Vəkil və səfir arasındakı fərq

Bismillahir Rəhmanir Rəhim

 İmam Məhdi (ə)-ın vəkilləri ilə o həzrətin dörd naibi və ya səfiri arasında bir sıra fərqlər vardır ki, onları qısaca olaraq aşağıdakı şəkildə göstərə bilərik:

1-Səfir İmam Məhdi (ə)-a birbaşa olaraq müraciət edir və o həzrəti şəxsən tanıyır. Həmçinin sual və göstərişləri o həzrət (ə)-dan heç bir vasitə olmadan bir başa alır. Bir halda ki, vəkilin İmam (ə)-la olan əlaqəsi səfir və ya naib vasitəsilədir və o İmam (ə)-ın yerini bilmir.

2-Səfirin məsuliyyəti ümumi və bütün şiələri əhatə edən həcmdədir, vəkilin məsuliyyəti və faəliyyət dairəsi isə öz məntəqəsinin və ya şəhərinin camaatı ilə məhdudlaşır.

Vəkillər bir sıra mühüm və önəmli işlər yerinə yetirmişlər:

Hər şeydən öncə vəkillər səfirlərin işinin yüngülləşdirilməsində onlara yardım etimişlər. Belə ki, səfirlərin Əhli-Beyt (ə) dostları yaşayan bütün İslam əraziləri ilə əlaqə saxlamaq imkanı yox idi. Həmçinin hakim dairənin güclü təzyiq və təqibləri altında onların məktublarını qəbul edib cavablandırmaq və cavabları onlara göndərmək, habelə onlardan şəri haqqları almaq və s. kimi işlər təkbaşına yerinə yetirmək mümkün deyildi. Bu səbəbdən də vəkillər səfirlərə bu işlərdə kömək edir və onların işlərini asanlaşdırırdılar.

Bundan başqa vəkillərin olması həm də bir növ səfirlərin kimliyinin gizli qalması, onların yerlərinin və ya adlarının gizliliyi üçün mühüm əhəmiyyət daşıyırdı. Onlar səfir tərəfdən məktub və bəyanatları alaraq onları şiələrə çatdırırdılar. (Bununla yanaşı onların gördüyü işlər diqqət cəlb etməyən, həyat və yaşayışları isə son dərəcə normal və təbii olmalı idi. Onu da qeyd etmək lazımdır ki, vəkil səfirin əmri altında iş görürdü və İmamın (ə) izni olmadan şəri haqqları almaq və ya məktubları çatdırmaq işini yerinə yetirə bilməzdi. Həmçinin səfirin də İmamın (ə) izni olmadan hər hansısa bir şəxsi vəkil təyin etmə hüququ yox idi. (”Tarix ğeybəti-suğra”, 629 ))

 

“Vukəlaul-İmam əl-Məhdi”, Həsən Şeyx Əbdül-Əmir

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment