Bismillahir rəhmanir rəhim
Sıravi uşaqlar arasında da, yaddaş, zəka və digər qabiliyyətlər baxımından üstün bir dahiliyə sahib olan bir çox uşaq var. Bunların dahisi və zehni gücləri 40 yaşındakı insanınkından daha yaxşıdır.
Məşhur filosof İbni Sina bunlardan biriydi. Özü belə izah edər: “Bir az böyüyüncə məni Quran müəlliminə, sonra da ədəbiyyat müəlliminə verdilər. Şagirdlərin ustada oxuduqlarını dərhal əzbərləyirdim. Ustad da mənə bu kitabları tapşırıq olaraq verdi. “əs-Sifat, Ğarib-ul Musənnif, Ədəb-ul Katib, İslah-ul Məntiq, əl-Ayn, Şeir və Həmasa, Divanı ibni Rumu, Təsrifi Keçmişi və Nahvi Sibəveyh.
Bütün bu kitabları on səkkiz ay ərzində əzbərlədim. 10 yaşına gəldiyimdə Buxara əhlinin çaşdığı bir uşaqdım. Daha sonra fiqh öyrənməyə başladım, 12 yaşına gəldiyimdə Əbu Hənifə məzhəbi üzrə fətva verirdim. Daha sonra tibb elmini oxumağa başladım. 16 yaşında “Qanun” adlı kitabı yazdım. 24 yaşında bütün elmlərdə mütəxəssis halına gəlmişdim. “[1]
Fazılı Hindi haqqında belə deyilmişdir: “13 yaşına girmədən bütün nəqli və əqli elmləri bitirmiş və 12 yaşına girmədən kitab yazmağa başlamışdır. “[2]
Böyük İngilis mütəfəkkirlərindən biri olan “Tomas Young” da uşaqlıq çağlarında bir dahi idi. İki yaşında oxumağı öyrənmiş, səkkiz yaşındaykən öz-özünə riyaziyyat öyrənməyə başlamışdı. Doqquz elə on dörd yaşları arasında tənəffüs saatlarında Fransızca, İtalyanca, İbranicə, Farsca və Ərəbcə dillərini çox yaxşı bir şəkildə öyrənmişdi. 20 yaşındaykən Krallıq universitetinə “görmə nəzəriyyəsi” haqqındakı elmi məqaləsini göndərdi. ..[3]
Şərq və Qərbin tarix səhifələrini çevirəcək olsaq bunlar kimi bir çox dahi tapa bilərik.
Görüldüyü kimi yüksəkzəka sahibi uşaqlar belə belə bir zəka və ağla sahibdirlər; uşaqlıq yaşlarında minlərlə mövzunu əzbərləmədə və elmi məsələləri həll etmədəki ağılları heyrətə salan gücləri insanları çaşdırmaqdadır. O halda Allah Təalanın, öz höccəti, insanlığın davamlılıq hədəfi və ədaləti yayacaq olan Hz. Mehdini (ə.f) beş yaşında vilayət mövqesinə təyin etməsi və hökmləri qəbul edib qorumağı ona öyrətməsinin muhal tərəfi nədir? Əhli Beyt İmamları Hz. Mehdinin yaşının kiçikliyini əvvəldən xəbər vermişlər idi.
Hz. İmam Məhəmməd Baqir (ə) belə buyurur. “Hz. Sahib-ul Əmr yaş baxımından hamımızdan kiçik və adı-sanı da ən az eşidiləndir. “[4]
[1]Hədiyyət-ul Dost, Tahran nəşri, 1329 ili, s. 76.
[2]- Hədiyyət-ul Dost, Tahran nəşri, s. 228.
[3] Tarixi Ulum, Piyer Ruso, tərcümə Saffari, 3. nəşri, s. 432.
[4] Bihar-ul Ənvar, c. 51, s. 38.
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.