Quran müşriklәri mübarizәyә çağırır

Bismillahir Rəhmanir Rəhim

Ürәklәrindә bütpәrәstliyin kök salmış olduğu müşriklәr vә kafirlәr heç vaxt İslamı qәbul edib hәqiqәt qarşısında tәslim olmağa hazır deyildilәr. Buna gәrә dә Peyğәmbәri (s) tәkzib edәrәk: “Yalnçıdır, Allah tәrәfindәn gәldiyini iddia etdiyi Quran da onun öz sözüdür.”- deyirdilәr.

Bu böhtana cavab vermәk üçün Quran әn güclü söz sәnәtkarlarını mübarizәyә dәvәt etdi vә onlardan istәdi ki, әgәr iddialarında doğdudurlarsa, Quranın bәnzәri olan bir kәlam gәtirsinlәr vә bu yolla İslamın әsassız olduğunu sübut etsinlәr. Allah taala Quranda buyurur:

أَمْ يَقُولُونَ تَقَوَّلَهُ بَل لَّا يُؤْمِنُونَ فَلْيَأْتُوا بِحَدِيثٍ مِّثْلِهِ إِن كَانُوا صَادِقِين

“Yoxsa onlar: “Quranı özündәn uydurdun!”- deyirlәr. Xeyr, onlar iman gәtirәn deyillәr. Әgәr doğru deyirlәrsә, qoy onlar Quran kimi bir kәlam gәtirsinlәr!”

Başqa ayәdә buyurur:

أَمْ يَقُولُونَ افْتَرَاهُ قُلْ فَأْتُواْ بِسُورَةٍ مِّثْلِهِ وَادْعُواْ مَنِ اسْتَطَعْتُم مِّن دُونِ اللّهِ إِن كُنتُمْ صَادِقِينَ

“Yoxsa: “(Peyğәmbәr) onu özündәn uydurdu!” – Deyirlәr. De: “Әgәr doğru deyirsinizsә, Qurana bәnzәr bir surә gәtirin vә Allahdan başqa, kimә gücünüz çatırsa, onu da kömәyә çağırın!”

Söz ustaları vә ritorika alәminin sultanı hesab olunan, bu sahәdә özlәrinә qürrәlәnәn әrәb müşriklәri vә kafirlәri Quranla әdәbi yarışa girişmәkdәn imtina etdilәr, buna görә dә çarәsiz qalıb Islamla qanlı mübarizәyә başladılar. Çünki Quranla әdәbi mübarizәdә mәğlub olub rüsvay olmaqdansa, ölüm onlar üçün daha asan idi. Әrәb natiqlәri Quranla mübarizә aparmaqdan aciz qaldılar. Tәkcә Quranın nazil olduğu әsrdә yaşayanlar yox, hәtta ondan sonra dünyaya gәlәnlәr dә bu işi görә bilmәdilәr vә öz güclәrini sınayandan sonra mәcbur olub geriyә çәkildilәr.

Ümumiyyәtlә insаn rәqаbәtsеvәr bir vаrlıq оlduğu üçün hәr hansı bir şәxsin yaratdığı vә başqalarının diqqәtini özünә cәlb edәn sәnәt әsәri gördükdә, hәttа o әsәrin insanların hәyatında birbaşa tәsiri olmasa bеlә hәmişә bir qrup insanlar ona bәnzәr vә ondan daha yaxşı bir әsәr yaratmağa can ataraq onunla yarışmaq fikrinә düşürlәr. Buradan mәlum olur ki, hәmişә bir qrup insanlar Quranın bәnzәrini gәtirmәk üçün fürsәt axtarmışlar vә belә bir fürsәt әlә düşәn kimi bu işә addım atmaqdan çәkinmәzdilәr. Lаkin оnlar Quranla mübarizә aparmaqdan aciz qaldılar. Demәli, Quranı sehr vә cadu adlandırmaq bәhanә imiş. Çünki sehr elә bir elmdir ki, haqqı batil, batili isә haqq şәklindә cilvәlәndirir. Yәni doğrunu yalan, yalanı isә doğru göstәrir. Quran isә öz gözәl nәzmi vә şirin bәyanı ilә qәlblәri ovlayırsa, bu onun tәbii gözәlliyindәn irәli gәlir vә sehr ilә heç bir әlaqәsi yoxdur. Әgәr Quran söz vasitәsilә insanları bir sıra ülvi hәdәflәrә çağırırsa, insanların öz şüur vә fitrәtlәri ilә düzgünlüyünü dәrk etdiklәri bir sıra tәlimlәri onlara öyrәdirsә vә onları haqqı tanıma, xeyrxahlıq, әdalәt vә insansevәrlik kimi sağlam әqlin qәbul etdiyi bir sıra davranışlara sövq edirsә, bu, hәqiqәti çаtdırmаqdаn başqa bir şey deyildir. Lаkin bәşәrin yаrаtdığı hәr bir işdә rәqаbәt mümkün оlduğu üçün оnlar aciz qaldıqları zаmаn deyә bilmәdilәr ki, “Quran bәşәr kәlаmlаrının әn üstünüdür, düzdür ki, gözәllikdә, mәlahәtdә, fәsahәt vә bәlağәtdә tayı- bәrabәri yoxdur, lаkin bu о dеmәk dеyildir ki, Аllаh kәlаmıdır.”

 

Əllamə Seyid Məhəmmədhüseyn Təbatəbai, Vəhy və Quran

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment