Elmsiz və məlumatsız Quranın anlayışları haqqında danışmağa varmayın və münaqişə etməyin. Çünki cəddim Hz. Peyğəmbərin (s.) belə buyurduğunu eşitdim: “Quran haqqında, elmi və məlumatı olmadan fikir bildirən kimsə, yerini odda hazırlamalıdır.” Allah-təalanın özü “Saməd” sözünün mənasını açıqlamışdır; Quranda belə buyurur: “Allah birdir “. (İxlas, 1)” Allah saməddir “ (İxlas, 2) və davamında da özü təfsir edir:” doğmamış və doğulmamışdır və Onun heç bir tayı yoxdur. “(İxlas, 3-4)
“Doğmamışdır” yəni: Övladlığa və digər varlıqlar kimi cismani olan və ruh kimi cismani olmayan varlıqlar Ondan törəməmiştir. Habelə mürgüləmə, yuxu, xəyal, kədər, sevinc, gülmə, ağlama, qorxu, ümid, rəğbət, bezginlik, aclıq, kimi vəziyyətlər də Allahda olmaz. Onun mövqeyi, konkret və mücərrəd bir şeyin Ondan çıxmasından daha çox ucadır.
Doğulmamışdır, yəni: Digər cismani əşyalar kimi öz ünsüründən törəyib çıxmamışdır. Məsələn; əşyanın əşyadan, heyvanın heyvandan, bitkilərin torpaqdan, suyun bulaqlardan, meyvələrin ağaclardan meydana gəlməsi kimi və ya öz ünsüründən doğan və ibarət olan ruhani əşyalar kimi də deyil. Məsələn; görmənin gözdən, eşitmənin qulaqdan, qoxu almanın burundan, dadmanın ağızdan, danışmanın dildən, tanıma və anlamanın ürəkdən, atəşin daşların bir-biri ilə sürtünməsindən qaynaqlandığı kimi.
Xeyr! O, Saməd olan Allahdır. O nə bir şeydəndir, nə bir şeydədir və nə də bir şeyin üzərindədir. Bütün əşyalar yoxkən icad edəndir, onların yaradıcısıdır öz qüdrəti və iradəsi ilə əşyaları yoxdan var edəndir. Yox olmaq üçün yaradılan şeylər Onun istəyiylə yox olmaqda və dağılmaqdır.
Baqi qalması üçün yaradılan varlıqlar da Onun elm və iradəsi ilə baqi qalmaqdadır. Buna görə O (Tövhidi Səduq, s.91; Şeyx Səduq Kitab evi, Tehran, İran, H.1398 ) “Allah” Saməddir. “Elə Allah ki” doğmamış və doğulmamışdır “” Qeybi də bilən, açıqda olanı da bilən çox böyük və uca bir Tanrıdır “(Rəd, 9)” Onun tayı-bərabəri və bənzəri də yoxdur “. (İxlas, 3-4)
Mustafa Möhsun Musəvinin “Bəlağatul Hüseyn” kitabından tərcümə
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.