Bismillahir Rəhmanir Rəhim
1. Vəhəbdən nəql olunur ki, bir gün şeytan həzrət Yəhyanın gözünə görünüb ona nəsihət vermək istədi. Hәzrәt Yəhya dedi: “Sənin nəsihətinə ehtiyaclı deyiləm. Amma mənə insanların vəziyyəti haqqında xəbər ver.” Şeytan dedi: “Bəni-Adəm bizim nəzərimizcə üç zümrədən ibarətdir:
а) Bə`ziləri sizin kimi mə`sumdur. Onlara ümidimiz olmadığından əl çəkib rahatlanmışıq. Bizim hiylələrimiz onlara tə`sir etmir.
b) Bəziləri isə bizim qarşımızda uşaq əlindəki top kimidir. Onu istədiyimiz tərəfə qovur və tam ixtiyarımızda saxlayırıq.
v) Üçüncü zümrə hamıdan çox bizi narahat edir. Onların üzərində ciddi çalışsaq da, onlar günaha yol verən kimi peşiman olur, tövbə qılır və bağışlanma diləyirlər. Onlara çəkdiyimiz əziyyət boşa çıxır. Növbəti dəfə onları aldatmaq istədikdə, yenə günaha sürükləndikdən sonra tövbə qılıb bağışlanırlar. Onlardan nə istədiyimizi alır, nə də ümidimizi üzə bilirik.
2. Əllamə Hilli (r) “Minhacul-kəramə” kitabında yazır ki, Buşr Hafi İmam Kazimin (ə) əli ilə tövbə etdi. Bir gün imam Bağdadda Buşrun mənzilinin yanından keçərkən mənzildən çal-çağır sədaları eşitdi. Həmin vaxt Buşrun kənizi zibil atmaq üçün bayıra çıxmışdı. İmam kənizdən soruşdu: “Bu evin sahibi bəndədir, yoxsa azad?” Kəniz cavab verdi ki, azad. İmam (ә) buyurdu: “Düz deyirsən, əgər bəndə olsaydı öz ağasından qorxardı.”
Kəniz mənzilə daxil oldu. Buşr şərab süfrəsində əyləşmişdi. Kənizin yubanmasının səbəbini soruşdu. Kəniz cavab verdi ki, qapıdan ötən bir şəxs ev sahibinin ağa, yoxsa bəndə olduğunu soruşub və deyib ki, əgər bəndə olsaydı ağasından qorxardı.
Bu sözlər Buşra o qədər tə`sir etdi ki, süfrədən qalxıb ayaqyalın özünü imam Kazimə (ə) çatdırdı. İmamın vasitəsi ilə tövbə edib ağlar halda geri qayıtdı. Həmin gündən Buşr çirkin əməlləri tərk etdi və zahidlər sırasına qatıldı. Buşr ayaqyalın imamın hüzuruna getdiyi üçün “hafi”, yə`ni ayaqyalın ləqəbini aldı.
3. “Nəhcül-bəlağə”də nəql olunur ki, bir şəxs Əmirəl-mö`mininin (ə) hüzurunda “əstəğfirullahə” söylədi. İmam (ә) buyurdu: “Anan əzanda ağlasın, bilirsənmi istiğfar nədir? İstiğfar ali bir dərəcədir və onun beş mə`nası var: keçmiş pis əməllərə görə peşmançılıq, keçmiş əməllərin təkrar olunmayacağı ilə bağlı qərar, Allahla görüş gününədək xalqın haqlarının qaytarılması, tərk olunmuş vacib əməllərin yerinə yetirilməsi, bədənin haramdan cücərmiş ətinin qəm-qüssə ilə ərildilməsi və dəri ilə sümük arasında yeni ətin yaranması”.
6. Günahın şirinliyini bədənə daddırdığın kimi ibadətin əziyyətini bədənə daddırasan. Yalnız bu şərtlər ödəndikdən sonra “əstəğfirullah” deyə bilərsən. Belə bir istiğfar həqiqi və kamil istiğfardır.
4. Müaviyə ibn Vəhəb nəql edir ki, imam Sadiq (ə) buyurdu: “Bəndə həqiqi tövbə etdiyi vaxt Allah onu dost bilir, dünya və axirətdə onun eybini örtür.” Müaviyə ibn Vəhəb soruşur ki, eybləri necə örtür?” İmam buyurur: “İki müvəkkil mələyin yazdığı günahları yadından çıxarır, bədən üzvlərinə vəhy edir ki, günahları örtsünlər. Günaha yol verilən yerə vəhy olunur ki, sənin üzərində baş verən günahı ört. Belə ki, Allahla görüş zamanı onun günahına heç bir şəhadət verilmir.”
5. Əbu Übeydə Əl-Həzza nəql edir ki, imam Baqir (ə) buyurdu: “Həqiqətən, Allah-tәala bəndəsinin tövbə və qayıdışına şad olur. Səhrada dəvəsini və azuqəsini itirmiş şəxs onu tapanda necə sevinirsə, Allah öz bəndəsinin tövbəsinə bir o qədər sevinir”.
6. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, Allah aldadılmış və tövbəkar bəndəsini sevir. Günahkar tövbə etdiyi üçün üstün tutulur.
Ayətullah Müctəhidi Tehrani, Dörd risalə
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.