Şeyx Tusinin Xüsusi Naiblər Haqqındakı Sözləri

Bismillahir rəhmanir rəhim

Şeyx Tusi belə yazır: “Bizə görə, İmam Həsən Əsgərinin (ə) zamanında onun səhabələrindən bəziləri, onun oğlu olan Hz. Mehdini (ə.f) görmüşlər. İmam Həsən Əsgərinin (ə) şəhadətindən sonra da onlar, Hz. Mehdinin (ə.f) naibliyini etmiş, şiələrin İmamla (ə.f) əlaqəsini təmin etmişlər. Bu naiblərin hamısı tanınmış və məşhur kəslər idilər. Onlar dinin hökmlərini İmamdan (ə.f) öyrənib, şiələrə çatdırırdılar. Yazılı suallar olduğu zaman onları Hz. Mehdiyə (ə.f) aparır, cavablarını alıb, şiələrə gətirirdilər. Şiələrin xums və zəkatlarını İmamdan aldıqları vəkalətlə yığır, sonra İmama (ə.f) təslim edir və ya onun icazəsiylə xərcləyirdilər. İmam Həsən Əsgəri (ə) onların ədalətini təsdiqləmiş, onları Hz. Mehdinin (ə.f) əmin naibləri olaraq tanıtmış və özündən sonra mülklərinin baxımı və işlərinin icra edilməsini onlara təhvil vermişdi. Bunlar, Əbu Əmr Osman ibn Səid, onun oğlu Məhəmməd ibn Osman və digərləridir. Bunların hamısı məlumatlı, dirayətli və etibarlı kəslər idi. (Biharul Ənvar, c. 51, s. 303; Məhdyei Məvud, s. 458.)

 

Zuhuradogru.org 

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment