Bismillahir rəhmanir rəhim
Tövbə surəsi (Qızıl və gümüş yığıb (toplayıb) onu Allah yolunda xərcləməyən kəslərin hamısını ağrılı bir əzabla müjdələ) ayəsinin (Tövbə, 34) təfsirində Əllamə Bəhrani belə nəql edir:
1-Muhəmməd ibn Yaqub, Muhəmməd ibn Yəhyadan, o Əhməd ibn Muhəmməddən, o Muhəmməd ibn Sinandan, o da Muaz ibn Kəsirdən nəql edir ki, Əba Əbdillah Sadiq (ə)-ın belə buyurduğunu eşidib:
“Bizim şiələrimizə əllərində olan şeylərdən yaxşı şəkildə xərcləməyə icazə verilmişdir. Elə ki bizim Qaimimiz (ə) qiyam etdi, bütün xəzinə sahiblərinə (pul yığıb toplayanlara) yığdıqları şeylər haram ediləcək. Ta ki, yığdıqlarını onun yanına gətirəcəklər və o da bunlardan öz düşmənləri əleyhinə istifadə edəcək. Allahu-təala bu barədə öz kitabında buyurur: “Qızıl və gümüş yığıb (toplayıb) onu Allah yolunda xərcləməyən kəslərin hamısını ağrılı bir əzabla müjdələ”.
2-Həmçinin, Şeyx Əyyaşi də öz təfsirində bunun kimi başqa bir hədis nəql etmişdir (Təfsiru-Əyyaşi: 2/87).
3-Şeyx Əyyaşi öz isnadı ilə İmam Sadiq (ə)-dan belə nəql edir:
“Əgər mömin yanında bu (maldan) müəyyən bir şey olsa, ondan öz ailəsinin xərcləri üçün istədiyi qədər xərcləyə bilər. Lakin bizim Qaimimiz (ə) qiyam etdiyi zaman o maldan (puldan) nə qalıbsa (hamısını) Qaimə (ə) göndərsin. O da öz işində bundan yardım alsın (düşmənləri ilə mübarizədə bu puldan istifadə etsin). (Əgər mömin belə edərsə), öz üzərinə düşən vacib işi yerinə yetirmişdir” (Yenə orada).
Seyyid Bəhrani, “əl-Məhəccə”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.