Süfyaninin (l.ə) bayrağı

Bismillahir rəhmanir rəhim

Süfyaninin (l.ə) bayrağı barədə rəvayətlərdə iki cür məlumat qeyd olunmuşdur:

Bir rəvayətə əsasən onun bayrağı qırmızı olacaq: “…Süfyani qırmızı bayraqla zühur edəcək. O bayrağın əmiri (başçısı) Bəni-Kəlb qəbiləsindən olan bir şəxsdir. Süfyaninin qoşunundan iki min yüyənli at Məkkə və Mədinəyə tərəf yollancaq”.

Digər bir rəvayətə əsasən isə onun bayrağı yaşıldır: “Süfyani yaşıl bir bayraqla və qızıldan olan bir xaçla xüruc edəcək (ortaya çıxacaq). O bayrağın əmiri Kəlb (qəbiləsindən) olan bir şəxsdir. Süfyaninin qoşunundan on iki min yüyənli at Məkkə və Mədinəyə tərəf yola düşəcək. O qoşunun başçısı Bəni-Üməyyədən olan Xüzeymə adlı bir şəxsdir. Onun sol gözü kordur. Gözündə bir sıçrama vardır. Dünyaya meyl edən bir şəxsdir. Heç bir bayraq onun qarşısında dura bilməyəcək. Nəhayət gəlib Mədinəyə çatacaq. Ali Muhəmməddən (ə) olan kişi və qadınları toplayacaq və Mədinədə adına “Daru Əbil-Həsən əl-Uməvi” deyilən bir mənzildə həbs edəcək. Sonra Məkkədə bir dəstə müstəzəfin (zəif düşmüş çarəsiz şəxslərin) ətrafına yığıldıqları Ali Muhəmməddən (ə) olan bir kişini ələ keçirmək üçün Məkkəyə qoşun göndərəcək. Onların əmirləri və başçıları Ğətəfan qəbiləsindən olan bir şəxsdir. Elə ki, Beyda çölündəki ağ yerin ortasına gəlib çatdılar yer onları udacaq. Onlardan heç kəs sağ qurtulmayacaq. Yalnız bir nəfərdən başqa. Allah onun üzünü başının arxasına çevirəcək ki, (geriyə qayıdıb) digərlərini çəkindirib qorxutsun. O gün bu ayənin təvili gerçəkləşəcək: “Kaş ki, sən onları qorxuya düşdükləri vaxt görəydin. (Onlar) qaçıb (canlarını) qurtara bilməyəcək və (onsuz da) yaxınlıqda ələ keçiriləcəklər” (Səba surəsi, 51). Bundan sonra Süfyani 130 minlik bir qoşunu Kufəyə göndərəcək. Onlar gəlib Rəvhada və Faruqda və Qadisiyyədəki Məryəm (ə) və İsa (ə) məkanında yerləşəcəklər. Onlardan 80 mini Kufəyə yollanacaq və Nuxeylədəki Hud (ə)-ın qəbri olan yerə yerləşəcəklər…” (Bəşarətul-İslam: 69)

 

Seyyid Faruq əl-Musəvi, “əl-Hətmiyyat min əlaimiz-zuhur”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

5 thoughts on “Süfyaninin (l.ə) bayrağı”

    • Bismillah. Araşdırmalarımız zamanı istər hədisi-şəriflərdə, istərsə də dəyərli alimlərimizin kitablarında Süfyaninin bayrağının yalnız “qırmızı” və ya “yaşıl” olmasının qeyd olunduğuna rast gəlmişik. Onun bayrağının qara olması ilə bağlı isə hər hansısa bir rəvayətlə qarşılaşmamışıq. Lakin əgər onun bayrağının qara olması ilə bağlı sizlərdə bir məlumat varsa, mümkünsə bizimlə paylaşmağınızı və bizə göndərməyinizi xahiş edirik. Diqqətinizə görə minnətdarıq.

  1. Salam bende bu hedisi qest etmishdir: Əhli Sünnə alimlərindən olan Naim Bin Xammadın “Kitab-ul Fitən” adlı kitabında “Fi Huruci Bən-i AAbbas” bölümündə olan rəvayət bu cürdür:
    “Qara bayraqlar gördünüzsə, yerə qapanın, əllərinizi, ayaqlarınızı tərpətməyin. Çünki zəif bir qruplaşma gələcək. Ki, onları heç kim ciddiyə almaz, ürəkləri dəmir parçası kimi olar, dövlət iddiaları olar, əhdə vəfa göstərməz, razılığa gələrlər, ancaq sonra əməl etməzlər, hamını haqqa çağırarlar, ancaq özləri haqq əhli deyillər, adları ləqəblərdən ibarətdir (Əbu Bəkir kimi), saçları qadın saçı kimidir, sonra da aralarında ixtilaf düşər və Allah haqqı istədiyinə bəxş edər” Indi duzmu ya sefmi izah etdimsede uzurlu sayin.Xahish edirem bu hedisin Sufyani ile ne kimi elaqesin oldugunu deyesiniz.Allah yardimciniz olsun

    • Aleykum salam və rəhmətullah. Hədis barəsində məlumatımız var, lakin onu Süfyaniyə tətbiq etmək mövzusunda əlimizdə tutarlı dəlillər olmadığından hədisi Süfyaniyə aid edə bilmirik. Üstəlik, diqqət edirsinizsə, hədisdə Süfyani adı qeyd olunmur. Sadəcə olaraq axirəz-zəmanda çıxan qara bayraqlı bir dəstədən danışılır. Hədislərdə bu kimi axirəz-zəmanda ortaya çıxacaq bir çox dəstələrdən söz açılmışdır. Bunları Süfyanidən öncə çıxan və onun çıxışına müqəddimə olan dəstələr kimi qəbul etmək lazımdır. Belə bir vəziyyətdə hədisi Süfyaniyə aid edə bilmərik.

Leave a Comment