Bismillahir Rəhmanir Rəhim
Bu haqda әsrlәr boyu müxtәlif versiyalar irәli sürülmüşdür. Hәmin versiyaları on iki ehtimal şәklindә ixtisarla diqqәtinizә çatdırırıq:
1) Fәsahәt vә bәlağәt (bәdii sintaksis, üslubiyyat);
2) Quranın özünәmәxsus ahәngdarlığı;
3) Quranın özünәmәxsus cazibәdarlığı;
4) Dәrin ilahi maarifin һeç bir tәһsil almamış fәrd tәrәfindәn önә çıxarılması;
5) Quranın möhkәm, qәti qanunları;
6) Quranın tutarlı arqumentlәri (güclü mәntiqi);
7) Keçmiş vә gәlәcәk haqqında qeybdәn verilәn xәbәrlәr;
8) Quranda yaradılışın sirlәri (elmi ecazkarlıq);
9) Tәzadsızlıq;
10) İctimai inqilab yaratması;
11) Sәrfә;
12) Bütün bunlar hamısı (“sәrfә”ni çıxmaq şәrti ilә) Quranın ecazkarlıq nümunәlәridir. Bütün bunlar hamısı Quranın ecazkarlığının yönlәridir. Bunlardan yalnız “sәrfә” möcüzә deyil vә yanlış fikirdir.
Bizim qәbul etdiyimiz on ikinci baxış keçmişdә vә hazırkı dövrdә bir çox alimlәr tәrәfindәn qәbul edilmiş vә özünәmәxsus şәkildә izah olunmuşdur. Burada bir neçә alimin fikirlәrinә nәzәr salaq:
1. Әllamә Tәbatәbai vә Ayətullah Mәrifәtin sözlәrinә görә Quranın bütün yönlәri möcüzәdir. Lakin bu dinlәyicilәrә görә fәrqlәnir. Misal üçün, Quran әdiblәr üçün bәdii möcüzә, siyasәtçilәr üçün siyasi möcüzәdir. Bu nәzәriyyәyә görә Quranın ecazkarlığı bütün dövrlәrdә bütün insanları әhatә edir.
2. “Ala әr-Rәhman” tәfsir әsәrinin müәllifi Şeyx Mәһәmmәd Cavad Bәlaği yazır:
“Әrәblәr vә digәr xalqlar üçün Quranın ecazkarlığının başqa tәrәflәri dә (qeybdәn verilәn xәbәrlәr vә s.) mövcuddur.
3. Ayətullah Xoyi dә bütün bu tәrәflәri Quranın ecazkarlığı kimi dəyәrlәndirir. Lakin onları әrәbә, әcәmә, ixtisas sahiblәrinә mәxsus etmir.
Doktor Məhəmmədəli Rzayi : Quranın elmi ecazkarlığı
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.