Bismillahir Rəhmanir Rəhim
Səmavi səs — bu, həzrəti Cəbrailin (ə) mübarək Ramazan ayının iyirmi üçüncü gecəsində, cümə gününün gecəsi edəcəyi səmavi nidadır. Bu zaman həzrəti Cəbaril (ə) bu şəkildə nida edəcək:
“Ey Allahın bəndələri, eşidin dediklərimi: Bu Muhəmməd Ailəsinin Məhdisidir, o Məkkə torpağında qiyam etmişdir, onun çağırışına cavab verin!” (İlzamun-nasib, 2/200)
Bu hadisə, mübarək zühurun ən bariz və ən aşkar əlamətlərindən biri hesab edilir.
Bu səmavi səs, hamının başa düşə biləcəyi və eşidə biləcəyi bir şəkildə baş verəcək. Bütün dünya əhalisi onun səsini eşidə biləcəkdir. O səsi, hər bir qövm öz dilində eşidəcək. Bu barədə Zürarənin İmam Sadiq (ə)-dan nəql etdiyi bir hədisdə məlumat verilmişdir. (Kəmalud-din, 650, bab 57, hədis 8) Başqa bir hədisdə isə buyurulur:
“Səmadan bir nidaçı Qaimin adını çəkib nida edər. O səsi şərqlə qərb arasında olan hər bir kəs eşidər. Bu səs səbəbilə bütün yatanlar oyanar, ayağ üstə olanlar oturar, oturanlar ayağa qalxarlar. O səs, Ruhul-əmin Cəbrailin səsi olacaq, Allahın salamı olsun ona”. (Biharul-ənvar, 52, s.290)
Digər bir hədisdə deyilir ki, həzrəti Cəbrail (ə) belə səslənəcək: “Ey insanlar, sizin əmiriniz (başçınız) filankəsdir, o şəxs Məhdidir”. (Ğeybəti-Numani, s.464, hədis 479) Hədisin zahirindən belə başa düşülür ki, “əmiriniz (başçınız) filankəsdir” deyərkən həzrəti Cəbrail (ə) İmam Məhdinin (ə) öz adı və nəsəbini qeyd edəcək. Ardıyca isə bu şəxsin gözlənilən Məhdi olduğunu bildirəcək: “o şəxs Məhdidir”.
Bu səs möminlər üçün çox böyük bir müjdə və sevinc olacaq. Hətta hədislərə əsasən, qızlar pərdələr arxasından bu səsi eşidəcəklər və ata və qardaşlarını həzrəti İmam Məhdiyə (ə.f) yardım etmək üçün təşviq edəcəklər. Ğeybəti-Numani kitabında (s.253, bab 14, hədis 13) belə bir rəvayət nəql edilir: “(Cəbrail (ə)) onun adını, atasının və anasının adını çəkib nida edəcək. Elə bir səslə (nida) edəcək ki, şərqdə və qərbdə olan hər bir kəs; bütün yer əhalisi onu öz dillərində eşidəcəklər. Onun (ə.f) adının peyğəmbərin (s) adı olduğunu (eşidəcəklər). Hətta gənc qızlar öz (saxlandıqları) pərdələri arxasından atalarını və qardaşlarını qiyam etməyə təşviq edəcəklər. O səsin qorxusundan bütün yatanlar ayılacaq, ayaq üstə olanlar oturacaq, oturanlar ayağa qalxacaqlar”.
Digər bir hədisdə deyilir: “Ramazan ayında olacaq güclü səs, ayıq olanları qorxuya salacacaq, yatanları ayıldacaq, qızları (gizləndikləri) pərdələrin arxasından çıxaracaq”. (Ğeybəti-Numani, 258, bab 14, hədis 17)
Bununla yanaşı, səmavi səslə bağlı digər bir nəzəriyyə də vardır ki, həmin nəzəriyyəyə əsasən, bu səs dörd dəfə baş verəcək.
Seyyid Əli Muhəmmədhüseyni Sədr, “Fi rihabil-Məhdi (ə)”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.
Salamun aleyk.Bu hedisi bezi ruhaniler bir bawqa cur yozum edirler,meselen deyirler ki semadan gelen seda bir nov radio texnikasinin wualarina aid olub ses guclendiricinin vasitesile dunyanin her yerine oz dillerinde seslenecek.Bu dogrudurmu?
Bismillah. Aleykum salam. Bəli, bəzi alimlərimiz tərəfindən bu səs barədə müxtəlif yozunmlar irəli sürülmüşdür. Lakin qəbul edilən fikir, rəvayətin də açıqca bildirdiyi kimi bu səsin həzrəti Cəbrailin (ə) olması fikridir.