“Xalqın ənənəvi dininə dil uzadanlar Elşad Miri kimi hələ də əqidəsi bəlli olmayanlardır”

Şəhidlik və Aşura məktəbinə qiymət verən bizim əqidədir, yoldaş Elşad Miri

Aşura, İmam Hüseyn və Məhərrəmlik bu xalqın ənənəsidir, yadaşıdır, dinidir. Bunun qarşısına çıxan xalqı qarşısına almış olur. Heç bir şey də edə bilmirlər. Bir söz var milçək özü heç nədir, amma ürək bulandırır. 1400 ildir buna mane olmaq istəyənlər var və həmişə də olacaq. Hamı bir şeyi bilməlidir ki, İmam Hüseynin hərəkatına mane olmaq istəyənlərin hamısı zamanla yox olub gedib.

 

Yaşayan isə hər zaman sadəcə imam Hüseynin (ə) qiyamı və amalları olub.

Hər il olduğu kimi bu il də Məhərrəmlik, Aşura ərəfəsində bir dəstə insan çıxıb xalqın inancını təhqir etdi, ələ saldı. Aralarında özünə ziyalı deyənindən tutmuş, “cool” jurnalistinə kimi . Əslində elə çox da deyillər. Amma nə hikmətdirsə hər il Aşura mərasimlərinə qatılanların sayı artdıqca bunların da sayı artır.

Bir dəstə insan Aşura günü azyaşlı uşağın çarşabda olmasını əlində bayraq tutub deyir ki, budur ölkənin gələcəyi əldən getdi. Bunlar sabahın potensial terrorçularıdır filan. Xalqın ənənəvi dininə dil uzadanlardan bir dəstəsi də var ki, onlar da Elşad Miri kimi hələ də əqidəsi tam bəlli olmayanlardır.

Bu gün öz “facebook” sosial hesabımdan aprel döyüşlərində şəhid olmuş Emin Bağırovun çarşablı anası tərəfindən ziyarət edildiyi vaxt çəkilən şəkli paylaşıb ironiya ilə yazmışdım ki, “Suriya torpaqlarında həlak olmuş 20 yaşlı kəşfiyyatçı “terorist” və onu “terorist” kimi böyüdən “radikal” dindar anası. Bunun qarşısını almaq lazımdır hökmən!”

 

Bununla demək istəyirdim ki, o şəxslərin dediyi kimi bu əqidədə terrorçu yetişirmir, Suriyada, İraqda heç olub torpağa qarışan məxluq yetişdirmir. Əksinə vətəni uğrunda şəhid olan, əsl vətənpərvər insan yetişdirir. Müharibə şəraitində olan bir ölkəyə Emin kimi vətənpərvərlər, igidlər, qəhrəmanlar daha çox lazımdır. Aşura mərasimləri bu cür oğulların yetişməsi üçün münbit şərait yaradır. Torpaqlarının 20 faizi işğal altında olan bir məmləkətin insanlarını cihad, din adı ilə Suriya, İraq torpaqlarına göndərib özlərini, ailələrini, övladlarını bədbəxt edən başqa cərəyanlardır.Onlar Aşurada heç vaxt iştirak etmirlər.

 

Elşad Miriyə məxsus”A24″saytında statusum başqa səmtlərə yozularaq,haqqımda lazımsız ifadələr işlədilib. Hər şey bir qırağa,heç olmasa terrorist sözünü dırnaqda yazdığıma diqqət edəydi.Şəhidlik anlayışından xəbərsiz olan Elşad Miri məni şəhidi təhqir etməkdə günahlandırıb. Sonradan status yazıb onu da tag etdim ki, məsələyə aydınlıq gətirsin. O isə əvəzində acizlik göstərərək məni bloka atdı.

 

Bu xəbəri işləyən jurnalistin yəqin ki, mediadan anlayışı yoxdur. Lap medianı qoyduq bir kənara, adi sözlə dırnaqda yazılan sözün fərqini ayıra bilməyəcək qədər savadsız “jurnalist” statusumu öz aləmində xəbərə çevirib. Şəhidlik və Aşura məktəbinə qiymət verən bizim əqidədir, yoldaş Elşad Miri. Bu sən və sənin kimilər üçün deyil.

 

Sarvan Mübarizoğlu.. 

 

Leave a Comment