Sual-Cavab

 

Məhdəviyyat mövzusunda sizi maraqlandıran sualları şərhlər vasitəsi ilə bizə göndərə bilərsiniz.

30 thoughts on “Sual-Cavab”

    • Bismillah.
      Aleykum salam və rəhmətullah.
      Hədisi şəriflərin birində Əhd duasının oxunması ilə bağlı iki müstəhəbb əməl qeyd edilmişdir. Bunlar; 1-Duanın sübh vaxtı oxunması, 2-Qırx gün ardıcıl oxunmasıdır.
      İmam Sadiq (ə) buyurur: Hər kəs bu «Əhd duasını» qırx gün oxuyarsa, bizim Qaimimiz (Həzrəti Mehdi (ə)-ın) köməkçilərindən olar. O həzrətin zuhurundan qabaq vəfat edərsə, Allahu-təala onu həzrət Mehdi (ə)-ın xidmətində olmaq üçün qəbirdən xaric edər. Həmçinin Allahu-təala bu duanın hər bir kəlməsi müqabilində ona min savab kəramət edib, onun min günahını bağışlayar».
      Lakin bununla yanaşı, digər dualar kimi bu duanı da istənilən vaxtda və istənilən müddətdə oxuya bilərsiniz.

  1. Salam Allahin Rehmeti uzerinize olsun.

    Bəlkədə bu islah üçün ən yaxın yol, İmamlarla (ə), məxsusən də İmami Əsr və Zamanla (ə.f) irtibat qurmaqdır. Bunun üçünsə həzrətin əmrlərini yerinə yetirmək, ona itaət etmək, onun yolunu tutmaq, onun üslubuna riayət etmək və onun yolunda addımlamaq gərəkdir. (Məhbub, səh 104)

    “Rivayatu Şeyx Behcət” kitabından

    burada yazilib ki imamla irtibat qurmaq lazimdir bunu nece etmeliyik?
    Allah razi olsun

    • Bismillah.
      Aleykum salam və rəhmətullahi və bərəkatuh. Əgər diqqət yetirilərsə,aydın olur ki,cavab elə sualın özündə mövcuddur. Belə ki, mərhum Ayətullahul-üzma Bəhcət (r.ə) buyurur: “..Bunun üçünsə həzrətin əmrlərini yerinə yetirmək, ona itaət etmək, onun yolunu tutmaq, onun üslubuna riayət etmək və onun yolunda addımlamaq gərəkdir”. Həzrətin (ə.f) yolunu tutub onun əmr və qadağalarına əməl etmək, o həzrətlə irtibat qurmağın ən əsas şərtlərindəndir. Eyni zamanda həzrəti İmam (ə)-la mənəvi irtibat qurmaq üçün aşağıdakı məqamlara da riayət etmək tövsiyyə edilmişdir: gün ərzində İmama (ə) diqqət yetirmək, o həzrəti düşünmək, İmamın (ə) özündən və eləcə də imam barəsində digər imamlardan (ə) nəql edilən duaları və ziyarətnamələri oxumaq, həzrətin zühuru üçün səmimi qəlbdən dua etmək, edilən xeyir əməllərin savablarından o həzrətə hədiyyə etmək, görülən işlərdə o həzrətin (ə) rizayətini düşünmək və s.

  2. es selamun aleykum.Imam zamani yuxuda gormek mumkundur?amma uzunu gormemek sadece nurun iceri daxil olmasi ve 313 esgerin onu musayet etmesini gormek bu sheytani yuxu ola biler?vesselamu aleykum ve rahmetullah

    • Bismillah. Aleykum salam və rəhmətullah. Yuxuda İmam Zaman (ə)-ı və ya digər məsumları (ə) görmək mümkün bir haldır. İnsanlar təqvalı və ixlaslı olduqları zaman belə hallar onlar üçün baş verə bilər. İmamlarımızdan (ə) gəlib çatan rəvayətlərdə məsumları görə bilmək üçün bir sıra dualar və əməllər də qeyd olunmuşdur. Lakin burada mühüm və diqqət olunası bir məqam vardır: görəsən insanın məsumları (ə) gördüyünü zənn etdiyi bütün yuxular “Rəhmani”-dirmi, yoxsa şeytani də ola bilərlər? Əslində mövzu çox uzun olsa da qısa şəkildə deyirik ki, bəli, bəzən şeytan (l.ə) müxtəlif cildlərə girərək özünü insanlara məsum kimi təqdim edə bilər. Belə ki, bu hal hədislərdə də öz əksini tapmışdır. Zürarə İmam Sadiq (ə)-ın belə dediyini nəql edir: “Mənə Həmzədən xəbər ver. O mənim atamın (İmam Baqir (ə)-ın) onun yuxusuna gəldiyini deyir?” Dedim: Bəli. Dedi: “And olsun Allaha ki, yalan deyib. Onun yuxusuna gələn (mənim atam yox) Məktun olub. Həqiqətən də İblis adına “Məktun” deyilən bir şeytana göstəriş verər. O da istədiyi görünüşdə insanlara görünər…” (“İxtiyaru mərifətir-rical”, Kəşşi, s.589) Göründüyü kimi, hərçənd ki, şeytan (l.ə) məsumun həqiqi cildinə girə bilmir, lakin müxtəlif cildə girib özünü məsum kimi təqdim edə bilir. Bununla belə, səhih yuxunu batildən ayırmaq üçün bir sıra şərtlər də qeyd olunmuşdur. Bu şərtlər tamam olduğu təqdirdə yuxunun İlahi yuxu olduğunu deyə bilərik. Bunlara misal olaraq aşağıdakıları göstərə bilərik:
      1-Təharətli halda yatmaq.
      2-Yuxunun sübhə yaxın vaxtlarda görülməsi.
      3-Yuxuda şəriətə və ağıla zidd bir şeyin görülməməsi.
      4-Yuxunu məsumları yuxuda görmək üçün məsumlar (ə) tərəfdən qeyd olunan dua və ibadətləri yerinə yetirdikdən sonra görmək.
      5-Yuxunun Şeyx Müfidin (r.ə) “Kənzül-fəvaid” kitabının 212-ci səh.də qeyd etdiyi şərtlər daxilində görülmüş olması. (İmkan olduğu təqdirdə saytımızda yerləşdirməyə çalışacağıq.)
      Bu şərtlərin biri və ya bir neçəsi tamam olduğu təqdirdə -inşəallah ki-, yuxu Rəhmani yuxu olmuş olur.

  3. Salam Aleykum.

    Bir sual məni maraqlandırır.
    İmam Zaman (ə.f) Ağamıza məktub yaza bilərəmmi? və bunu hansı qayda, hansı tərtiblə etməliyəm? Çox xahiş edirəm sualımı cavabsız qoymayasınız, mənimçün vacibdir bunu bilmək.Eşitdiyim qədəri ilə bu mümkündür.
    ALLAH razı olsun.

    • Bismillah. Aleykumus-salam və rəhmətullah. Bəli, zəmanəmizin imamı həzrəti Sahibəz-Zəman Məhdi (ə.f)-ə məktub və ərizə yazmaq mümkündür və qədim alimlərimizin dəyərli kitablarında qeyd olunmuşdur. Belə kitablara misal olaraq, “əl-Misbah”, “əl-Bələdul-Əmin” və “Biharul-Ənvar” kimi qiymətli əsərləri göstərmək olar. Qeyd edək ki, məktubun xüsusi mətni vardır. Həmin mətni kağıza yazdıqdan sonra öz hacətlərinizi onun ardınca yazırsınız və həmin kağızı İmamlardan (ə) birinin zərihinə atırsınız. Əgər zərihə ata bilməsəniz, o zaman da pak torpaqdan palçıq düzəldirsiniz və kağızı qatlayıb həmin palçığın arasına qoyursunuz. Sonra isə onu çaya, çeşməyə və ya dərin bir quyuya atırsınız. Atdıqdan sonra həmin çayın və ya çeşmənin, yaxud quyunun başında dayanıb İmam Məhdi (ə)-ın dörd naibindən birini səsləyirsiniz və qeyd edilən duanı oxuyursunuz. Bundan sonra inşəallah ki, hacətləriniz rəva olar. Mərhum Əllamə Məclisi buyurur: “Ərizəni suya atan zaman belə təsəvvür etsin ki, onu İmamın (ə.f) xas naibinə verir” (Bihar: 94/30).
      Məktubun mətni belədir:
      “بسم الله الرحمان الرحيم، كتبت يا مولاي صلوات الله عليك مستغيثا، و شكوت ما نزل بي مستجيرا بالله عز وجل ثم بك، من أمر قد دهمني، وأشغل قلبي، وأطال فكري، وسلبني بعض لبي، وغير خطير نعمة الله عندي، أسلمني عند تخيل وروده الخليل، وتبرأ مني عند ترائي إقباله إلى الحميم، وعجزت عن دفاعه حيلتي، وخانني في تحمله صبري، وقوتي، فلجأت فيه إليك، وتوكلت في المسألة لله جل ثناؤه عليه وعليك، في دفاعه عني، علما بمكانك من الله رب العالمين، ولى التدبير، ومالك الأمور، واثقا بك في المسارعة في الشفاعة إليه جل ثناؤه في أمري، متيقنا لاجابته تبارك وتعالى إياك باعطاء سؤلي، وأنت يا مولاي جدير بتحقيق ظني، وتصديق أملي فيك في أمر – كذا وكذا…
      فيما لا طاقة لي بحمله، ولا صبر لي عليه، وإن كنت مستحقا له ولأضعافه، بقبيح أفعالي، و تفريطي في الواجبات التي لله عز وجل فأغثني يا مولاي صلوات الله عليك عند اللهف وقدم المسألة لله عز وجل في أمري قبل حلول التلف، وشماتة الأعداء، فبك بسطت النعمة علي.
      واسأل الله لي نصرا عزيزا، وفتحا قريبا، فيه بلوغ الآمال وخير المبادي وخواتيم الأعمال، والامن من المخاوف كلها في كل حال، إنه جل ثناؤه لما يشاء فعال، وهو حسبي ونعم الوكيل في المبدأ والمآل”.
      “Kəza və kəza” yerinə öz hacətlərinizi yazırsınız.
      Qeyd etdiyimiz kimi əgər bu kağızı İmamlardan (ə) birinin zərihinə ata bilməsəniz, deyilən qaydada çaya, çeşməyə və ya dərin quyuya atın və naiblərdən birini səsləyib deyin:
      “يَا فُلَانَ بْنَ فُلَانٍ، سَلاَمٌ عَلَيْكَ أَشْهَدُ أَنَّ وَفَاتَكَ فِي سَبِيلِ اللهِ، وَ أَنَّكَ حَيٌّ عِنْدَ اللهِ مَرْزُوقٌ، وَقَدْ خَاطَبْتُكَ فِي حَيَاتِكَ الَّتِي لَكَ عِنْدَ اللهِ عَزَّ وَجَلَّ، وَهٰذِهِ رُقْعَتِي وَحَاجَتِي إِلَى مَوْلَانَا عَلَيْهِ السَّلَامُ فَسَلِّمْهَا إِلَيْهِ، فَأَنْتَ الثِّقَةُ الْأَمِينُ”
      “Ya fulanə-bnə fulan” sözünün yerinə naiblərdən birinin adını deyirsiniz Bundan sonra inşəallah hacətləriniz rəva olar.
      “Misbahul-Kəfəmi”: 405, “Bələdül-Əmin”: 157, “Biharul-Ənvar”: 99/səh.235.

  4. ALLAH razı olsun.
    Mən ərəbcə bilmirəm, azərbaycan dilində hacətimi yazsam, yaxud da məktubun yazılma qaydasının ərəb dilindən lakin azərbaycan sözləri ilə qeyd etməyiniz mümkündürmü?
    İnternetdə çox araşdırdım, amma bununla bağlı qarşıma çıxmadı, sizin saytı da elə indi tapdım, ALLAHIn lütfüdür əlbət də ki.
    İnşaallah, May ayında İmam Rza (ə) ziyarətinə, oradan da Əmirəl-Möminin Əli (ə), İmam Hüseyn (Ə) ziyarətinə gedəcəyəm, İnşaallah, orada məktubu ünvana yetişdirmək istəyirdim.

    • Bismillah. Bu barədə mənbələrdə bir şey qeyd olunmamışdır. Yaxşı olar ki, ərəbcə yazılsın. Lakin, ərəbcə bilmədiyiniz təqdirdə qeyd etdiyiniz üsullardan istənilən birisi ilə hacətinizi yazmağınızda bir problem yoxdur.

    • Bismillah.
      Aleykum salam və rəhmətullah.
      Saytımızın sual-cavab bölməsində yalnız məhdəviyyatla bağlı suallar cavablandırılır. Lakin qısa şəkildə deyək ki, nəfs hərfi tərcümədə “öz”, “can”, “ruh” deməkdir. Nəfs dedikdə nəyin nəzərdə tutulması ilə bağlı müxtəlif nəzərlər olsa da nəfsi insanın mahiyyəti kimi başa düşmək olar. Bəzi hallarda nəfslə ruh və qəlb eyni şey olaraq qəbul edilir. Nəfsin mərtəbələri isə elə nəfsin özündə olur. Sualınızın geniş şəkildə cavabı uzun bəhsə ehtiyaclı olduğundan nəfs və nəfsi islahla bağlı yazılan kitablara müraciət etməyiniz xahiş olunur.

  5. Bismillah. Aleykum salam və rəhmətullah.
    Şeyx Rəcəbəli Xəyyat (r.ə) kimi böyük şəxsiyyətlərin Allah və İmam Zaman (ə) yanında uca məqama sahib olması gizli deyil. Lakin kim olmasından asılı olmayaraq bir kəsin İmam Zaman (ə)-la görüşdüyünü iddia etmək üçün dəlil göstərmək lazım gəlir. Bəzi əhvalatlardan belə nəticə əldə etmək olar ki, Şeyxin İmam (ə)-la mənəvi rabitəsi olub. Belə ki, nəql edilir ki, Cənab Şeyx Rəcəbəli Xəyyat deyir: Xəstələnidiyim zaman dərmanlardan istifadə edirdim. Gördüm ki, dərmanlar deyir:
    “Yəbnəl-Həsən! Şeyx Rəcəbəliyə təsir etməyə icazə veirirsiniz?” Ondan sonra anladım ki, dərmanlar İmam Zamanın (ə) icazəsi ilə xəstəliyi aradan qaldırır, şəfa verir.
    Həmçinin, Şeyxin övladlarından biri Şeyxin ölüm ayağında olduğu vaxtı təsvir edərkən deyir: “Gördüm ki, atamın olduğu evdə çox səs-küy var. Dedilər Şeyxin halı pisdir, dərhal otağa daxil oldum.Atam bir neçə dəqiqə bundan qabaq dəstəmaz alıb otağa daxil olmuşdu. Gördüm ki, üzü qibləyə oturub. Birdən ayağa qalxdı və sonra oturub gülərüzlə dedi: Xoş gəlmisiniz ağa! [Mərhün Süheylidən nəql olunubdur ki, “ağa”dedikdə məqsəd imam Zaman (e) idi ki,ömrünün axır vaxtlarında onun görüşünə gəlmişdi] Əl verib görüşdü, sonra əlini çəkdi və iş qurtardı, dodağında gülüş Allahın dərgahına qovuşdu”. Bu sonuncu qeyd olunan hadisədən belə başa düşürük ki, Şeyx ən azından ölüm ayağında mövla İmam Sahibəz-zəman (ə) ilə görüşübmüş.

    • Bismillah. Aleykum salam və rəhmətullahi və bərəkatuh.
      Əgər irfanın nəqli dəlilləri dedikdə nəzəri irfanda mövcud olan bir sıra mövzuların dəlillərini nəzərdə tutursunuzsa, o zaman qeyd etməliyik ki, nəzəri irfandakı mövzular barədə filosof və ariflər geniş bəhslər etmişlər. Nəzəri irfanla bağlı ana dilimizdə yazılan və ya ana dilimizə tərcümə olunan əhatəli və geniş araşdırmaya rast gəlmədiyimizdən, təəssüflər olsun ki, bu mövzuda sizləri hər hansısa bir qaynağa yönləndirə bilmirik. Ərəb dilində isə Ayətullah Seyyid Kamal əl-Heydərinin “əl-İrfanuş-şii” (“Şiə irfanı”) kitabına müraciət edə bilərsiniz.
      Vilayəti-fəqihin əqli və nəqli dəlillərinə gəlincə isə, baxmayaraq ki, ana dilimizdə bu mövzuda ayrı-ayrı faydalı məqalər yazılmışdır, lakin bununla belə bu mövzuda da ətraflı və müfəssəl bəhsləri özündə ehtiva edən əsərlərə ehtiyac duyulur. Hər halda, misal üçün Ayətullah Misbah Yəzdinin “Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış” kitabına müraciət edə bilərsiniz.

  6. Zəhmət olmasa görün bu düzdürmü?

    DUA İLƏ ZÜHURU BU İLƏ SALAQ…
    12ci imamımız olan imam Mehdi (ə) sağdır, diridir və hal-hazırda dünyada mövcuddur. Dünya fəsadla, zülm və sitəmlə dolan zaman Allahın əmriylə üzə çıxacaq, zalımları qətlə yetirəcək və dünyanı ədalətlə dolduracaqdır.
    Onun zühuru cümə günü Məkkədə olacaq, amma onun vaxtını Allahdan başqa heç kəs bilmir. Lakin Onun zühuru ilə əlaqədar olan bəzi əlamətlər (nişanələr) vardır ki, onlara zühur əlamətləri deyirlər. O əlamətlərin bəzisi zühurdan qabaq, bəzisi də zühur ərəfəsində və ya onunla bir vaxtda olacaqdır. Biz hazırda Axirəz-zaman dövründə yaşayırıq. Zühur əlamətlərinin bəzisi artıq olub keçib, bəzisi də indi mövcuddur. (Misal üçün hədisdə vardır ki, həmin zamanda insanlar bir-birlərini görmədikləri halda uzaq məsafədən bir-birləriylə danışarlar, müharibələrin bəzisi səmada baş verər və s.)
    Zühur əlamətləri Peyğəmbər (s.ə.s), imam Əli (ə) və digər imamların dilindən olan rəvayət və xəbərlərdə gəlib bizə yetişib. Bu əlamətlərin sayı çoxdur ki, artıq çoxu da baş vermişdir, amma, zühurdan əvvəl bəzi hadisələr baş verəcəkdir ki, onlar zühurun tam astanasında olar. Bunlar 5 əlamətdir.
    İmam Sadiq (ə) bu haqda buyurur: “Mehdinin (ə.f) zühurundan əvvəl 5 əlamət baş verəcəkdir: Səmadan güclü səs, Yəmənlinin qiyamı, Beyda çölündə yerə batma, Süfyaninin qiyamı, Nəfsi-Zəkiyyənin qətl edilməsi”.
    Bu hadisələr zühura çox yaxın baş verəcəkdir. Bu hadisələr hər biri göründükcə intizarda olanların ürəyindəki ümid nurunu daha çox alovlandıracaqdır.

    1. Süfyaninin qiyamı
    Zühurun qəti əlamətlərindən biri – Süfyaninin qiyam etməsidir. O qan içən, Əməvi əsilli, Əhli-Beytə (ə) nifrət bəsləyən və Əbu Süfyanın nəslindən olan bir şəxsdir. Adı Osman ibn Ənbəsədir. Eybəcər üzlü, böyük başlı, üzündə çopur olan bir şəxsdir. Suriyada qiyam edəcək (Şamdakı “quru vadidən” çıxacaq). O, müxalif olan iki dəstəyə hakim olacaq və zahirdə qələbə çalacaqdır. Həmin müxalif iki dəstənin birinin başında qırmızı simalı kişi və o biri dəstənın başında cüzama düçar olan bir kişi duracaqdır. Süfyani üçün siyasi və ictimai mühit hazır olacaqdır və o, geniş bir əraziyə hakim olacaqdır. Yolunu azmışlar onun ardınca gedəcəklər. Bütün bu hadisələr 6 ay ərzində baş verəcəkdir. Böyük fitnə və bəlalar törədəcək, çoxlu insan qətlə yetirəcək, hörmətləri aradan aparacaq. Bütün bunları o və onun Şamdan İraqa və Mədinəyə göndərəcəyi qoşunu edəcək. Onun çıxışı Rəcəb ayında olacaq və bayrağı qırmızı (və ya yaşıl) olacaq. Onun İraqa göndərəcəyi qoşun çoxlu qırğınlar törətdikdən sonra Şama qayıdacaq. İmamın zühurundan xəbər tutacaq və buna görə Mədinəyə qoşun göndərəcək, həmin qoşun isə Beyda adlanan çöldə yerə batacaq. İmam Mehdi (ə) Kufədən sonra Şama üz tutacaq və burada Süfyanini və onun adamlarını məhv edəcək. Beləliklə Allah bəndələrini onun şərrindən xilas edəcək.
    Rəvayətlərə əsasən, Süfyani Utbə ibn Əbi Süfyanın nəslindəndir. O, rəcəb ayında, Şamda qiyam edəcəkdir.

    2. Səmadan güclü səs
    Zühurdan əvvəl səmadan güclü səs gələcəkdir. Bəzi hədislərə görə, bu səs Cəbrayilin (ə) səsidir. Ramazan ayının 23cü gecəsində, cümə günündə eşidiləcəkdir ki, buyrulur: “Ey Allah bəndələri, dediyimi eşidin: Bu Ali-Muhəmmədin (s) Mehdisidir ki, Məkkə torpağından zühur etmişdir. Elə isə ona cavab verin”
    imam Baqir (ə) buyurur: “Mehdinin (ə) qiyamı həyata keçməz, məgər o halda ki, səmadan car çəkən car çəkər ki, şərq və qərbdə olanlar onu eşidərlər”. Hər bir xalq bu səsi öz dilində eşidəcəkdir. İmam Sadiq (ə) buyurur: “Hər bir dildən olan camaat həmin səsi öz dilində eşidəcəkdir”.
    Bu səs möminlər üçün ən böyük müjdə və sevinc olacaq. Qızlar evlərindəki pərdə arxasından bu səsi eşidəcəklər və atalarını və qardaşlarını İmam Mehdiyə (ə) yardıma getməyə təhrik edəcəklər. Bununla yanaşı o səs həm də zalımlar və təkəbbür sahibləri üçün böyük bir təhdid olacaq. Belə ki, onları qorxu-təlaş bürüyəcək və plan cızacaqlar…

    3. Beyda çölündə yerə batma
    “Beyda”, içində heç bir şey (bitki və s.) olmayan və Məkkə ilə Mədinə arasında yerləşən çölün adıdır. Süfyani İmam Mehdini (ə) ələ keçirməkdən ötrü Mədinəyə qoşun göndərəcək. Lakin qoşun yolda ikən qoşun başçısına xəbər çatacaq ki, imam (ə) Mədinədən çıxıb. Bunu bilincə o ordusunu Məkkə istiqamətinə göndərəcək. Lakin qoşun Beyda çölünə çatınca yerə batacaq. İmam Baqir (ə) buyurur: “Süfyani ordusunun rəhbərinə xəbər çatacaqdır ki, Mehdi (ə) Məkkəyə tərəf getmişdir. Ordunu onun ardınca göndərər. Ancaq o, Həzrəti (ə) tapmaz. Süfyaninin ordusu Beydaya çatan zaman car çəkən səmadan səslənər: “Ey Beyda diyarı! Onları məhv et!”. Həmin diyar da ordunu udar. Bu hadisədən ancaq iki nəfər salamat qalar. Biri müjdə olaraq bu xəbəri İmam Mehdiyə (ə) çatdırar, biri də xəbərdarlıq olaraq Süfyaniyə aparar”.

    4. Nəfsi-Zəkiyyənin qətli (öldürülməsi).
    Nəfsi-Zəkiyyə dedikdə pak və günahı olmayan kamil insan nəzərdə tutulur. Bəzi hədislərə əsasən o, imam Hüseynin (ə) nəslindəndir. Zühurdan öncə baş verəcək qəti əlamətlərdən biri də Nəfsi-Zəkiyyənin (Muhəmməd ibn Həsənin) qətlə yetirilməsidir. Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi hadisəsi səmadan eşidiləcək “güclü səs”dən sonra baş verəcək. Hədislərin də işarə etdiyi kimi onun öldürülməsi zühur günündən çox qısa bir müddət öncə olacaq. Belə ki, Fəzl ibn Şazan öz sənədi ilə Salehdən nəql edir ki, imam Sadiqin(ə) belə buyurduğunu eşidib: “Qaimin qiyamı ilə Nəfsi-Zəkiyyənin öldürülməsi arasında yalnız on beş gecə fasilə olacaq”. Bu hədisə əsasən imam Mehdinin (ə) qiyamından on beş gecə əvvəl Nəfsi-Zəkiyyə qətlə yetiriləcəkdir. İmam (ə) onu höccəti tamam etmək və Əhli-Beytə (ə) yardım etmələrini istəməsi üçün Məkkə camaatının yanına göndərəcək. Necə ki, hədisdə gəlmişdir: “…Qaim(ə) öz səhabələrinə deyəcək: Ay camaat, Məkkə camatı məni istəmir. Lakin mənim kimi birisi onlara höccəti tamam etməlidir deyə mən onlara (höccəti tamam etmək üçün) bir elçi göndərəcəyəm.
    Bunu deyib səhabələrindən bir nəfəri yanına çağıracaq və ona deyəcək: Məkkə camaatının yanına get və onlara de: Ey Məkkə əhli, mən filankəs tərəfindən sizə göndərilən bir elçiyəm. O sizə deyir: “Biz rəhmət əhli-beytiyik, risalət və xilafət mədəniyik, biz Muhəmmədin nəsli, peyğəmbərlərin sülaləsiyik. Həqiqətən də bizə qarşı zülm olundu, əziyyət edildi, təzyiqlər göstərildi, Peyğəmbərimizin (s) dünyadan köçdüyü gündən ta bu günədək haqqımız əlimizdən alındı. (İndi) biz sizdən kömək istəyirik, bizə kömək edin”.
    Bu cavan bu sözləri deyincə onun üstünə hücum çəkib “rükn” ilə “məqam” arasında başını kəsəcəklər. O, Nəfsi-Zəkiyyədir. Bu xəbər imama (ə) çatdıqda öz səhabələrinə deyəcək: Mən sizə deməmişdim ki, Məkkə camaatı məni istəmir?
    Beləcə Məkkəlilər imamı dəvət etməyəcəklər, o isə qiyam edib Bədr səhabələrinin sayı qədər adamla – yəni 313 nəfərlə birgə Tuva keçidinə düşəcək. Sonra isə Məscidul-Hərama gəlib İbrahim məqamında dörd rəkət namaz qılacaq. Arxasını qara daşa söykəyəcək. Allaha həmd-səna edib Peyğəmbəri (s.ə.s) yad edəcək, ona salavat göndərəcək. Sonra isə elə bir xütbə edəcək ki, hələ heç kəs belə bir xütbə etməmişdir..”.

    5.Yəmənlinin qiyamı.
    Yəmən diyarından ordu başçısının qiyam etməsi də zühurun əlamətlərindən biridir. O, saleh və mömin bir insan olacaqdır. Bütün gücü ilə pisliklər və günahla mübarizə aparar. O, hamını haqqa dəvət edər. Hər kim onun qiyamından üz çevirər, Cəhənnəm əhli olar. İmam Baqir (ə) buyurur: “O zaman ki, Yəmənin hidayət bayrağı qaldırılar, heç bir müsəlmana halal deyildir ki, onun hərəkatına qoşulmaqdan boyun qaçırtsın. Hər kim boyun qaçırdar və itaət etməz – Cəhənnəm əhlidir. Çünki (Yəmənli) insanları haqqa və düz yola dəvət edər”.
    Qeyd etmək lazımdır ki, İmam Mehdinin(ə) iki zühuru olacaqdır. Onlardan biri “kiçik zühur”, digəri isə “böyük zühur” adlanır. Kiçik zühur Rəcəb (və ya Ramazan) ayında Səmadan səs gəlməsiylə başlayacaq. Nəfsi-Zəkiyyə İmamın (ə) xass yardımçılarından olduğu üçün “kiçik zühur”dan sonra o imamın yanında olacaq. İmam onu danışıq üçün müxaliflərin yanına göndərəcək, lakin onlar onu qətlə yetirəcəklər. Bundan sonra isə İmam (ə) özü Kəbəyə gələcək və bununla da “böyük zühur” başlamış olacaq.
    Hədisdən göründüyü kimi o zaman İmam (ə) öz ata-babaları kimi davranaraq müxaliflərinə qarşı höccəti tamam edəcək. Haqqa dəvət etmək üçün onlara öz nümayəndəsini göndərəcək. Lakin onlar əvvəlki imamların (ə) vaxtında olduğu kimi bu dəfə də danışıq və dialoqu rədd edəcəklər. Belə ki, Siffeyn döyüşündən qabaq imam Əli (ə) Şam qoşununu danışığa dəvət etmək üçün Səid adında bir gənci əlində Quran onlara tərəf göndərmişdi. Şamlılar isə onun sözünə məhəl qoymayaraq o cavanı şəhid etmişdilər. Eyni zamanda imam Hüseyn (ə) Aşura günündən öncə, həmçinin, Aşura günündə düşmən qoşununa xəbər göndərərək onları danışığa dəvət etmişdi…
    Bütün bunlar onu göstərir ki, Nəfsi-Zəkiyyə Əhli-beytin tutduğu danışıq və mülayimlik yolunu, onun qətlə yetirilməsi isə düşmənlərin tutduqları şiddət və qan tökmə yolunu təmsil edir.
    Bu əlamətlərin bəzisi mümkündür ki, olub lakin biz bilmirik və ya olmaq üzrədir. Amma həqiqət budur ki, imam Zamanın (ə) zühuru Allahın ixtiyarındadır. Rəvayət olunur ki, Allah Musa (ə) peyğəmbərin gəlişini yəhudilərin çoxlu duasına görə neçə illər daha əvvələ saldı. Bizim üçün ən önəmli əlamət o əlamətdir ki, onunla zühur başlayacaq. O da yuxarıda haqqında danışdığımız həmin Səmadan gələn nidadır ki, Ramazan ayının 23cü gecəsi baş verəcəkdir. Qeyd edək ki, Ramazan ayının 23cü gecəsi 3cü qədr gecəsinin sabahısı gününün axşamıdır. Demək mümkündür ki, min aydan daha xeyirli olan qədr gecələrində o qədər dua edək ki, Allahı ən böyük adlarına, 14 məsuma o qədər and verək ki, Allah səmadan gələcək nidanı bu ilin Ramazan ayının 23cü gecəsinə salsın. Bunu hədsilər təsdiqləyirmi? Yəni mümkündürmü ki, hətta bəzi əlamətlər baş verməsə də Allah zühuru bir gecədə edilən dualara görə hazır etsin? Gəlin hədislərə nəzər yetirək:
    Əbu Bəsir nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala Mehdinin əmrini bir gecədə islah edəcək”.
    Nəql olunur ki, İmam Hüseyn (ə) buyurmuşdur: “Biz Əhli-beytin (ə) Qaiminin zühurunu Allah-taala bir gecədə gerçəkləşdirər”.
    İbn Macə nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur: “Mehdi (ə.f) biz Əhli-beytdəndir. Allah onu bir gecədə hazır edər”.
    Əbdüləzim Həsəni İmam Təqidən (ə) belə nəql edir: “Qaimimiz Məhdidir (ə.f) ki, qeybət zamanında onun zühurunu gözləmək və zühur edincə ona itaət etmək lazımdır. O, mənim üçüncü övladımdır. Məhəmmədi (s) peyğəmbər, bizləri də imam seçən Allaha and olsun ki, əgər dünyanın bir günlük ömrü də qalsa Allah-təala Məhdinin (ə.f) zühuru üçün o günü uzadar. Hz.Məhdi (ə.f) qiyam edəcək və zülmlə dolan yer üzünü ədalətlə dolduracaq. Allah-təala onun işlərini bir gecədə səhmana salacaq. Necə ki, Musa Kəlimullahın işini bir gecədə düzəltdi. Musa həyat yoldaşı üçün od gətirməyə getdi, amma risalət və nübüvvət tacı ilə geri döndü.” Daha sonra İmam “Şiələrin ən yaxşı əməllərindən biri də qurtuluşu gözləməkdir”-deyə buyurdu. (İsbat-ul Hudat, c.6, s.240)
    Hz.Peyğəmbər (s) belə buyurur: “Vəd edilmiş Məhdi (ə.f) bizdəndir. Allah-təala onun işlərini bir gündə yoluna qoyacaqdır”. (Əl-Havi lil Fətava, Suyuti, c.2, s.124)
    İmam Sadiq (ə) buyurur: “Sahibul-Əmrin (ə.f) doğumu insanlara gizli qalacaq. Ta ki, zühur etdiyində heç kimin beyəti boynunda qalmasın. Allah-təala onun işlərini bir gecədə yoluna qoyacaqdır.” (Biharul Ənvar, c.52, s.96)
    İmam Hüseyn (ə) buyurmuşdur: “Doqquzuncu övladımda Hz.Yusif və Hz.Musanın sünnəti olacaqdır. Biz Əhli-Beytin (ə) Qaimi (ə.f) odur. Allah-təala onun işlərini bir gecədə yoluna qoyacaqdır.” (Biharul Ənvar, c.51, s.133)
    Belə isə gəlin bu Ramazan ayının qədr gecələrində o qədər dua edək ki Allah zühuru lütf etsin. İmam Zaman(ə) ağa buyurur ki, zühur üçün dua edəndə Allahı xanım Zeynəbin (s.ə) QƏMİNƏ and verin…
    PAYLAŞIN hamı dua etsin, duadan və özümüzü “düzəldib” hazır etməkdən başqa əlac yoxdu…

    • Bismillah. Əs-salamu aleykum və rəhmətullahi və bərəkatuh.
      Yazıda müəyyən mübahisəli şəxsi çıxarışlar (hədislər üzərində düşünüb şəxsi rəy çıxarmalar) olsa da deyə bilərik ki, zühur üçün hər birimiz əlimizdən gəldiyi qədər dua etməliyik, onun tez baş verməsini diləməliyik. Bunun nə vaxt baş verəcəyini isə yalnız və yalnız Allah bilir.

    • Bismillah.
      Aleykum salam və rəhmətullahi və bərəkatuh. “Suğra” söz ərəb dilində adətən ad olaraq deyil, ləqəb olaraq işlədilir. Başqa sözlə, mənbələrdə öz adı “Suğra” olan bir xanıma rast gəlməmişik. Lakin, ləqəbi “Suğra” olan xanımlar kifayət qədərdir. Belə xanımlardan biri İmam Hüseyn (ə)-ın qızı Fatimətus-Suğradır (r). Onun anası Ummu-İshaq binti Təlhədir. Fatimətus-Suğra (r) Həsən əl-Müsənnanın həyat yoldaşı olmuşdur. Həmçinin, mübarək qəbri Bakı şəhərində ziyarətgah olan həzrət Həkimə xanımın (ə) adı bir sıra dini mənbələrdə, məsələn “Biharul-Ənvar” kimi mötəbər bir mənbədə Fatimətus-Suğra kimi qeyd olunur.

  7. salam men gece yuxu gormusem yuxuda qardasim oglunun anasi ona deyir bibisi bax bu IMAM SAHIBEZ ZAMANI (E.F)GORUR SONRA BU DUA OXUYUR AGZINDA SONRA DEYIR AGAMIZ ORDA MENDE QORXURAM ve berkden aglaya aglaya BISMILLAHIR REHMANIR REHIM deyirem sonra deyirem namaz qilacam sonra birde goorem destemaz aliram padruqamla sonra gedirik namaza xais edirem ne bilirsinizse bir sey yazin bu yuxu haqda zehmet olmazsa

    • Bismillah.
      Aleykum salam və rəhmətullahi və bərəkatuh.
      Yuxu yozmağı bacarmasaq da, gördüyünüz yuxunun müəyyən müsbət əlamətlər daşıdığını söyləmək olar. Yuxunun qardaşınız oğlu ilə bağlı olan hissəsinə gəlincə, dediyiniz şəxsin İmam Zaman (ə)-ı görüb-görməməsi yuxu ilə sübuta yetməz, ümumiyyətlə bu kimi məsələlər yuxu ilə sübuta yetməz. Bu səbəbdən də yuxunun qardaşınız oğlu ilə əlaqəli hissəsi barədə qəti bir söz deyə bilmərik. (Həqiqətən də qardaşınız oğlu İmam Zamanı (ə) görür, yoxsa yox, bu barədə yuxuya əsaslanıb bir söz demək olmaz). Lakin yuxunun sizə aid olan hissəsi barədə müəyyən fikir bildirmək olar. Belə ki, namaz Uca Allahın hər bir müsəlmana vacib etdiyi bir göstərişdir. Hər bir müsəlman Allah-taalanın əmrinə itaət edərək yerinə yetirilməsi heç də çətin olmayan bu ibadəti yerinə yetirməlidir. Namaz qılmamaq, yaxud namaz qılıb sonra namazı tərk etmək, Allahın əmrinə qarşı itaətsizlikdir. Lakin Allah öz bəndələrinə qarşı çox mehribandır. Allah daim öz bəndələrinin xeyrini istəyir. Bu səbəbdən də öz bəndələrinə müəyyən işarətlər verə bilər. Bəlkə də yuxuda namaza başlamağınızı görməyiniz sizin üçün namaza başlamağınızla bağlı bir işarədir. Bununla sizdən yenidən namaza başlamağınız tələb olunur. Əslində bu yuxunu görməsəydiniz belə yenə də namaza başlamaq sizin üzərinizdə vacib olacaqdı. Namaza başlamaq yuxu görüb-görməməkdən asılı deyil. Lakin dediyimiz kimi, bəzən insan qəflətdə olduğu zaman ona onu qəflətdən oyadacaq işarətlər verilə bilər. Bu yuxunu da belə başa düşmək olar. Siz Allah-taalaya yönəlib yenidən ibadətə başlayın, Allaha təvəkkül edərək şeytanın vəsvəsələrini özünüzdən uzaqlaşdırın. Allah sizlərə, bizlərə və bütün müsəlman qardaş və bacılarımıza haqq yolda müvəffəqiyyətlər əta etsin.

    • Bismillah.
      Aleykum salam və rəhmətullahi və bərəkatuh. Məlumdur ki, İmam Zaman (ə)-ın zühuru üçün “fərəc” (qurtuluş) sözü işlədilir. Bəzi böyük şəxsiyyətlər fərəci (qurtuluşu) ümumi və fərdi olmaqla iki yerə bölmüşlər. Ümumi fərəc dedikdə bütün bəşəriyyətin İmam Zaman (ə)-ın zühuru ilə maddi və mənəvi yöndən qurtuluşa çatması nəzərdə tutulur. Bu növdən olan fərəc yalnız İmam Zaman (ə) zühur etdiyi zaman baş tutacaq. Yalnız o Həzrət (ə) zühur etdikdən sonra bütün bəşəriyyət qurtuluşa yetişəcək, ümumi fərəc baş tutacaq. Lakin fərdi fərəc üçün İmam Zaman (ə)-ın zühur etməsi şərt deyil. Başqa sözlə, insan nəfsini paklayıb Rəbbinə xalis şəkildə ibadət etsə, həmçinin öz zəmanə İmamına (ə.f) qarşı yüksək mərifət kəsb edə bilsə, bunun nəticəsində fərdi olaraq fərəcə (qurtuluşa) yetişmiş olar; sanki zühur dövründə yaşayırmış kimi olar. Beləcə“fərdi fərəcə” yetişmiş sayılar (sanki artıq onun üçün fərəc baş vermiş olar.) Bəlkə də sizin oxuduğunuz məqalədə “şəxsi zühur” dedikdə bu nəzərdə tutulmuşdur.

Leave a Comment