Bismillahir rəhmanir rəhim
Muğeyrə ibn Səd, İmam Baqir (ə)-ın Əmirəl-möminin (ə)-dan belə nəql etdiyini deyir:
“Nizələr Şamda ixtilaf edəcək və bu ixtilaf yalnız Allahın əlamətlərindən bir əlamət baş verdiyi zaman sona çatacaq. Dedilər: Nədir o əlamət, ey möminlərin Əmiri? Dedi: Şamda bir sarsıntının baş verməsi. Bu zaman yüz mindən çox insan həlak olacaq. Allah onu möminlər üçün rəhmət, kafirlər üçün isə əzab qərar verəcək. Bu baş verdiyi zaman kəsik qulaqlı boz atların sahiblərini və məğribdən (qərb tərəfdən) gəlib Şama daxil olacaq sarı bayraqları gözləyin. Bu, böyük qorxu və qırmızı ölüm baş verdiyi zaman olacaq. Bu baş verdiyi zaman, Dəməşqin Hərəsta deyilən bir bölgəsinin (və ya kəndinin) batmasını gözləyin. Bu baş verdiyi zaman İbni-Akilətil-Əkbad – ciyər yeyən qadının oğlu Yabis vadisindən xüruc edəcək. Ta ki, gəlib Dəməşq minbərinə əyləşəcək. Bu baş verdiyi zaman isə Məhdinin (ə) xürucunu gözləyin”. (Ğeybəti-Numani: 305)
“Əl-Bəd vət-tarix”, 2/177-də deyilir: Əmirəl-möminin (ə) buyurdu: “Bu baş verdikdən azacıq sonra ciyər yeyən qadının oğlu Dəməşq minbərini ələ keçirməkdən ötrü xüruc edəcək. Bu baş verdiyi zaman Məhdinin (ə) çıxmasını gözləyin”. (Həmçinin: Ğeybəti-Tusi: 277)
Şeyx Əli Kəvrani (d.z) deyir: “Kəsik qulaqlı boz atlar” məğriblilərin (Liviya, Misir, Tunis və s. bölgədən olanların) və ya qərblilərin minik vasitələri üçün işlədilən bir vəsfdir. “Ciyər yeyən qadının oğlu” isə Əbu Süfyanın zövcəsi Hindin oğlu mənasındadır və bununla Süfyani nəzərdə tutulur. Çünki Süfyani Müaviyənin övladlarındandır (buna görə də Müaviyə kimi “ciyər yeyən qadının oğlu” ləqəbi daşıyır). Yabis vadisi isə Hurandan (Suriya ərazisində yer adıdır-müt.) İordaniya və Fələstinə qədər uzanan bir vadidir.
Şeyx Əli Kəvrani, “Əl-Mucəmul-Məvzui”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.
Inwallahu Teala,Allah sizlerden razi olsun