Şam diyarında baş verəcək hadisələr

Bismillahir rəhmanir rəhim

 

Hədis və tarix kitablarında “Şam”, “Şam diyarı”, “Şamat” kimi adlar hazırkı Suriya ərazisi və Livanın bir hissəsini əhatə edən bölgə üçün işlədilmişdir. Həmçinin, “Şam” adı İordaniyanı da əhatə edir (habelə Fələstini də buraya aid etmək olar).

Eyni zamanda, “Şam” həmdə Şam diyarının paytaxtı olan Dəməşqin başqa bir adıdır.

Zühur əsri zamanı Şam diyarı, orada baş verəcək hadisələr və şəxsiyyətlər barədə çoxlu hədislər mövcuddur. Bu hədislərin əsas mehvəri Şamda hakimlik edəcək Süfyanidir. Süfyaninin ordusunun İmam Məhdi (ə)-ın zühuru ərəfəsində böyük bir rolu olacaqdır. Süfyani Şam diyarında öz müxaliflərini məğlub edəcək, Qirqisiya döyüşündə türkləri yenəcək və bundan sonra İraqa daxil olacaqdır.

Həmçinin o, İmam Məhdi (ə)-ın hərəkatını yatırmaq üçün Hicaz hökumətinə öz qüvvələri ilə yardım edəcək, lakin bu ordu Beyda adlanan çöldə yerə batacaqdır.

Heç şübhəsiz ki, Süfyaninin ən böyük döyüşü İmam Məhdi (ə)-la edəcəyi “Fələstinin fəthi” döyüşü olacaqdır. Bu zaman yəhudilər və qərblilər Süfyaninin tərəfində vuruşacaqlar. Döyüş Süfyaninin məğlubiyyəti və öldürülməsi ilə, İmam Məhdi (ə)-ın isə qələbə çalması ilə başa çatacaq. Bundan sonra İmam (ə) Fələstini fəth edib Qüdsə daxil olacaq.

Süfaynidən öncə – hədislərə əsasən – Şamda baş verəcək olan hadisələri isə ümumi şəkildə belə sıralamaq olar:

1-Müsəlmanları əhatə edən bir fitnənin baş verməsi. Rumluların və Türklərin onlar üzərində hakimiyyəti.

2-Şam diyarında bir fitnənin çıxması. Bunun nəticəsində Şamda ixtilaflar yaranacaq, sıxıntılar baş verəcək, iqtisadi böhran yaranacaq.

3-Şam diyarında iki rəhbər (əsas) dəstə mübarizə aparacaq.

4-Dəməşqdə zəlzələnin baş verməsi və bunun nəticəsində Dəməşq Məsçidinin qərb divarının uçması və şəhərin bir sıra yerlərinin sökülməsi.

5-Şamda üç dəstənin hakimiyyət üstündə mübarizə aparması. Əbqə`, Əshəb` və Süfyani. Bunun sonunda Süfyaninin qələbə çalıb Suriya və İordaniyaya hakimlik etməsi, məntəqəni öz hakimiyyəti altında birləşdirməsi.

6-Əcnəbi qüvvələrin Şama daxil olması.

 

Şeyx Əli Kurani, “Əsruz-Zuhur”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir. 

Leave a Comment