Bismillahir Rəhmanir Rəhim
Sual: Hədislərdə gəlmişdir ki, İmam Məhdinin (ə.f) yardımçıları Xorasan və Yəmən camaatıdır. Hədislərə əsasən, yəmənlilərin bayrağı ən doğru bayraq olacaq. Yəmənlilərin bayrağının belə üstün olmasının səbəbi nədir? Ona görə ki, onlar Zeydiyyə firqəsindən olacaqlar? Yoxsa sonradan on iki imamçı olacaqlarına görə?
Cavab: Bəli, hədislərdə yəmənlilərin bayrağının ən üstün bayraq olması gəlmişdir. Lakin həzrəti Məhdinin (ə.f) ənsarının hamısı Yəməndən və Xorasandan olmayacaq, Həzrətin (ə.f) ordusunda digər ölkələrdən də gəlmiş köməkçilər olacaqdır.
Yəmaninin (yəmənlilərin başçısının-müt.) bayrağının ən üstün bayraq olmasına gəlincə isə, görünür Yəmaninin bayrağı həzrəti İmama (ə.f) ən sadiq və xalis bayraq olacaqdır. Yəmani və onun əshabı İmam Məhdiyə (ə.f) yardım etməyi heç bir şübhə duymadan xalis bir şəkildə yerinə yetirəcəklər. Yəni, Yəmani və ordusu həzrətə qarşı kamil bir dostluq və tam itaət izhar edəcəklər. (Bu bir tərəfdən.)
Digər bir tərəfdən isə, Yəmaninin və möhtərəm əshabının əqidəsi on “iki imam” əqidəsi olacaqdır və onların bayraqlarının ən üstün bayraq olmasının səbəbi də məhz budur, sualda ərz edildiyi kimi onların “Zeydiyyə” olmaları yox.
Əksinə, zeydiyyələr Xorasaninin ordusunda olacaqlar. Məhz elə bu amilə görə, Yəmaninin bayrağı Xorasaninin bayrağından üstün sayılır. İmam Baqir (ə)-ın buyuruğuna əsasən Yəmaninin bayrağı ən doğru bayraq olacaqdır. Həzrət (ə) buyurur: “Bayraqlar içərisində Yəmaninin bayrağı qədər doğru yolda olan bayraq olmayacaq. O, hidayət bayrağıdır, çünki Yəmani (camaatı) sizin sahibinizə tərəf çağıracaq”. (“Biharul-ənvar”, 52/232)
Həzrət (ə) Yəmaninin bayrağının ən doğru bayraq olmasına səbəb kimi onun insanları İmam Məhdiyə (ə.f) tərəf çağırmasını göstərir. Buradan isə aydın olur ki, Yəmani bir başa olaraq İmam Məhdiyə (ə.f) kömək etməyə çağıracaq. Bir halda ki, Xorasaninin ordusu müxtəlif siyasi tərkiblərdən ibarət olacaq və bu səbəbdən də müxtəlif siyasi yönlərə malik olacaq. Bunların içərisində ən təhlükəli yönüm isə Zeydiyyə mənsublarıdır. Belə ki, onlar Xorasani barədə belə bir fikirdə olacaqlar ki, guya o itaəti vacib olan İmamdır. Onların fikrincə hər önə keçib qılıncla qiyam edən şəxs itaəti vacib olan İmamdır. Onlar Xorasaniyə də məhz bu etiqad əsasında qoşulacaqlar. Bu səbəbdən də hədislərdə gəlmişdir ki, Xorasaninin ordusunda olan bu dəstə – zeydiyyələr – İmama (ə.f) qarşı gələcək, ona etiraz edəcəklər. Əba Əbdillah Sadiq (ə) bir hədisdə Xorasani (Həsəni) barədə buyurur: “…Həsəni ilə olan əskərlər onunla (İmam Məhdiylə (ə)) beyət edəcəklər, təkcə qırx min nəfərdən başqa. Onlar “zeydiyyə” adı ilə tanınan müshəf əshabıdırlar (Quran qariləridirlər – müt.). Onlar (İmamın dəlil sübutlarını gördükdən sonra) deyəcəklər: “Bu yalnız böyük bir sehrdir”. Əsgərlər arasında çaşqınlıq yaranacaq. Bu zaman Məhdi əleyhis-səlam yolunu azmış dəstənin qarşısına çıxaraq onlara moizə və nəsihət edəcək, sonra isə onlara üç gün möhlət verəcək. Bu müddət ərzində isə onlar yalnız tüğyan və küfrlərini artıracaqlar. (Həzrət) onların öldürülməsini əmr edəcək və onların hamısını öldürəcəklər. Sonra (Məhdi (ə.f)) öz əshabına deyəcək: “Müshəfləri götürməyin, onları boşlayın. Qoy bu onlar üçün həsrət olsun. Necə ki, onları dəyişdilər, əvəz etdilər, təhrif etdilər, lakin içindəkilərə əməl etmədilər”.”
Deməli, Xorasaninin ordusu, o cümlədən də içlərində olan Zeydiyyə dəstəsi İmam Məhdi (ə.f) hərəkatı üçün müşküllər yaradacaq, İmam isə onları xəbərdar etdikdən sonra səylərini puça çıxaracaq. Lakin bunu da unutmamalıyıq ki, Xorasani özü səhih əqidəli, haqq məqsədli birisidir. Bütün deyilənlər onun özü barədə deyil, əksinə bəzi əsgərləri və ardıcılları barədədir.
Seyyid Muhəmməd Əli əl-Həlvin “Muhkəmatus-sunən” kitabından
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.