QMİ rəsmisindən Elşad Miri açıqlaması: “Elşad Miri ilahiyyatçı deyil. Quran müqəddəsdir, o yalan danışır.”

Mircəfər Əyyubov: “Elşad Miri bildirib Quranda bu barədə heç bir dəlil yoxdur onun bu fikri yalandır.”
Elşad Mirinin “Yaşıl Orta” verilişində “Quran müqəddəs kitab deyil” fikirinə münasibət bildirən ilahiyyatçı Mir Cəfər Əyyubov Milliyet.az-a müsahibə verib.
İlahiyyatçı bildirib ki, Elşad Mirinin Qurani Kərimin müqqəddəs olmaması barəsində müsahibəsini və dırnaq arası dəlilini oxudum. Əslində cavab verməli bir durum yoxdur ona görə ki, heç bir elmi əsası olmayan bir açıqlamadır. Elşad Miri dəlil gətirirki digər müqqəddəs kitablar niyə müqqəddəs deyil Qurani Kərim müqqəddəsdir? Əvvəla hər bir dinin öz şəriət hökmü, əhkamı, fiqhi var. Ola bilər onlarda müqqəddəs olmasın amma bizdə müqqəddəsdir.

Elşad Miri bildirib ki, Qurani Kərimdə kağızdı, mürəkkəbdi ərəb dilində yazılıb onda hər ərəb sözü müqqəddəs olmalıdır? Ona ən sadə cavab budur ki, bayrağın parçasıda adi parçalardandı yazısıda adi yazılardandı rəngidə adi rənglərdəndi. Niyə başqa parçaları tapdayana cəza verilmir lakin bayrağı tapdayana cəza verilir? Elşad Miri bildirib Quranda bu barədə heç bir dəlil yoxdur onun bu fikri yalandır.
Müqqəddəs Qurani Kərimin Vaqiə sürəsinin 79-cü ayəsində buyurulur ”
Həqiqətən o Qurani Kərimdir. Gizlin bir kitabdadır ona yalnız paklar toxuna bilər.
Onuda bildirim ki, Elaşd Mirinin öz sahəsi bilmirəm hansı sahədi ola bilər öz sahəsində elmi var amma din sahəsində ilahiyyatçı, alim, dinşünas deyil. Onu ilahiyyatçı kimi xalqa tanıtdırmağa çalışanlara ar olsun.
Sonda onuda bildirim ki, Sələfi, Vəhabilərdən başqa beş islam məshəblərinin beşinində alimləri müqqəddəs Qurani Kərimə cənabətli, dəstəmazsız toxunmağı qadağan hesab edirlər. Müqqəddəs Qurani Kərimin müqqəddəs olmamasını iddianı edən adam baxsın görsün hansı məzhəbdədir.

 

Leave a Comment