Bismillahir rəhmanir rəhim
“Rivayatu Şeyx Behcət” kitabında Ayətullahul-üzma Şeyx Muhəmmədtəqi Bəhcətdən (r.ə) belə nəql edilir:
“İmam Məhdi (ə.f) buyurub: “Bizim sizlərdən xəbərimiz var və sizinlə bağlı heç bir şey bizdən gizli qalmır”. (“İhticau Təbərsi”, c.2, səh 322.)
Bizim bütün işlərimiz həzrəti İmamın (ə.f) gözü önündədir və o (ə.f) Allahın görən gözüdür. O bizim aramızda mövcuddur və bütün əməllərimizi görür. Bəs biz necə olmalıyıq, bizim əməllərimiz necə olmalıdır?
Qum şəhərinin ariflərindən biri olan Seyyid Mürtəza Hüseyni danışır ki, Şeyx Muhəmmədtəqi Bafqi (r.ə) hər cümə axşamı Cəmkəran məsçidinə gedərdi. Çox soyuq və yağışlı qış gecələrinin birində canıma Şeyxdən ötrü bir narahatlıq və qorxu düşdü. Arzu etdim ki, kaş ki Şeyx bu gecə məsçidə getməyəydi. Özümü saxlaya bilməyib evinə getdim. Lakin evdə deyildi. Narahat halda cəld Cəmkəran məsçidinə tərəf getməyə başladım. Orada yolun ortasında bir çörəkçi var idi. Ona dedim:
Mən belə bir soyuq havada Şeyxdən ötrü çox narahatam. Dedi: Onu bir neçə saat bundan əvvəl buradan keçəndə görmüşəm. Düşünmürəm ki, ona çatasınız. Çox güman ki, o indi Cəmkərandadır.
Olduqca narahat və nigaran bir halda evə qayıdıb dua və yalvarış etməyə başladım. Sübhədək yatmadım. Lakin sübhə yaxın məni bir qədər mürgü tutdu və bu zaman mövlam İmami-zəmanı (ə.f) gördüm. Həzrət məni səsləyib buyurdu:
“Mürtəza niyə narahatsan? Yoxsa olmaya belə zənn edirsən ki, Şeyxdən xəbərim yoxdur? Elə indicə Cəmkəran məsçidində idim. Şeyxin rahatlığı üçün nə lazımdırsa edib qayıtdım!!”
“Rivayatu əş-Şeyx Behcət”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.