Seyyid Əbdül-Kərim Kəffaşın İmam Zamanla (ə.f) görüşünün sirri

 Bismillahir rəhmanir rəhim

 

Mərhum Seyyid Əbdül-Kərim Kəffaş həftədə bir dəfə imam Zaman (ə.f)-ın xidmətinə yetişərdi.

Bir gün Həzrət (ə.f), Seyyid Əbdül-Kərimdən soruşdu: Əgər bir həftə bizi görməsən, halın necə olar?

Buyurdu: Agacan ölərəm!

Həzrət (ə.f) təsdiq etdi və buyurdu: Seyyid Əbdül-Kərim, əgər belə olmasaydı bizi görməzdin!

Seyyid Əbdül-Kərim deyirdi: Bir vaxt röya aləmində imam Zaman (ə.f) ağa mənim behiştdəki yerimi göstərdi və dedi: Əbdül-Kərim bura sənin yerindir, istəyirsən qalasan? Dedim: Ağacan, egər mən behiştdə qalsam sizdə təşrif buyuracaqsınız? Buyurdu: Yox, mən indi gərək dünyaya qayıdım. Bir inqilabım var ki, gərək… Dedim: Ağacan, bir yerdə ki, sən yoxsan mənim dərdimə dəyməz. Buna görə də ağa ilə qayıtdım.

Seyyid Əbdül-Kərimdən soruşdular: Nə səbəb oldu ki, imam Zaman (ə.f) ağa ilə görüşə müvəffəq oldun? Buyurdu: Mən bir gecə İslam peyğəmbərini (s) röya aləmində ziyarət etdim. Dedim: Ey cəddim! Ya Rəsulullah! Mən çox istəyirəm ki, sizin nəvənizin xidmətinə çatım, nə edim? Hər bir qapını döyürəm açılmır. Cəddim buyurdu: Seyyid Əbdül-Kərim, oğlum! Hər gün iki dəfə sübh və qurub vaxtı otur və Hüseynim üçün ağla! Əgər istəyirsən imam Zaman (ə.f)-nın xidmətinə çatasan, bu dəstura əməl et! Deyir: Yuxudan oyandım və bu dəstura əməl etməkdə bir il davam etdim. Səhər və axşam oturub öz-özümə Kərbəla rovzəsi deyib ağladım. Bir il bu hadisədən keşmişdir ki, gördüm artıq bütün yollar açıldı.

Ertebate mənəvi ba həzrəte Məhdi (ə.f), Seyyid Hüseyn Gənci

Tərcümə: Zuhuradogru.org

Leave a Comment