Qüdsün fəthi və həzrəti İsanın (ə) rolu

Bismillahir rəhmanir rəhim

 

Rəvayətlərin çoxu İmam Məhdi (ə)-ın öz qoşunu ilə birgə Beytül-Müqəddəsə daxil olmasının mühüm bir hadisə ilə müşayiət olunacağını bildirmişdir. Bu, həzrət İsa ibn Məryəm (ə)-ın nüzuludur. Hansı ki, şiə və sünnilərin mötəbər hədis kitablarında nəql edilən rəvayətlərlə yanaşı, İncilin mətnləri də onun qayıdışı barədə müjdə vermişdir. Hədisi-şəriflər İsa (ə)-ın sübh namazını İmam Məhdi (ə)-ın arxasında qılacağından söz açmışdır. Bu zaman həzrəti İmam Məhdi (ə) İsa (ə)-a önə keçməsini təklif edəcək, həzrət İsa (ə) ilə bunu qəbul etməyərək namazın İmam üçün təşkil olunduğunu səbəb gətirəcək. Beləcə Allah Rəsulunun (s) son peyğəmbər olduğuna işarətən həzrəti Məhdi (ə)-ın arxasında namaz qılacaq.

Bu hadisənin İmam Məhdi (ə) hərəkatına böyük müsbət təsiri olacaq. Bu baxımdan ki, əksəriyyəti məsihilərdən ibarət olan qərb dünyası bu hərəkata tərəf yönələcək.

Zahir budur ki, İmamın (ə) Beytül-Müqəddəsə daxil olması buranın yəhudi zülmündən və ağalığından azad edilməsindən sonra baş verəcək. Buna əsasən də demək mümükündür ki, İmamın Beytül-Müqəddəsə daxil olması daxili cəbhənin təmizlənməsindən sonra baş verəcək və İslam dünyasının xaricindən olan düşmənlərlə və ya (rəvayətlərin təbirincə) rumlularla qarşı-qarşıya gəlmənin və dünyanın fəthinin müqəddiməsi olacaq.

Həzrəti İsanın (ə) nüzulundan bəhs edən hədislərin əksəriyyəti o həzrətin xaçı qıracağını, donuzu öldürəcəyini, Dəccalı qətlə yetirəcəyini və xristianların o həzrətin ilah olduğu fikrindən dönəcəyini bildirir.

Xristianların o həzrətin ilah olduğu fikrindən dönmələri və öz peyğəmbərlərinin müsəlmanların İmamlarının sonuncusuna (ə) yardım etməsini görmələri onların İslama daxil olmalarına səbəb olacaq. Onların İslama daxil olmaları ilə Dəccalın öldürülməsi, azğın mədəniyyətlərə son qoyulması, yer üzünün fəth edilməsi, bütün dünyanı əhatə edən adil İslami dövlətin qurulması və nəhayət islahi işlərin başlayıb peyğəmbərlərin (ə) hədəflərinin həyata keçməsi işi asanlaşacaq. İnşəallah!

 

“Əlamul-hidayə”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment