“Tovhid” (İxlas) surəsi

Bismillahir rəhmanir rəhim

1-İmam Baqir (ə) buyurdu: Bir kəs gün ərzində beş dəfə namaz qıla, və onların heç birində “Qul huvəllahu əhəd” surəsini oxumasa, ona xitab olunar ki, ey Allahın bəndəsi sən namaz qılanlardan deyilsən.

2-İmam Sadiq (ə) buyurdu: Bir şəxs həftə ərzində “Qul huvəllahu əhəd” surəsini oxumasa, və elə həmin halda ölsə Əbi Ləhəbin dinində ölmüşdür.

3-İmam Sadiq (ə) buyurdu: Hər kəsə bir xəstəlik yaxud giriftarçılıq üz versə, onu dəf etmək üçün “Qul huvəllahu əhəd” surəsini oxumasa, və elə o hadisənin səbəbi ilə ölsə, o şəxs od əhlindən olacaqdır.

4-İmam Sadiq (ə) buyurdu: Bir kəsin Allaha və Qiyamət gününə imanı vardırsa, özünün vacibi namazların qıldıqdan sonra “Qul huvəllahu əhəd” surəsini oxumağı tərk etməsin. Çünki hər kəs namazını qılıb qurtardıqdan sonra onu (Tovhid surəsini) oxusa, Allah dünya və axirətin xeyrini verər, onun atasını, anasını, övladlarının ata-anasının hamısını bağışlayar.

5-İmam Sadiq (ə) buyurdu: Allahın Rəsulu (s.ə.v.v) Səd bin Məazın cənazəsinə namaz qılıb buyurdu: Doxsan min mələk onun cənazəsinə namaz qıldılar, Cəbrail də onların arasında idi.

6-İmam Sadiq (ə) buyurdu: Hər kəs öz yatağında uzanıb, “Qul huvvəlahu əhəd” surəsini on bir dəfə oxusa, Allah onu öz evində və qonuşuluğundakı evləri qoruyacağdır.

7-Əmirəl-möminin (ə) buyurdu: Bir kəs “Qul huvəllahu əhəd” surəsini sübh namazından sonra on bir dəfə oxusa, həmin gündə günaha aludə olmaz, hərçənd ki, bu əməl Şeytanın istəyinin əksinədir.

8-Musa ibn Cəfər (ə) buyurdu: Hər kəs zalım bir hakimin yanına getməmiş “Qul huvəllahu əhəd” surənini oxusa, bu surəni oxumağın xatirinə Allah hər tərəfdən, qarşıdan, arxadan, sağ və sol tərəfdən onu zalımın şərrindən qoruyar. Əgər belə etsə, Allah o zalımdan ona bir yaxşılıq nəsib edər və onun şərrin ondan dəf edər. Həzrət yenədə buyurdu: Hər zaman bir şeydən qorxsan, Quranın hər hansı yerindən istəyirsən, yüz ayə oxu, sonra üç dəfə de: “Allahummə ikşif ənnil bəla” yəni: Ey mənim Pərvərdigarım bu bəlanı məndən uzaqlaşdır.

9-Həfs ibn Ğiyasdan rəvayət olunub ki, o dedi: Həzrət Sadiqin (ə) bir kişiyə belə buyurduğunu eşitdim. Dünyada həmişə qalmaq istəyirsənmi? Dedi: Bəli, Həzrət buyurdu: Nə üçün? Dedi: “Qul huvəllah” surəsini daim oxumaq üçün. Həzrət bir az sükut edib sonra buyurdu: Ey həfs bizim dostlarımızdan və şiələrimizdən bir kəs dünyadan köçsə, və Qur‎anı düzgün oxumağı bacarmasa, qəbirdə ona oxumağı o həddə (dərəcəyə) qədər öyrədəcəklər ki, nəhayət Allah onu Behiştdə yuxarı aparar. Çünki Behiştin dərəcələri Quranın ayələrinin sayı ilə olacaqdır. Onu oxuyana deyiləcək oxu və yuxarı (yüksəyə) qalx.

10-Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə vardır ki, hər kəs İxlas sursini oxusa, elə bilki, Quranın üçdə birini oxumuşdur. Allaha, Mələklər, səmavai kitablara, Allahın Peyğəməbərlərinə və Qiyamət gününə iman gətirmiş kəslərin sayı qədər ona onə həsənə verilər.

11-İmam Cəfər Sadiq (ə) buyurdu: Hər kəs özünün müstəhəb namazlarında Tovhid Qədr və “Ayətəl-kürsü” ayəsini oxusa, Allah onu insanların ən fəzilətli əməllərinə əməl etməkdə madam ki, bir kəs onun kimi yaxud ondan çox oxumasa, müvəffəq edər.

12-İmam Sadiq (ə) buyurdu: Hər kəs dörd rükət namaz qılsa, və hər bir rükətdə əlli dəfə “Qul huvəllahu əhəd” surəsini oxusa, bütün günahları bağışlanmayınca üzünü qiblədən döndərməsin.

Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər bir şey üçün nur vardırsa, Quranın da nuru Tovhid surəsidir.

Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kim “Qul huvəllahu əhədi” oxusa, Allah ona birinci ayəni oxumağın səbəbinə min (rəhmət) nəzəri edər, ikinci ayəni oxumağın səbəbinə onun min xahişini (istədiyi) qəbul edər, və dördüncü ayəni oxumağın səbəbinə onun min hacətini qəbul edər.

 

Məhəmməd Rza Kərimi Bəxtiyari, Quranla dərman

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment