Bismilləhir Rahmənir Rahim
….. Və Hacı Seyyid Haşim mən həqiri də mübarək ayın (Ramazan) bütün gecələrində həmin bu cəmə qatdı. Necə də gözəl ziyafət idi!
Gecələr,azana qədər söhbət,Qurani-Kərim qiraəti,göz yaşı və İbn Farizin şerlərinin oxunması ilə,eləcə də, İmam Hüseyn (əleyhis-salam) barədə qeyd olunmayan dərin irfani məslələrin və tövhid aləminin sirrlərinin incəliklərinin izah edilməsi ilə keçirdi.O gecələrdə mükaşifə qapısı məclisdə iştirak edən dostlar üçün açıq olurdu.Xüsusən də,Hacı Əbdüz-zəhra üçün.Hacı Əbdüz-zəhra,maraqlı mətləblər bəyan edirdi ki,bu da həmin Ramazan ayını qəribə bir şəkildə həyəcan və şadlıq dolu edirdi.Məclislərdə Hacı Əbdüz-zəhra gözləri qıp-qırmızı qızaranadək ağlayır və bu hal saatlarla davam edirdi.Sonra məsçidin içərisinə keçərək ağlamağa davam edər və yerə sərilmiş həsir üzərində səcdəyə qapanardı.Həyəcan,iztirab və yanar bir eşqlə dolu idi.Və məhz bu yandırıb-yaxan eşq digərlərinə də keçərək hallarına təsir edirdi.
Bir gecə,Hacı Əbdüz-zəhra,gözlərinin şişib-qızaracağı qədər uzunca ağladıqdan sonra məsçidə keçdi.Onun getməsindən sonra,Seyyid Həddad mənə dedi: “Seyyid Məhəmməd Hüseyn! Bu ağlamaq və iztirabı görürsən? Məndə onun yüz qatı var,lakin,onun aşkara çıxması və zahir olması başqa bir şəkildədir.”
Mücərrəd Ruh kitabından
Tərcümə: zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.