almışdır ki, İmam aleyhissələmin xalqın ürəklərinə nəzarəti və batini vilayəti vardır. İmam, hidayət qaynağıdır və istədiyi hər ürəyə hidayəti bağışlayar.” (Kamal-ud Din”, c. 1, s. 253 )

Cabir Ənsaridən belə nəql olunmuşdur:Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm), “Şiələr qeybət zamanında Qaimdən faydalana biləcəklərmi?” deyə soruşdular. Buyurdu ki: “Bəli, məni peyğəmbərliklə vəzifələndirənə and olsun ki, insanlar onun qeybətində onun vilayətinin nuru ilə işıqlanacaq və ondan faydalanacaqlar. Eynilə buludlar arxasında qalan günəşdən faydalandıqları kimi.”

Zahiri vilayətin gərəyi olan işlərdən biri şəriət və İslamın təməl prinsiplərini qorumaq və tarix boyunca onun əsalətini hifz etməkdir. Beləcə yeni bir şəriətin nazil olmasına gərək qalmaz. Eyni şəkildə ilahi hikmətə uyğun olaraq sair işlərə də nəzarət edər. Ancaq İmamın zahiri vilayət çərçivəsindəki qənaətləri, ya şəxsi tanınmayacaq şəkildə və ya zahiri səbəbləri bilinməyən qeybi köməklər vəsiləsiylə baş verməkdədir.

Onun qeybətdə olması, heç kimi görmədiyi və ya heç kimin onu görmədiyi mənasını verməz. O, görülsə də tanınmaz. İmamın mübarək bədəninin faydaları və bərəkətlərinin yanında, onun varlığına, açıq, gizli bütün sirlərimizi bildiyinə, hər an zühur edib zalımların kökünü kəsəcəyinə inanmaq da, insanın təhsil və tərbiyəsində müsbət rol oynayar, onun ürəyində ciddilik və ümidin meydana gəlməsinə səbəb olur.

Bəli, insanlar, qeybət zamanında da öz başına buyruq olmadıqlarını, elm və hikmət, güc və qüdrət sahibi ilahi bir İmamlarının olduğunu bilməlidirlər.

 

 

Hz. Peyğəmbərin (s) hədislərində İmam Mehdi (ə.f) kitabından

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment