Son günlərdə “Yaşıl Orta” verlişində Elşad Mirinin opponentsiz efirdə inanclı insanları təhqir etməsi birmənalı qarşılanmayıb. Mövzuya bir çox ruhanilər QMİ-nin rəsmiləri etirazların bildirərək Elşadın ilahiyyatçı olması iddiasını gülünc qarşılayıblar. “Elşad Miri ilahiyyatçı,alim,dinşünas deyil. Onu ilahiyyatçı kimi xalqa tanıtdırmağa çalışanlara ar olsun.” deyə QMİ rəsmisi Mircəfər Əyyubov bildirib.
Tanınmış ilahiyyatçı Emil Rahiloğlu da öz etirazını sözügedən verlişin facebook səhifəsinin şərh bölməsinə əlavə edib. İlahiyyatçının fikirlərini sizə olduğu kimi təqdim edirik: “Bir dəfə yazmışam, yenə yazıram. Könül xanım, Elşad Miri kimiləri ilahiyyatçı kimi xalqa sırıyan sizlərsiz. Anti-təbliğatdan gözəl təbliğat yoxdur. Sizə kim deyir ki, Elşad kimilərdən din barədə sula soruşasınız ki, o da belə sarsaqlasın. Hələ bir utanmadan “ilahiyyatçıdan şok açıqlama” başlığı da qoyursuz. O haranın ilahiyyatçısı olub ki, siz də onu bizə elə təqdim edirsiz?