Təhrikedici libas

Bismillahir Rəhmanir Rəhim

Məsələ 160: Camaat arasında (şəhvəti) təhrik edən və naməhrəmlərin diqqətini cəlb edən paltarların geyilməsi haramdır. İstər qadın üçün, istərsə də kişi üçün.

İmam: “Əhkami banovan” kitabının istiftasından istifadə etməklə, səh.37.

Bəhcət, Xamenei, Sistani: İstifta.

Fazil: “Camiül-məsail”, cild, 2, sual 1067.

Təbrizi: Əgər qadın zinət hesab olunan bir paltar geyərsə o libası da naməhrəmdən örtməlidir. İstifta.

Məkarim: İnsanın abır-heysiyyətinin getməsinə səbəb olan, yaxud fəsad mənşəyi olan paltarların geyilməsi işkallıdır. “Tovzihul-məsail”, məsələ 771.

Məsələ 161: Paltarın təhrikedici olması istər rənginə görə olsun, istər moduna (dəbinə) görə, istərsə də libasın materialına görə, yaxud hər hansı digər şeyə görə olsa da, fərqi yoxdur. Buna görə də bəzən mümkündür ki, yaylıq, manto, məqnəə, yaxud ayaqqabı qadın üçün bir formada olsun ki, naməhrəmlərin nəzərini cəlb və (şəhvət hissini) təhrik etsin. Bu halda onu geymək caiz deyildir.

İmam, Bəhcət, Sistani, Xamenei, Fazil, Məkarim: Əvvəlki məsələlərin mənbələrindən istifadə etməklə.

İzah: Təhrikedici dedikdə, ayrı-ayrı fərdlər deyil, ümumiyyətlə növ nəzərdə tutulur. Yəni camaat arasında təhrikedici olması nəzərdə tutulur ki, onun geyilməsi caiz deyildir. Ola bilsin ki, bir, yaxud bir neçə nəfər bu işdən təhrik olmasın.

* NƏTİCƏDƏ: Bəzi tor əlcəklər, çadralar, yaxud nazik tordan ibarət olan baş örpəkləri geymək, yaxud gül və sair kimi şeyləri paltara vurmaq, yaxud bəzi zinət alətlərini asmaq, o cümlədən zər tikmək, baş örpəyinə tordan olan bəzi şeylər tikmək, yaxud çadraya, yaxud mantoya və sair, paltarın xüsusi yerlərində müəyyən düymələr qoymaq, paltarın düymələrini açıq saxlamaq, hətta onun altında paltar olsa belə və s. – bütün bunlar əgər təhrikedici olsa və naməhrəmlərin diqqətini cəlb etsə, haramdır və onları geyməkdən çəkinmək lazımdır.

 

Seyyid Məhəmməd Məsud Məsumi  : Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

1 thought on “Təhrikedici libas”

Leave a Comment