Sərmayə və iş alətlərinin xümsü

Bismillahir rəhmanir rəhim

İŞ YERİNİN XÜMSÜ
Sual 23: Tibb məntəqəsinə xüms düşürmü?
Bütün müctəhidlərin rəyi: İş qazancından hazırlandıqda xüms düşür.(İmam (r), “Təhrirul-vəsilə”, 1-ci cild, kitabul-xüms, 13-cü məsələ; Məkarim, “Tə`liqatun ələl-urvətil-vüsqa”, 59-cu məsələ; Nuri, “Tovzihul-məsail”, 1753-cü məsələ; “Ürvətül-vüsqa”, 2-ci cild, 83-cü məsələ; Xamenei, “Əcvibə”, səh.951; Behcət, “Tovzihul-məsail”, 1401-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, 1804-cü məsələ.)
Qeyd 1: Tibb məntəqəsi, mağaza və sair iş yerləri sərmayə hesab olunur.
Qeyd 2: Məsələnin fərzi o hala aiddir ki, xüms ödədikdən sonra dolanışıq xərci əldə etmək mümkün olsun. Dolanışıq təmin olunmadıqda uyğun sərmayə “ehtiyac duyulan sərmayə” hökmündədir.
İŞ ALƏTLƏRİNİN XÜMSÜ
Sual 24: Diş həkiminin iş alətlərinə xüms düşürmü?
Bütün müctəhidlərin rəyi: İş qazancından hazırlandıqda bu alətlərə xüms düşür.(Xamenei, “Əcvibə”, səh.977; “Ürvətül-vüsqa”, 2-ci cild, kitabul-xüms, 59 və 62-ci məsələ; Behcət, “Tovzihul-məsail”, 1401-ci məsələ.)
Qeyd 1: İş alətləri sərmayə hesab olunur.
Qeyd 2: Məsələnin fərzi o hala aiddir ki, iş alətlərinin xümsünü ödəməklə maaş əldə edə bilər. Digər hallarla bağlı hökm qarşıda qeyd olunacaq.
BANKA QOYULMUŞ PULUN XÜMSÜ
Sual 25: Banka köçürülmüş və gəlirindən istifadə olunan pula xüms düşürmü?
İmam (r), Xamenei, Fazil, Sistani və Məkarim: Banka köçürülmüş pul iş qazancından olarsa xüms düşür. Lakin xümsü ödəmək (hətta hissə-hissə) yaşayışını idarə edə bilməməsinə səbəb olarsa, xüms düşmür.(“Ürvətül-vüsqa”, 2-ci cild, 59-cu məsələ; “Məsail”, 1-ci cild, səh.708; Məkarim, “İstiftaat”, 2-ci cild, səh.543; Sistani, “Əl məsailul-muntəxəbə”, 588-ci məsələ; Sistani, “Minhacus-salihin”, 1-ci cild, 1213-cü məsələ; Xameneinin katibliyi.)
Nuri, Təbrizi və Behcət: Banka köçürülmüş pul iş qazancından olarsa yaşayış üçün lazım olan miqdara xüms düşmür. Lakin ehtiyacdan artıq qalan miqdarın xümsü verilməlidir.(Nuri, “İstiftaat”, 1-ci cild, səh.271; “Tə`liqə” Təbrizi, 32-ci məsələ; Təbrizi, “İstiftaat”, səh.948; Behcət, “Tovzihul-məsail”, 1401-ci məsələ.)
Safi və Vəhid: Banka köçürülmüş pul iş qazancından olarsa, xüms düşür. Xüms verdikdə dolanışıq xərcini ödəyə bilməzsə şəri hakimə ödəyib sonradan borc götürə bilər.(Safi və Vəhidin katibliyi.)
Qeyd 1: Banka köçürülmüş puldan əldə edilən qazanca xüms düşür.
Qeyd 2: Banka köçürülmüş pul bir növ sərmayədarlıq hesab olunur.
Qeyd 3: Banka köçürülmüş pul hədiyyə və bu kimi yollarla əldə olunduqda əsas hökmü daşıyır. (Hədiyyə bölməsinə müraciət edin)
SƏRMAYƏNİN XÜMSÜ
Sual 26: Çətinliklə sərmayə toplamış şəxs xüms ödədikdə yerdə qalmış miqdarla dolanışıq məqsədi olan işə başlaya bilmədikdə bu sərmayənin xümsünü verməlidirmi?
(Vəhid və Safidən başqa) Bütün müctəhidlərin rəyi: Əgər (hissə-hissə olsa da) xümsü ödədikdə dolanışıq əldə edə bilməzsə, xüms düşmür.(İmam (r) “İstiftaat”, 1-ci cild, səh.35; Məkarim, “İstiftaat”, 2-ci cild, səh.543; Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.765; Sistani, “Minhacus-salihin”, 1-ci cild, 1219-cu məsələ; Sistani, “Əl məsailul-muntəxəbə”, 588-ci məsələ; Xameneinin katibliyi.)
Safi və Vəhid: Xüms düşür. Lakin şəri hakimə ödəyib sonradan borc götürə bilər. (Safi və Vəhidin katibliyi)
Nuri, Təbrizi və Behcət: Sərmayənin yaşayışın təmini üçün zəruri olan hissəsinə xüms düşmür. Artıq qalan hissəyə isə xüms düşür.(Nuri, “İstiftaat”, 1-ci cild, səh.271; Behcət, “Tovzihul-məsail”, 1401-ci məsələ; Təbrizi, “Əttə`liqətu əla minhacis-salihin”, kitabul-xüms, 32-ci məsələ.)
QALXMIŞ QİYMƏTİN XÜMSÜ
Sual 27: Sərmayənin (torpaq, dükan, maşın və s.) xümsünü vermişəm. Lakin bir neçə il sonra onun qiyməti artıb. Artmış qiymətə xüms düşürmü?
Bütün müctəhidlərin rəyi: Bəli, xüms düşür.(İmam (r) “Təhrirul-vəsilə”, 2-ci cild, 8-ci məsələ; “Əcvibə”, səh.858; Sistani, minhacus-salihin, 1-ci cild, 1213-ci məsələ; Təbrizi, “İstiftaat”, səh.872; “Ürvətül-vüsqa”, 2-ci cild, 53-cü məsələ; Nuri, “İstiftaat”, 1-ci cild, səh.275; Behcət, “Vəsilətun-nicat”, 1-ci cild, səh.1380. Safi və Vəhidin katibliyi.)
Qeyd: Qeyd olmuş cavab onun satılmasının və pulunun alınması mümkün olan hallara aiddir.
MOBİL TELEFONUN XÜMSÜ
Sual 28: Mobil telefona xüms düşürmü?
Bütün müctəhidlərin rəyi: Şəxsin şəninə uyğun və şəxsi ehtiyaclara istifadə edilərsə xüms düşmür. Qazanc əldə etmək üçün sərmayə olarsa xüms düşür.(“Ürvətül-vüsqa” 2-ci cild, 61-ci məsələ; “Tovzihul-məsaili mərace”, 1775; Nuri, “Tovzihul-məsail”, 1771-ci məsələ; “Əcvibə”, səh.923.)
Qeyd: Risalələrdə mobil sözü işlənməsə də bəyan olunmuş qayda ona da tətbiq olunur.

Leave a Comment