Seyyid İbn Tavusun (r.ə) İmam Zamanla (ə.f) bağlı oğluna nəsihəti

Bismillahir rəhmanir rəhim

 

“Dünyaya gəldiyin ilk gündən səni Mövlamız Məhdiyə (ə) tapşırdım. Dəfələrlə olub ki, başına gələn hadisələrdə o Həzrətin kölgəsinə pənah aparmış, onun inayət ətəyindən yapışmışam. Dəfələrlə o Ağanı yuxuda görmüşəm. Bizə çoxlu ənamlar vermiş, çox müşküllərimizi həll etmişdir. Bunları tam mənasında açıqlamaq mənim qüdrətim xaricindədir.

Belə isə, o Həzrətə mehrü-məhəbbətdə, vəfa və səmimiyyətdə, diqqət və xatircəmlikdə Allah və Rəsulunun (s), o Həzrətin istəkjlərini öz istəklərindən öndə bil. Mən bu mövzunu “əl-Muhimmat vət-tətimmat” kitabında açıqlamışam.

Özün və əzizlərin üçün sədəqə verməzdən qabaq o Həzrət üçün sədəqə ver. Onun müqəddəs vücudu üçün dua etməyi özünə dua etməkdən qabağa sal. O Həzrətin diqqətini və ehsanını cəlb etmək üçün, hər bir xeyir işdə Həzrətin haqqına vəfa üçün onu özündən üstün bil. Çərşənbə axşamı və cümə axşamı günlərində təvazö və səmimiyyətlə öz ehtiyaclarını Həzrətə ərz qıl. “Əl-Muhimmat” kitabında yazdığım kimi o Həzrətə xitab edəndə, salam verəndən sonra “Salamullahul-kamil” ifadəsi ilə başlanan ziyarəti oxu və de: “Ey mənim ağam və Mövlam! Bunlar Yusifin qardaşlarının öz ata və qardaşlarına qıydıqları işlərdir. (Amma) bütün bu cinayətlərə baxmayaraq Yusif (ə) və atası (ə) onlara rəhm etdilər, günahlarına göz yumdular. Biz də əgər Allah və Rəsulu, əziz İmamların və Sənin yanında bəyəniləcək bir bəndə deyiliksə, bizdən razı deyilsinizsə, sən –  ey sərvərimiz, necə ki Həzrət Yusif (ə) öz qardaşlarını bağışladı, onlarla mehriban davrandı – bizi bağışlamağa, bizə helm və kərəm göstərməyə Yusifdən daha irəlisən””.

 

“Nəsihətnamələr və vəsiyyətnamələr”, Füzuli Şəfiyev

Zuhuradogru.org

Leave a Comment