Bismillahir rəhmanir rəhim
Şeyx Tusi (r.ə) “Ğeybət” kitabında səfirlik iddiası edən yalançı müddəilər barədə yazır: (səh.397-414)
Onların birincisi “Şəriyi”dir.
Bizə bir dəstə şəxs Əbu Muhəmməd ət-Tələkbəridən (Harun ibn Musa) nəql etdilər ki, deyib: Əbu Əli Muhəmməd ibn Həmmamdan demişdir: “Şəriyinin künyəsi Əbu Muhəmməd idi”.
(Harun deyir:) Fikrimcə onun adı Həsən idi və Əbul-Həsən Əli ibn Muhəmməd Hadi (ə)-ın əshabından idi. Ondan sonra isə Həsən ibn Əli (Əsgəri) (ə)-ın əshabından oldu. O ilk şəxsdir ki, Allahın ona vermədiyi və əhli olmadığı bir məqamı iddia etdi. Allaha və onun höccətlərinə yalan yaxıb layiq olmadıqları şeyləri onlara nisbət verdi. Elə bir şeyi (imamlara) nisbət verdi ki, onlar ondan uzaqdırlar. Beləcə şiələr onu lənətləyib ondan təbərrö etdilər və İmam (ə.f)-dən də onu lənət edən və ondan təbərrö etdiyi bildirən bir məktub sadir oldu.
(Harun deyir:) Sonra o küfr və dinsizlik izhar edən sözlər dedi.
(Sonra deyir:) Bütün bu iddiaçılar ilk əvvəl imama yalan nisbət verir və belə bir iddia edirlər ki, guya imamın vəkilləridirlər. Bununla (camaatı) özlərinə tərəf çəkmək istəyirlər. Bundan sonra isə bir az da həddi aşırlar və iş o yerə çatır ki, “həllaciyyə” (Allahın onların bədənlərinə daxil olması, əl-iyazu billah!) iddiası edirlər. Necə ki, Əbu Cəfər Şəlməğani və sair onun kimilərində belə olmuşdur – Allahın lənəti olsun hamısının üzərinə”.
“Də`vas-səfara”, Şeyx Muhəmməd Sənəd
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.