Qloballaşma və İmam Zamanın (ə.f) zühuru – 3

 Bismillahir rəhmanir rəhim

“Müşriklərin xoşuna gəlməsə belə, onu (səmavi şəriətlərdən ibarət olan) bütün dinlərdən üstün etmək üçün Öz Rəsulunu hidayət (vasitələri) və haqq olan dinlə göndərən Odur.” (Səff, 9)

“Məcməul-bəyan” təfsirində yuxarıdakı ayə haqqında İmam Zeynalabdinin (ə.) dilindən belə şərh verilməkdədir: “And olsun Allaha! Bu qrup bizim tərəfdarlarımızdandır ki, Allah bizim soyumuzdan bir adamın vasitəsilə bu vədi reallaşdıracaq. İşdə o bir adam bu ümmətin Mehdisi “.

Bu şərif ayədə möminlərə üç açıq-aşkar məsələ vəd etmişdir:
1. Yer üzündə yaxşı insanların xəlifəliyi. Yəni bütün Yer kürəsində hökumətin onların əlində olması. Allahın yer üzündə nümayəndəsi olaraq haqq və ədalət təməlində rəhbərliyin olması.
2. Dinin təmkini. Yəni, bütün yer üzündə mənəvi dəyərlərin, İlahi qanunların hakim olması.
3. Qorxu və təlaşın yerini güvənin alması. Yer üzündən təhlükə və qorxuya səbəb olan faktorların çəkilməsi, onun yerini təhlükəsizlik və rahatlığın tutması.

“Allah içinizdən iman edib saleh əməllər işləyənləri özlərindən əvvəlkilər kimi yer üzündə edəcəyini, onlar möminlər üçün Allahın Özü bəyəndiyi dinini (İslamı) sağlamlaşdıracaq (hər tərəfə yayacağını) və onları qorxularından sonra güvənlə əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra inkar etsə, şübhəsiz, (yoldan çıxmış) tapacaqlar.

Təbərsinin “Məcməul-bəyan” təfsirində bu ayənin şərhində İmam Məhəmməd Baqirin (ə.) dilindən belə deyilir: “yer üzündə xəlifələr – axirəzzamanda gələcək Həzrət Mehdinin səhabələrləridir”.

“Biz bu kitabdan (Tövratdan, yaxud Lövhü Məhfuzda) sonra Zəburda da yer üzünə yalnız mənim yaxşı qullarım varis olacağını yazmışdıq”. (“Ənbiya”, 105)

İndi isə, yuxarıdakı hökmləri çərçivəsində təməl qaynaqlara – ayə və hədislərə müraciət edə bilərik.

Əvvəl işarə etdiyimiz kimi, dünyada cərəyan edən hadisələr, insanlığın maddi zəminədə əldə etdiyi müvəffəqiyyətlər, bu əlaqə vasitələri ilə insanların bir-birləriylə möhkəm əlaqədə olması – hər kəsi həqiqi bir birliyə, mənəvi və səmimi əməkdaşlığına əvvəl olduğundan daha çox möhtac etmişdir. Nə qədər irəli gedərsək, bu ehtiyacı daha çox hiss edərik. Yəni Qərb mütəfəkkirlərinin 20-ci əsrdə ehtimal verdikləri vahid dünyanı İslam 1400 il əvvəl, böyük israr və dayanıqlılıqla xəbər vermiş, hətta onun necə olacağını, hökumət sistemini, bu hökumətin rəhbərliyini aşkar şəkildə müəyyən də etmişdir. Qurani Kərimdə; gələcək vahid hökumətdə hakim din – islam, zəfər müstəzəflərin və salehlərindir. Eyni gün İmanın küfrə qələbə çaldığı gündür. Mötəbər hədislərdə də göstərilir ki, bu hökumətin hakimi İbrahim peyğəmbərin (ə) soyundan çıxan, İslam Peyğəmbərinin (s) nəvələrindən olan, adı “Məhəmməd”, ləqəbi “Əbul Qasim”, ləqəbi “Qaim” olan bir şəxsdir.

İslam insanlıq üçün belə bir günün gələcəyini gözləməkdədir. Və o günün reallaşması mühitin yetkinləşməsinə bağlıdır.

İslam müxtəlif adlarla ortaya çıxmış bütün ixtilafları tövhidə inanmaqla aradan qaldırmağa çalışmışdır. İrqi, milli, sınıfsal, coğrafi və bənzəri ixtilaflar ortadan qalxmalıdır. Yəni bütün bunlar öyünməyə xüsusi imtiyaza səbəb olmamalıdır. Hətta dini ixtilaflar da kənara buraxılmalıdır. Hər kəs Allahın fərmanına təslim olmalıdır: “(Ey Məhəmməd!) De ki:” Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir sözə gəlin! (O söz budur:) “Allahdan başqasına ibadət etməyək. Ona heç bir şeyi ortaq qaçmayaq və Allahı buraxıb bir qisimimiz Rəb əldə etməsin. Əgər onlar yenə üz çevirsələr, o zaman (onlara) belə dəyin: “Şahid olun, biz həqiqətən Müsəlmanlarıq.” (“Ali İmran” surəsi, 64)

 

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir. 

 

Leave a Comment