Bismillahir Rəhmanir Rəhim
Məhdi Qəhtani: O, Muhəmməd ibn Abdullah əl-Qəhtanidir. 1979-cu ilin noyabır ayında Səudiyyə Ərəbistanında ortaya çıxmışdır.
1979-cu ildə Cüheyman adlı bir şəxs bir dəstə silahlı adamla birlikdə Hərəmi ələ keçirib namaz qılanları mühasirəyə aldı. Bundan sonra içlərindən bir nəfər çıxaraq özünün gözlənilən Məhdi olduğunu iddia etdi.
Cüheyman kimdir?
Adı: Cüheyman ibn Muhəmməd ibn Yusif əl-Ətibi. On səkkiz il Səudiyyə Ərəbistanı milli qvardiyasında xidmət etmişdir.. Məkkə İslam Universitetində şəriət təhsili almış, bundan sonra isə Mədinə İslam Universitetinə gedərək təhsilini orada davam etdirmişdir. Mədineyi-münəvvərədə olarkən Cüheyman Şeyx Əbdül-Əziz ibn Bazın tələbələrindən olan Muhəmməd ibn Abdullah əl-Qəhtani adlı bir şəxs ilə tanış olur. Bundan sonra aralarında əlaqələr getdikcə möhkəmlənməyə başlayır. Xüsusən də qeyd etmək lazımdır ki, bir çox ekstremist ideoloji baxışlarda onların fikirləri üst-üstə düşürdü.. Belə baxışlara misal olaraq dövlətin kafir elan edilməsi fikrini, hətta nəinki dövlət, bəlkə bütün cəmiyyətin kafir elan edilməsi fikrini göstərmək olar. Bu fikirlər elə bir həddə çatır ki, nəhayətdə onlar cəmiyyətdən uzaqlaşırlar, televiziya, qəzet, mətbuat kimi mədəni vasitələri rədd edirlər.. Muhəmməd Qəhtani Cüheyminin bacısı ilə ailə həyatı qurur. Bu isə onların arasındakı əlaqələrin daha da qüvvətlənməsinə səbəb olur. Cüheymin Muhəmmədlə birgə gizli şəkildə öz idealarını yaymağa başlayır. İlk öncə kiçik miqyaslı fəaliyyət göstərərək Mədinənin kiçik məscidlərində təbliğə başlayırlar. Lakin getdikcə onların fikirlərini müsbət qarşılayan şəxslərin sayı artmağa başlayır.. Nəhayət onları dəstəkləyənlərin sayı minlərlə ölçülür. Cüheyman və tərəfdarları hakimiyyətə etiraz etmək məsələsində əllərindən gələni əsirgəmirdilər, çünki onlara görə hakimiyyət Allahın qoyduğu qanunlarla idarə edilmirdi. Bu məsələ Cüheymanın və ardıcıllarının yazdıqları risalələrdə xüsusilə vurğulanan məsələlərdən idi. Həmçinin o və onun tərəfdarları mövcud olan fəsad və əxlaqsızlıq səbəbilə cəmiyyətdən və onun mədəni vasitələrindən uzaqlaşmağı lazım bilirdilər.
Bildiyimiz kimi, Əhli-sünnə məzhəbinin etiqadına əsasən, hər yüz ildən bir Allah dinini dirçəldən bir islahatçı gəlməlidir. Həmçinin onlar həzrəri Məhdinin gəlişinə də etiqad bəsləyirlər. Onların əqidəsinə görə, Allah Rəsulu (s) Məhdinin əlamətlərini açıqlamış, adının Muhəmməd olduğunu bildirmiş və düşmənlərdən qaçaraq Məsçidul-Həramda sığınacağını və oradan qiyama başlayacağını xəbər vermişdir.
1978-ci ildə Muhəmməd ibn Abdullah əl-Qəhtan qohumu Cüheymana bildirir ki, yuxuda özünün gözlənilən Məhdi olduğunu görüb! Görüb ki, Ərəbistan yarımadasını və bütün dünyanı zalımlardan azad edəcək.. Bu fikir Cüheymanın beyninə girir. Düşünür ki, artıq yeni bir yüz illik başlamaq üzrədir, kürəkənin adı da Muhəmməddir, (gözlənilən Məhdinin də adı həmçinin, Muhəmməddir) və s. Onun fikrincə bütün bunlar üst-üstə düşürdü, kürəkəninin Məhdi olduğunu təsdiqləyirdi, lakin bir şey qalırdı: O da Məhdinin Məsçidul-Hərama sığınması hadisəsi..
Buna görə də 1979-cu ilin 20 noyabırında (1400-cü ilin Muhərrəm ayının 1-də, yəni 14-cü yüz illiyin ilk günündə) Cüheyman və tərəfdarları sübh namazı vaxtı gəlib əllərində tabutlarla birgə Məsçidul-Hərama daxil olurlar. Bu zaman məscidin xidmətçiləri elə zənn edirlər ki, bu tabutlar ölən şəxslərin tabutlarıdır. Bu şəxslər isə sübh namazından sonra onlara meyyit namazı qılacaqlar. Lakin həqiqətdə bu tabutların içərisində odlu silahlar var idi.. Sübh namazı bitər-bitməz Cüheyman və Muhəmməd gözlənilən Məhdinin zühur etdiyini və düşmənlərdən qaçıb Kəbəyə sığındığını elan etmək üçün namaz qılanların qarşısına keçirlər. Cüheyman kürəkənini təqdim edib onun gözlənilən Məhdi və Allah dininin islahatçısı olduğunu və həmin günün də yeni əsrin başlanğıc günü olduğunu bildirir! Cüheyman və adamları ona beyət edirlər və camaatdan tələb edirlər ki, ona beyət etsinlər. Bu vaxt məscidin qapıları bağlanır. Camaat mühasirəyə düşdüklərini başa düşürlər.. Bununla eyni vaxtda məscidin içərisində olan digər bir qrup (Cüheyman tərəfdarı) da Cüheymanın yazdığı kitab və risalələri camaata paylamaqla məşğul idilər.
Cüheyman və adamları qadınlı-uşaqlı insanları üç gün hərəmin içərisində mühasirədə saxlayırlar. Daha sonra isə qadınlar və uşaqlar buraxılır, yerdə isə az sayda digər camaat qalır. Səudiyyə hökuməti hadisələrin başladığı ilk anlardan etibarən onlara təslim olmağı, camaatı sərbəst buraxmalarını və hərəmdən çıxmalarını təklif etsə də Cüheyman hər dəfəsində rədd edir.. Ən sonda şiddətli atışmalar başlayır, nəticədə çoxlu Cüheyman tərəfdarı qətlə yetirilir, Məscidul-Həram isə ciddi ziyan görür. Ölənlər içərisində yalançı Məhdi Muhəmməd ibn Abdullah da olur. Tərəfdarları onun öldüyünü görüncə məyusluğa qapılırlar. Çünki onlar yaxşı bilirdilər ki, Məhdi ölməməliydi. Buna görə də təslim olmağa başlayırlar, beləcə ən sonda Cüheyman və az sayda adamı qalır. Lakin onlar da mübarizənin mənasız olduğunu görüb təslim olurlar. Qısa bir müddətdən sonra həmin dəstədən olan 61 nəfərin edam edilməsi hökmü sadir olur. Bu edam edilənlərin içərisində Cüheyman də var idi.
Əla lənətullahi ələl-qovmiz-zalimin!
Müctəba Sadat, “Ən-Nurul-ğaib”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.
Bu adami cox teessuf ki, bezi saytlarda wiye qardawlarimiz mucahid adlandirirlar. Son zamanlar bunun yaman tebligati gedir.