Şeyx Muhəmməd Bəharinin məktubu

 Bismillahir-rəhmanir-rəhim

                                         

HACI SEYİD AĞAYA  BOMBEYƏ GETMƏYİ QƏRARA ALDIĞI ZAMAN  YAZMIŞ OLDUĞU MƏKTUB(Allah onu salamat etsin!)

 “Ey mənim Kənanlı ayım,Misirin taxtı sənin oldu

  Artıq zindanı tərk etməyin vaxtı çatdı..”[1]

 Lakin bir neçə şərtlə:

    Birincisi budur ki, hər bir şeyə olan ləzzəti başından çıxarasan. Xüsusi ilə də nəfs rahatlığını. Əməllərində  hədəf bəndələrin islahı, müsəlmanlar üçün xeyir iş görməyi sevmək və bəndələrin pis davranışlarına (cəfasına) dözməkdən başqa bir şey olmasın… Əgər “məqsud” (hədəf)  mal, var-dövlət, şərəf və şan-şöhrət olsa, onda “məqsuda” da çata bilməyəcəksən, “məqsədə” (Allahu-təalaya) də.. .

   Əgər ölüm daim nəzərində canlansa və ondan bir an belə qafil olmasan və həmçinin qəlbinin həqiqəti ilə “.. hər kəsin k,i mənzili torpağın əlləri ola, mənə de görüm, nə ona fayda verər ki,ulduzlarda otura ?! ”[2] – desən, o zaman bu vərdişə yiyələnməyin mümkün olar.

   İkincisi isə budur ki, insan öz əməlində fikirləşmə və məşvərətə arxalana.[3] Tələskənlik və ilk baxışa deyil. Beləki, tələskən və öz rəyinə arxalanan kəs gözləmədiyi yerdən çoxlu həlakətə düçar olar. Elə bir həlakətə ki, əgər bütün ağıl sahibləri yığışsalar belə, onu bu həlakətdən qurtara bilməzlər. Və bu, açıq-aşkar bəllidir..

 Üçüncüsü budur ki, öz qəzəb qüvvəsini ağıl qüvvəsinə tabe etsin ki, lazım olmayan yerdə ondan qəzəb sadir olmasın. Qəzəb “tozunun”   ağılın üstünü örtməsi, onu kor etməsi və müxtəlif mərtəbələrdə haqqdan gizli saxlaması qaçılmazdır. Buna görə də belə vəziyyətdə qəzəb qüvvəsi sakitləşənə qədər öyüd-nəsihət  vermək və haqq sözlə olmuş olsa belə- kimsəyə etiraz etməməlidir..

   Dördüncüsü, sirr saxlayan olmalıdır. Sirrini çox ciddi bir şəkildə qorumalıdır.. murad sirdədir … ki, bunu da insanların çoxu bilmir. Əgər onlara (bu sirlər) deyilsə, -nəticəsi olsa belə- boş, mənasız və əqidələrindədə fəsada yol açan bir şey olar. Bu da, şəxslər və bəlalar baxımından fərqlənir …

  Beşincisi, bir an belə öz nəfsini şəfqətli və mehriban hesab etməsin. Əksinə, onu təqsirli və xəyanətkar bilsin. Xüsusilə də, onu bir işdə israr etdiyini gördüyü zaman … Bilməlidir ki, ortada hansısa bir qərəz və məqsəd vardır… Nəfs bu israrla dəyişiklik istəyir..(Bu məqsədə çatmaq üçün)

   Altıncısı budur ki, əməllərində nizamlı və tərtibli olmalıdır. Öz nəfsi ilə xəlvətdə qalmaq fürsətini əldən verməsin deyə, hər bir əməli üçün vaxt ayırmalıdır. Bu elə bir tərzdə olmalıdır ki, heç bir işdən geri qalmasın və hər bir işi öz vaxtında yerinə yetirsin. Əgər hər hansısa bir əməlin vaxtı keçdisə, daha onu etməsin… Həqiqətən də bundan törəyən fəsad çox böyükdür.

  Yeddincisi isə, heç bir işdə öz güc və qüvvəsinə arxalanmasın. Əksinə, bütün hallarda öz Yaradanı və Xaliqinə arxalansın. Bundan artığına imkan yoxdur.

  

   Yazdı :Muhəmməd Bəhari 

1322. 1.h /4 c-sani

 


[1]Hafiz Şirazinin şerinin məzmunu
 [2]Hafiz Şirazinin şerinin məzmunu
[3] Hədisdə gəlmişdir ki,Adəm (əleyhissalam) öz övladlarına nəsihət edərkən buyurdu: “Hər hansısa bir iş görmək istəsəniz,o işə görə bir an dayanın.Əgər mən bircə an dayansaydım, başıma gələnlər başıma gəlməzdi.”
   Etdiyin əməldə tələsmə,
   Tələsən adam çox az hallarda istəyinə çatar.
   Tələskənlik etməyən öz istəklərinə çatar
   Tələsən şəxs azmaqdan və xətadan amanda deyil
Məşhur  bir məsəldə deyilir ki, “dəlinin biri quyuya bir daş atdı,yüz ağıllı çıxara bilmədi” (..İsfahani)
 Qeyd: Şeyx Həsənəli İsfahani Noxudəki (r).Bu böyük,kamil arif,rəbbani alim,məktubların götürülmüş olduğu “təzkirətul-mutəqqin” kitabında bu məktublara şərh vermişdir ki,biz də o şərhləri olduğu kimi gətiririk.-tərc

 

Leave a Comment