Şərq və qərb tərəfdən çıxacaq od

Bismillahir rəhmanir rəhim

 

1-Əbu Bəsir İmam Sadiq (ə)-ın belə buyurduğunu nəql edir: “Elə ki, səmada bir əlamət – şərq tərəfdə gecəni aydınladan (gündüz kimi edən) bir od – gördünüz, (bilin ki) insanların fərəcinin vaxtı çatıb. Bu əlamət, Qaim (ə)-ın gəlişindən çox az öncə baş verəcək”. (Ğeybəti-Numani: 179, Əqdüd-Dürər: 145)

2-Saleh ibn Səhl İmam Sadiq (ə)-ın belə buyurduğunu nəql edir: “Həzrət (ə) “İstəyən şəxs (mütləq) baş verəcək bir əzabı istədi” (Məaric surəsi, 1) ayəsi barədə buyurdu:

Bunun təvili belədir: Səviyyədə[1] bir əzab – yəni od – baş verəcək ki, bu od Kinasəyə; Bəni Əsəd Kinasəsinə qədər gəlib çıxacaq. Sonra Səqifə tərəf irəliləyəcək. O, içində Ali Muhəmməd (ə)-a görə nahaq qan axıdılmış bir ev saxlamayacaq ki, yandırmasın (belə evlərin hamısını yandıracaq). Bu, Qaim (ə)-ın xüruc etməsindən öncə baş verəcək”. (Ğeybəti-Numani: 182)

3-Əli ibn İbrahim belə nəql edir: “Əbu Cəfər (ə)-dan Allahu-təalanın “İstəyən şəxs (mütləq) baş verəcək bir əzabı istədi” ayəsi barədə soruşuldu. Həzrət (ə) belə buyurdu:

(Bu) Qərb tərəfdən çıxacaq bir oda və onu arxadan itələyən bir mələkə işarədir. Bu od, Səd ibn Həmam qəbiləsinin məskəninə, onların məsçidi olan yerə gəlib çatacaq. Bəni-Üməyyəyə aid olan bütün evləri içərisindəkilərlə birgə yandıracaq. O, içində Ali-Muhəmməd (ə)-a görə nahaq qan axıdılmış bir ev saxlamayacaq ki, yandırmasın. Bu Məhdi(nin xürucunun əlamətlərindən)dir”. (Biharul-Ənvar: 52/188, hədis 14)

4-İmam Muhəmməd Təqi (ə)-dan belə nəql edilir: “Şərq tərəfdə üç gün və (ya) yeddi gün davam edən bir od gördüyünüz zaman, Ali-Muhəmmədin (ə) fərəcini gözləyin, inşəallahu-təala!” (Əqdüd-Dürər: 145)

 

 

Şeyx Hüseyn əş-Şakiri, “Əl-Məhdiyyul-Müntəzər”, II cild

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.  

 


[1]  Kufə yaxınlığında yer adıdır. Kinasədə o ərazidə olan bir məntəqədər. Müt.

Leave a Comment