Qlobalizm və İmam Zamanın (ə.f) zühuru -1

Bismillahir rəhmanir rəhim

Dünyanın gələcəyi haqqında müxtəlif görüşlər mövcuddur. Bəziləri şər və bədbəxtliyi bəşər həyatının qaçınılmaz həqiqəti qəbul edirlər. Başqa bir qrup da insanın gələcəyini parlaq görür.

Həzrət Mehdinin (ə.f) dünya hökumətinin təməl xüsusiyyəti – onun ədalət təməlində rəhbərliyidir. Yer üzündə ədaləti qoymayacağı yer qalmayacaq. Müxtəlif hədislərdə;  Yer üzü ədalətlə dolacaq və bu, Yer üzü zülmlə dolduqdan sonra reallaşacaq, deyə buyurulmaqdadır. Yer üzündə təxribatçılığın, ədalətsizlikdən doğan iqtisadi, ictimai, maddi-mənəvi böhranların hər yeri doldurmağa başladığı anda Həzrət Mehdi (ə.f) zühur edəcək inşallah.

Hədisdən aydın olan məna axır-zamanda Həzrət Mehdinin (ə.f) gəlişi ilə hər sahədə əhəmiyyətli inkişaflar olacaq. Elm görülməmiş dərəcədə inkişaf edəcək, Bütün təbii sərvətlərdə, nemətlərdə bərəkət müşahidə ediləcək. Buna bənzər başqa bir hədisi şərifdə, axır-zamanda yer xəzinələrini ortaya çıxaracaq, deyə buyurulmaqdadır.

Hədislərdə Həzrət Mehdinin (ə.f) zamanında elmi inkişafların ən yüksək pilləsinə çatacağı deyilməkdədir. İmam Sadiqdən (ə.s) rəvayət edilən bir hədisdə İmam belə buyurur: “İlahi peyğəmbərlərin (ə) xalqa gətirdikləri iki hərfdən çox deyildi. İnsanlar indiyə qədər o iki hərfdən çox bir şey bilmirlər. Amma bizim Qaimimiz qiyam qaldırınca geri qalan 25 hərf ortaya çıxacaq. Həzrət (ə.f) o iki hərfi də 25 hərfə əlavə edib, xalq arasında yayacaq.”

Həzrəti Əlinin (ə.s.) kəlamından da axır-zamanda hər şeyin oxunun Quran olacağı görünməkdədir. Halbuki, Qloballaşma adıyla irəli sürülən dünya hökumətində Quranın əslən yeri yoxdur. Onun ancaq bəzi əxlaqi məsələlərinə diqqət çəkilməkdədir.

Əli (ə.s.) belə buyurur: “İnsanlar Quranı öz rəylərinə uyğun təfsir etdikləri zaman İmam Zaman gəlib onlara rəylərini Qurana tabe edəcək”

Mehdinin (a. f) dünya hökumətində bütün qanunlarının mərkəzi Qurandır

İslamda irəli sürülən tək dünya hökuməti fikri bu ideanın icrasına zamindir. Onun icrasını əmin əllərə təslim edər. Belə ki, İslamın nəzərdə tutduğu hökumət yaxşı və nəfsinə qalib insanların rəhbərliyi altında olacaq. Cəmiyyətə İlahi qanunlar hakim olar. Əslində qanunlar hər nə qədər doğru olsa belə, onun icraçıları, üst səviyyə idarəçiləri nəfsi islah edilməmiş insanlar olsa, sonunda bu sistemdə ədalətsizlik ortaya çıxacaq. Qloballaşma deyilən dünya hökuməti nəfsi istəklərinə xidmət edən güclərin əliylə qurulur. Bəlkə də bu hökm onların BM-də özlərinə çıxardıqları bu “veto haqqı» dır. Necə ki Qloballaşma BM-in qurulmasını zəruri edirdi. Müxtəlif mənfəətlərin qarşıdurması bu dünyada BM öz niyyətini reallaşdırmaq üçün müəyyən bir əsasnaməyə möhtac etdi və bunu “Millətlərin bəyannaməsi” adıyla reallaşdırdı. Bir neçə super güc oturub bütün dünya üçün beynəlxalq qanunlar yazdılar. Bu qanunlar daha çox öz mənfəətlərinə xidmət edən qanunlar idi. Bu qanunları öz mənfəətləri ilə qarşıdurması ehtimalı qarşısında da özləri üçün veto haqqı adlı imtiyaz təyin etdilər. Beləcə istədikləri zaman, öz mənfəətləri ilə ziddiyyət təşkil edən bu qanunların qarşısında rahat hərəkət etmə imkanına sahib oldular. Veto haqqı bütün insanlığı öz xidmətlərində görmək istəyən güclərin diktatorluq qanunlarıdır. Əgər bu gün biz fərqli millətlərə qarşı BM-in fərqli rəftarlar sərgilədiyini görürüksə bundan ötəri çaşmamalıyıq. Hər şeyə baxmayaraq bu gün əslində meşə qanunları hökm sürməkdədir. Kim güclüdürsə sağ qalır, zəif məhv olur. Qanunlar güclülər üçün vardır. Son sözü millətlər deyil, veto sahibləri söyləməkdədir.

Ardı var…

 

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.   

Leave a Comment