Süfyani (l.ə) hansı ərazidən çıxacaq?

Bismillahir rəhmanir rəhim

 

Hədislər Süfyaninin (l.ə) Yabis adlanan bir vadidən çıxacağını bildirmişdir. “Yabis” sözü ərəb dilindən tərcümədə “quru, qurumuş, quraq” mənalarını verir.

Hədislərdə deyilir:

İmam Baqir (ə) Əmirəl-möminin (ə)-dan nəqlən belə buyurur: “…Dəməşqin Hərəsta deyilən bir kəndinin batmasını gözləyin. Bu baş verdiyi zaman ciyər yeyən qadının oğlu Yabis vadisindən xüruc edəcək. Ta ki, gəlib Dəməşq minbərinə əyləşəcək. Bu baş verdiyi zaman isə Məhdinin (ə) xürucunu gözləyin”. (Ğeybəti-Numani: 305).

Həmçinin, Əmirəl-möminin (ə)-dan nəql edilən digər bir hədisdə deyilir:

Süfyani Xalid ibn Yəzid ibn Əbu Süfyanının nəslindəndir. Başı yekə olan bir şəxsdir. Üzündə suçiçəyi xəstəliyindən yaranan iz (çopur) vardır. Gözündə ağ bir nöqtə vardır. Dəməşq şəhəri yaxınlığında “əl-Vadil-Yabis” adlanan bir vadidən çıxacaq. Yeddi nəfərlə birgə xüruc edəcək (ortaya çıxacaq). O (yeddi nəfərin) birində bağlı bir bayraq olacaq. Onlar onun əlindəki bayraqla 30 mildən tanınacaqlar. Hər kəs o bayrağı görüb onu məğlub etmək istəsə məğlub olacaq” (Əqdüd-Dürər: 107-108).

Başqa bir rəvayətdə deyilir: “Yuxuda Süfyaniyə belə deyiləcək: Qalx, qiyam et. O yuxudan oyanacaq, lakin heç kəsi tapmayacaq. Sonra ikinci dəfə də yuxusunda ona bu cür deyiləcək. Üçüncü dəfədə ona deyiləcək: “Qalx qiyam et. Bax gör evinin qapısının ağzında kim dayanıb?”. O oyanıb evinin qapısına çıxacaq. Bu zaman yeddi və ya doqquz nəfər şəxs görəcək. Onlarla birgə bir bayraq olacaq. Onlar deyəcəklər: Biz sənin əshabınıq! O da onlarla birgə qiyam edəcək. Yabis vadisinin kəndlərindən olan insanlar onlara qoşulacaqlar. Dəməşqin hakimi onunla üz-üzə gəlib onu məğlub etmək üçün onun qarşısına çıxacaq. Lakin elə ki, onun bayrağına baxacaq, məğlub olacaq” (Əqdüd-Dürər: səh.701).

Seyyid Faruq əl-Musəvi, “əl-Hətmiyyat min əlaimiz-zuhur”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment