Bismillahir rəhmanir rəhim
Sual: Hədislərdə gəlmişdir ki, bir kimsə İmam Məhdi (ə.f)-i gördüyünü iddia edərsə yalançıdır. Digər bir tərəfdən isə biz bəzi kitablarda bir sıra şəxslərin İmam Məhdi (ə)-la görüşdüyünü və ya istədikləri zaman o həzrəti (ə) görə bildiklərini oxuyuruq. Zəhmət olmasa bunu bizim üçün izah edərdiniz.
Cavab: Bəzi alimlərin və bir sıra əməli saleh və təqva əhli olan kimsələrin mövlamız İmam Məhdi (ə)-la görüşməsini inkar etmək və belə şəxslərin o həzrətin hüzuruna yetmişməyini təkzib etmək düzgün iş sayılmaz. Lakin bu məsələdə çox diqqətli və ehtiyatlı olmaq gərəkdir. Belə ki, bu iş – bəzilərinin zənn etdiyi kimi – çox asanlıqla baş tutan və hər kəsə müəssər olan bir iş deyil.
Bəzi şəxslərin İmamla (ə) istədikləri zaman görüşə bilməsi məsələsinə gəlincə, bu məqama çox nadir insanlar müşərrəf ola bilir. Bu cür şəxslər həzrətlə (ə) olan görüşlərini gizləyər, belə məsələləri açıb ağartmazlar.
Müqəddəs nahiyədən gələn “təkzib” hədisi isə (həzrəti İmamın (ə) bəzi mömin və təqva sahibi şəxslər tərəfindən görülməsini deyil) xüsusi naiblik iddiası edən kəsləri inkar edir.
Sual: Tövhid, ədl (ilahi ədalət) və Məhdəviyyət əqidəsi arasında əlaqə nədir?
Cavab: Əhli-beyt (ə)-dan nəql olunan şərif rəvayətlərdə sabit olmuşdur ki, haqsızlıq və zülmdən sonra ilahi ədaləti bərpa edəcək şəxs İmam Məhdi (ə)-dır. Məlumdur ki, din insanların hidayəti və ilahi ədaləti həyata keçirtmək üçün gəlmişdir. Lakin bu heç də tam və əhatəli şəkildə baş tutmamışdır. Belədirsə, deməli bu işin həyata keçməsi vəd edilmiş və bəşəriyyətin xilaskarı olan ilahi bir şəxsin əli ilə olmalıdır. Buna isə bir neçə ayədə işarə edilmişdir: “Zikrdən sonra Zəburda yazdıq ki, yeri mənim saleh bəndələrim miras aparcaq” (Yer onlara qalacaq), həmçinin “Rəbbinin sözü düzgün və ədalətli olaraq həyata keçdi, Onun sözlərində (və vədində) dəyişiklik olmaz!” Ayəti-şərifləri və hədisləri incələyən şəxs, tövhidin bölmələrindən biri olan ilahi ədalətin İmam Məhdi (ə)-ın zühuru zamanı ən kamil və tam şəkildə təcəlli edəcəyini görür. Bütün bunlar da bu üç əqidə arasındakı möhkəm və qırılmaz əlaqənin olduğunu göstərir. (Yəni, “tövhid”in bir bölməsi olan “ilahi ədl” yalnız İmam Məhdinin zühuru ilə tam və kamil şəkildə bərpa ediləcək.)
Sual: Əhli-beyt İmamlarından (ə) rəvayət edilən bir hədis vardır ki, orada bizlərə axirəz-zəmanda hədis rəvayət edən kəslərə tabe olmağımız əmr edilir, bu cür şəxslərin İmam Məhdi (ə)-a yaxın şəxslər olduğu və onların o həzrətin (ə) ordusunun rəhbərləri olmaları bildirilir. Bu “hədis rəvayət edən kəslər” kimdirlər? Şeyx Səduqdan rəvayət edilən bu hədisin elmi sihhəti (düzgünlüyü) nə həddədir? Hazırkı dövrdə “hədis rəvayət edən kəslər” kimlərdirlər?
Cavab: Zahirən sual soruşan qardaşımız Əhli-beyt (ə)-dan nəql edilən bu hədisi nəzərdə tutur: “Baş verən hadisələrdə (qarşıya çıxan məsələlərdə) bizim hədislərimizi rəvayət edən kəslərə müraciət edin. Belə ki, onlar mənim sizin üzərinizdə höccətimdir və mən də Allahın höccətiyəm.” Əgər sizin nəzərdə tutduğunuz hədis bu hədisdirsə, o zaman demək lazımdır ki, bu hədis alimlərin İmam Məhdi (ə)-la şəri hökümləri birbaşa o həzrətin özündən almaları mənasında maddi yaxınlığa malik olmalarını bildirmir. Həmçinin bildirmir ki, onlar həzrətin ordusunun başçılarıdırlar. “Hədis rəvayət edən kəslər”in kim olduğuna gəlincə isə, bunlar hər Əhli-beytdən (ə) hədis nəql edən kəslər deyil, əksinə camiuş-şərait müctəhid fəqihlərdir. Həmçinin hədis özü mötəbərdir.
“Sad al-Mahdi” jurnalından tərcümə
Salam olsun sizlere,birinci sualin cavabi qane edici deyil (subyektiv olaraq yaziram),ancaq axirinci cumle meseleye cox cuzi qeder aydinliq getire bilmiwdir.ikinci suala cavab kifayet edicidir.Ucuncu suala cavabda hemcinin. Allah sizleri muveffeq etsin.
Aleykum salam ve rahmetullah.
Yuxarıda suallara cavab adətən qısa və yığcam şəkildə verildiyindən məsələni tam təfsilatı ilə izah etmək mümkün olmayıb. Bu bir tərəfdən. Digər tərəfdən isə, diqqət yetirildiyi zaman sualın cavabının verildiyinə şahid oluruq. Belə ki, verilən cavabın son abzasına diqqət yetirsək bunu görə bilərik.