Bismilləhir-rahmənir-rahim
1. … (Hz. Məhdi (ə.f)) Sadəcə taxtından hökmdarlıq edəcək… (Talmud: Sanhedrin 20b)
2. … Onun adı qeyri-adi nəsihətçi olacaq. (Tövrat: Yeşaya, (9:6)
3. … (Hz. Məhdi (ə.f)) unudulduğu (gözlənilmədiyi) anda gələcək. (Talmud: Sanhedrin 97a)
4. (İnsanlar Məhdini (ə.f)) bütün gözəlliyi ilə görəcək… (Yeşaya, 33:17)
5. Sən insanların ən gözəlisən… (Məzmurlar, 45:2)
6. Kral üçün deyirəm… Sən insanların ən gözəlisən, Lütf saçılmışdır dodaqlarına… Doğruluğu sevir, pisliyə nifrət edirsən. (Tövrat: Məzmurlar, 45:1-7)
7. … (Hz. Məhdi (ə.f)) ölkələri sülhə çağıracaq… (Zəkəriyya, 9:10)
8. … O ədalətli xilaskar və təvazökardır… (Zəkəriyya, 9:9)
9. Ədaləti sədaqətlə bərqərar edəcək. Yer üzündə ədaləti təmin edənə qədər ümidini, cəsarətini itirməyəcək… (Tövrat: Yeşaya, 42:4)
10. Təzyiq görüb əziyyət çəkdisə də , ağzını açmadı.. (Yeşaya, 53:7)
11. “… güclə, qüvvətlə deyil, ancaq mənim ruhumla bacaracaqsan” deyir. Belə deyir hər şeyə hakim olan Rəbb. (Tövrat: Zəkəriyya, 4:6)
12. … zövqü Rəbbin şəriətindəndir. Və gecə-gündüz Onun şəriətini dərin-dərin düşünür. (Məzmurlar, 1:2)
13. … (Hz. Məhdi (ə.f)) ölkələri sülhə çağıracaq… (Zəkəriyya, 9:10)
14. …qışqırmayacaq və səsini yüksəltməyəcək… (Yeşaya, 42:2)
15. Onu gözəl yaxşılıq, bərəkətlərlə qarşıladın, başına saf qızıldan tac qoydun. Səndən həyat istədi, verdin ona uzun… ömür. (Məzmurlar, 21:3-4)
16. … yer üzündə əzilənlər üçün dürüstlüklə qərar verəcək… (Tövrat: Yeşaya, 11:4)
17. … sahil xalqları onun (Hz. Məhdinin (ə.f))) qanununa ümid bağlayacaq. (Tövrat: Yeşaya, 42:4)
18. … gözü ilə gördüyünə görə mühakimə etməyəcək Qulağı ilə eşitdiyinə görə qərar verməyəcək. (Tövrat: Yeşaya, 11:3)
19. … idarəçilik onun çiyinlərində olacaq… (Tövrat: Yeşaya, 9:6)
20. Millətlər arasında hökm verəcək və çox qövmlər haqqında qərar verəcək… (Tövrat: Yeşaya, 2:4)
21. Baxın, qulum (Hz. Məhdi (ə.f)) uğur qazanacaq; üstün olacaq, əl üstündə tutulub olduqca ucaldılacaq. (Yeşaya, 52:13)
22. Ona (Hz. Məhdiyə (ə.f)) hökmranlıq, ucalıq və krallıq verildi. Bütün xalqlar, ölkələr və hər bir dildən olan insanlar ona xidmət etdi… (Daniel, 7:14)
23. Müharibə arabalarını… uzaqlaşdıracağam. Müharibə kamanları qırılacaq. Kralınız (Hz. Məhdi (ə.f)) ölkələri sülhə çağıracaq… (Zəkəriyya, 9:10)
24. Məsih (Hz. Məhdi (ə.f)) dövründə… müharibələr olmayacaq və bir millət digər millətə qılınc qaldırmayacaq… (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)
25. … Rəbb qorxusu ruhu onun (Hz. Məhdi (ə.f)) üzərində olacaq. Rəbb qorxusu onun xoşuna gələcək… (Yeşaya, 11:2-3)
26. Davud soyundan çıxacaq o kral (Hz. Məhdi (ə.f)) Bütün insanlara Allahın yollarını və ondan qorxmağı öyrədəcək… (Maimonides, Mişna Tora, Tövbə 9:2)
27. Ravvin Nahman dedi: “Əgər Məsih (Hz. Məhdi (ə.f)) bu gün yaşasa idi, mənə bənzəyən birisi olardı, çünki belə yazılmışdır: Rəhbərləri özlərindən biri olacaq, idarəçiləri öz aralarından çıxacaq.” (Yeremiya 30:21) (Talmud, Sanhedrin 98b)
Dinlərdə Hz.Məhdi (ə.f) kitabından tərcümə
Məqalələrdən istifadə etdikdə zuhuradogru.org saytina keçidli istinad zəruridir.
Masaallah ehsen.
Ay Masallah ne qeder imiw.ALlah razi olsun.