Ayətullah Xameneının (r.ə) baxışında qlobal sülh yaratmaqın və imperialist qüvvələrlə mübarizə yolları
Məqalənin məzmunu: Bəşəri rəmzə çevrilmiş bir anlayış kimi sülhə yüzlərlə tərif vermək, onu yüzlərlə sözlə ifadə etmək olar. Azadlıq, bərabərlik və ədalətlə yanaşı, sülh də hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdəndir. Sabit şəraitdə yaşamalı olan insanlar, min təəssüflər ki, bəzən haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır. Bu mənada, əslində, sülhün günü olmur, çünki o, insanlığa hər gün lazımdır. 1981-ci il noyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 36-cı sessiyasında ona üzv dövlətlərin, bütün bəşəriyyətin cəhdlərini mərkəzləşdirərək sülh ideallarını inkişaf etdirməyə imkan verən və onların hər vəchlə sülhə sadiqliyini sübut edən xüsusi bir vaxt təyin etmiş və beləliklə, sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan olunmuşdur. Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Ümumiyyətlə, sülh və sabitlik inkişafın təməlidir. Bu proses hər ölkədə və regionda, onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir. Amma bu gün İmperialist qüvvələr dünyada sülh olmaması üçün əllarindən gələni əsirgəmirlər. Çünki onlar insaniyyətlə düşmənçilik edirlər. Biz düşmən deyəndə fantastik, təxəyyüli bir mövcud nəzərdə tutmuruq. Məqsədimiz dünya imperializmidir. İmperialist qüvvələr bu sıradandır. Onların həyatı başqalarını istismar üzərində qurulub. Müdaxilə edir, təbii sərvətləri ələ keçirir, insanları əsarətə alırlar. Bunlar hegemonçu qüvvələr, imperialistlərdir. Başqa sözlə, imperialist qüvvə başçılarıdır.Bizim siyasi ədəbiyyatda imperialist quruluş, imperializm adlı termin var. Dünyanın istismarçı və istismar olunan iki hissəyə bölünməsi imperializmin mahiyyətini təşkil edir. İmperializm sisteminin başçıları düşmənlərdir. İmperializmin aydın nümunələrindən biri Amerikadır. İmperialist güclər sırasında başqaları da var. Amerikanın insani dəyərlərə sayğısı yoxdur. Heç bir cinayətdən çəkinmirlər. İstənilən bir cinayəti dodaqlarında təbəssüm, çox rahatlıqla həyata keçirirlər. Öz çirkin əməllərini gözəl sözlərlə pərdələməyə çalışırlar. Düşmən deyəndə bunları nəzərdə tuturuq.
Sülh nədir ?
Bəşəri rəmzə çevrilmiş bir anlayış kimi sülhə yüzlərlə tərif vermək, onu yüzlərlə sözlə ifadə etmək olar. Sülhü əsrlər boyunca bəşəriyyətin ən böyük ehtiyacı da adlandırmaq olar. Bu gün üçün isə sülh yaşı milyon illərlə ölçülən dünyada milyonlarla insanın həqiqət nəğməsidir. Necə ki gündəlik yaşamaq üçün çörəyə, suya və nəfəsə ehtiyac duyuruq, eyni şəkildə bəşəriyyətin sülhə, sevgiyə və tolerantlığa ehtiyacı vardır. Mahiyyətcə dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf, insanların və insanlığın birlik və bərabərlik şəraitində yaşamasını özündə ehtiva edən sülh bəşəri məfhumdur. Azadlıq, bərabərlik və ədalətlə yanaşı, sülh də hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdəndir. Sabit şəraitdə yaşamalı olan insanlar, min təəssüflər ki, bəzən haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır. Bu mənada, əslində, sülhün günü olmur, çünki o, insanlığa hər gün lazımdır. 1981-ci il noyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 36-cı sessiyasında ona üzv dövlətlərin, bütün bəşəriyyətin cəhdlərini mərkəzləşdirərək sülh ideallarını inkişaf etdirməyə imkan verən və onların hər vəchlə sülhə sadiqliyini sübut edən xüsusi bir vaxt təyin etmiş və beləliklə, sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan olunmuşdur. Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Ümumiyyətlə, sülh və sabitlik inkişafın təməlidir. Bu proses hər ölkədə və regionda, onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir.
DÜNYADA SÜLHƏ BAĞLI ATILAN ADDIMLAR.
1-Sülh günü
1981-ci il noyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 36-cı sessiyasında ona üzv dövlətlərin, bütün bəşəriyyətin cəhdlərini mərkəzləşdirərək sülh ideallarını inkişaf etdirməyə imkan verən və onların hər vəchlə sülhə sadiqliyini sübut edən xüsusi bir vaxt təyin etmiş və beləliklə, sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan olunmuşdur. Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir.
2-Sülh mükafatları:
- Atatürk Beynəlxalq Sülh Mükafatı
- Qandi Sülh Mükafatı
- Nobel Sülh Mükafatı
3-Dünya Sülh Şurası (World Peace Council)
Dünya Sülh Şurası qurulduğu 1949-ci ildən bəri sülh, tərksilah, qlobal təhlükəsizlik, milli müstəqillik, iqtisadi və sosial ədalət, inkişaf, ətraf mühitin qorunması, insan hüquqları, müstəqillik uğrunda mübarizə aparan xalqlarla həmrəylik üçün və imperializmə qarşı mübarizə edir. Şuranın sədri Frederik Joliot-Curienin “Sülh hər kəsin işidir” sözünü özünə prinsip seçmişdir. Şura dünyanın bir çox ölkəsində yerləşən sülh təşkilatların federasiyasıdır.
4-Dünya Sülh Duası İcması
Dünya Sülh Duası İcması (The World Peace Shalat Society) 1955-ci ildə Masahisa Goi tərəfindən Yaponiyada yaradılıb. İcma “Dünyada Sülh Hakim Olsun” (“May Peace Prevail on Earth”) deyərək, sülhün dua vasitəsi ilə ümumiləşməsi ideyasını ortaya atmışdır. 1986-cı ildə Beynəlxalq Sülh İli münasibəti ilə beynəlxalq aləmdə artıran icma, 1988-ci ildə mərkəz binasını Nyu-Yotkda daha mötəbərliyə qaldırdı. 1990-ci ildə Birləşmiş Millətlər Təşkilatına bağlı bir qeyri-neft təşkilatı (NGO) olaraq qəbul edilən birliyin mərkəzi 2001-ci ildən bu yana Nyu-yorkda yerləşən Dünya Sülh Sığınacağı (World Peace Sanctuary) bazasındadır. Sülh bütün bəşəriyyətin arzusudur.
AYƏTULLAH XAMENEININ (R.Ə) BAXIŞINDA DÜNYADA SÜLH YARATMAQIN YOLLARI:
- BƏSIRƏTLI RƏHBƏRIN OLMASI
Bəli bugün dünya məmləkətlərində imam Xomeyni (r.ə) kimi şücaətli ,səbirli siyasətçil , və ən əsası imanlı bir rəhbə ehtiyac duyulur . Yalnız imam Xomeyni (r.ə) kimi imanli və bəsirət əhli olan biri dünyada sülh yarada bilər biz bunun nümunəsinin illər öncə şahidi olduq. “Məşrutənin əvvəllərində hərc-mərcliklərdən sonra xarici imperialist güc, yəni İngiltərə çox zalım və əvvəlki padişahlardan da təhlükəli bir diktatoru iş başına gətirdi. Hakimiyyətə gətirilən Rza Xan Müzəffərəddin Şah və Nasirəddin Şahdan da qəddar idi. Biz bir istibdaddan qurtulub, o biri istibdadın pəncəsi altına düşdük. Xalq azadlığın ləzzətini dada bilmədi. İmam elan etdi ki, istibdad hakimiyyəti və biganələrin nüfuzuna son qoyulmalıdır. Keçmiş inqilabçılar, mübarizə yolunda təcrübəsi olanlar buna inana bilmirdi. Necə ola bilər ki, bu ölkədə şahlıq olmasın?! İmam inqilabi hərəkatda şahı xain adlandıranda, onun ölkədən getməli olduğunu dilə gətirəndə hətta mübarizə meydanında olanlar bunu mümkünsüz saydı. Təəccüb edirdilər ki, imam şahlığın ləğv olunmasından danışır. Belə bir şey ola bilərdimi?! Buna inana bilmirdilər. Çünki uzun illər boyu biganələrin nüfuzu ilə yanaşı şahlıq rejimi hakimiyyətdə olmuşdu. Amma imamın istəyi həyata keçdi. Doğrudan da, imam misilsiz şəxsiyyətə malik idi. İslam hərəkatı imamın misilsiz şəxsiyyətinin rəhbərliyi altında öz işini gördü. Səbr və bəsirət! Mən Əmirəlmöminindən (ə) dəfələrlə nəql etmişəm ki, bu bayrağı yalnız bəsirət və istiqamət əhli çiyninə ala bilər.[1]” Bəsirət agahlıq və səbr. Yəni ardıcıllıq, davamlılıq, yorulmamaq. İmam Xomeyni (r.ə) öz hərəkəti ilə bütün dünyayə subut etdi ki, inanclı və bəsirət əhli olan biri, bir gülnən də bahar yarada bilər .
İNANCLI CƏMIYYƏTIN OLMASI
Bir milləti ayağda saxlayan amil , həmin millətin inanclarıdır. Əgər bir millət öz inancını itirdisə , şübhəsiz həmin millət başqa bir millətin inancının təsiri altına düşəcəkdir. Bugün dünya millətləri əgər sülh və əmin-amanlıq yaratmaq istəyirlərsə , gərəy öz inancılarında sabit qalalar. “Əgər millət əl-ələ verərək möhkəm dayanıbsa, cəmiyyətin əksəriyyətini 35 yaşdan aşağı nəsil təşkil edirsə, millət dini dəyərlərə bağlısa, belə bir millətlə baş-başa gəlmək, müharibə aparmaq faydasızdır. Düşmən öz hesabatlarında buna əmin olub. Bəli, hay-küy salırlar ki, bu milləti qorxuda bilsək, məqsədə çatarıq. Əgər bu millətin arasında kimlərsə xəyanətə getsə, kimlərsə təslim olsa düşmən qalib gələ bilər. Bunlar bir xəyaldır. Nə qədər ki, millət möhkəm dayanıb, gənclər möhkəm dayanıb, məsullar möhkəm dayanıb, cəmiyyət təhdidlər qarşısında müqavimət göstərir, yaranmış şəraiti düzgün dəyərləndirə bilir, öz şərəf və ləyaqətinə, müstəqilliyinə dəyər verir, məmləkətinin müdafiəsi üçün fədakarlığa hazırdır, düşmən də öz işini başa düşəcək. Başa düşəcək ki, bu xalqa qalib gəlmək asan deyil”.[2]
- ELM YOLU
Bir milləti daim kamilliklərin zirvəsinə ucaldan və onu başqa millətlərdən fərqləndirən , amil həmin millətin elmi inkişafıdır.“Elmi araşdırmasız cəmiyyəti irəli aparmaq olmaz. Bəşəriyyətin düşmənləri də elmdən faydalanır. Biz yüksək amallar, insani dəyərlər yolunda elm və onun zati şərəfindən faydalanmağa məcburuq” .[3] Bugün dünya millətləri və ya millətçiləri dünyada sülh və əmin-amanlıq yaratmaq istəyirlərsə ,gərəy elmi fəaliyətlərdə inkişaf etsinlər . Necəyki ali rəhbər buyurdu: Elmi araşdırmasız cəmiyyəti irəli aparmaq olmaz. Bəşəriyyətin düşmənləri də elmdən faydalanır. Elimsiz millət, bəsirətsiz və inancsiz millət deməkdir .İnancsız və bəsirətsiz millətdə əsir millət deməkdir.
- IMAM MEHDININ (Ə) ZÜHUR MÜJDƏSI
Mütəal Allah bəşəri yaratdığı vaxtdan peyğəmbərləri insanlara doğru yola göstərmək və şəri hökmləri bəyan etmək üçün göndərmiş, onların vücudunda rəhbərə ehtiyac hissi qoymuşdur. Peyğəmbərlərin göndərilməsi və sonuncu peyğəmbərdən sonra məsum imamların təyin edilməsi təkamül yolunun davamı üçündür. Allah-Taala hər dövrə hakim şəraitə uyğun olaraq hər bir ümmətə peyğəmbərlər göndərmişdir. Lakin heç bir peyğəmbər öz proqramlarını kamil şəkildə icra etməyə müvəffəq olmamış və ədalətli cahanşümul hökumət təşkil edə bilməmişdir. Çünki camaat dünya miqyasında ədalətli bir hökuməti qəbul etməyə hazır olmamışdır. İlahi peyğəmbərlər camaatı yeganə Allaha pərəstişə dəvət etdikdə, həmişə onların müxalifəti ilə üzləşirdilər. Xüsusilə, eyş-işrətlə məşğul olan sərvətlilər, hakimlər [4] dünyapərəstlər, hətta elm adamları [5] ilahi peyğəmbərlərin dəvəti ilə kəskin mübarizə aparır və başqalarını da öz arxasınca çəkərək haqqa itaətdən çəkindirirdilər [6]. Məhz bu səbəbdən, ilahi peyğəmbərlərə yalnız kiçik bir qrup iman gətirirdi. [7] Dini təlimlərə əsasən, zülmkarlıq, təcavüz və məzlumun haqqını mənimsəmək tarixi bir həqiqət kimi, insan xilqətinin başlanğıcından özünü göstərmişdir. Buna məzlumların düşməni olan Fironu, Nəmrudu, Əbu Ləhəbi və Əbu Cəhli misal göstərmək olar. Bu gün qüdrətli ölkələrin və zülmkar quruluşların hərbi və texnoloji üstünlüyü onların zülmünü artırır və aşağıtəbəqəli insanlar özlərində zəiflik və gücsüzlük hiss edirlər. Bir çox İslam ölkələri qadir Allahın qəti vədlərinə diqqət yetirmədən zülmkar hökumətlərin mütərəqqi hərbi imkanlarından təsirlənərək “İmam Mehdi (ə) qılıncla bugünkü dünyanın mütərəqqi silahlarına necə qalib gələcək?”
- Zülmkarlar mütərəqqi hərbi-texnoloji imkanlara malik olsalar da, müsəlmanların müqabilində əhval-ruhiyyədən düşəcək və ruhi-psixoloji məğlubiyyətə uğrayaraq müqavimət hissini itirəcəklər. İmam Sadiq (ə) buyurmuşdur: “Bizim əmrimizin vaxtı (imam Mehdinin (ə) hökuməti) çatdıqda, Allah-Taala şiələrimizin qəlbindən qorxunu götürüb, düşmənlərimizin qəlbində yerləşdirər. O zaman bizim şiələrimiz nizədən iti və şirdən şücaətli olacaqlar.” [8] Rəvayətlərə görə, imam Mehdinin (ə) qiyamı dövründə şiələrin vücudu və əqidələrindən süstlük və zəiflik götürüləcək, qəlbləri poladtək möhkəmlənəcək, [9] şirdən şücaətli və nizədən iti olacaq, düşmənləri ayaqlarının altında əzəcək və əlləri ilə öldürəcəklər. [10] Rəvayətlərdə göstərilir ki, imam Zaman (ə) ən mütərəqqi hərbi imkanlara və silah təchizatına malik olacaq. Lakin bu, düşmənlərin gözündən gizli qalacaq. Düşmənin hərbi təchizatı o həzrətin qüvvələrinin hərbi və müdafiə təchizatına təsir etməyəcək. İmam Sadiq (ə) buyurmuşdur: “Mehdinin səhabələri şərqlə qərbi dolduran ordu ilə belə döyüşsələr, onları dərhal məhv edər və düşmənin silahı onlara əsla təsir etməz.” [11] Şübhəsiz, İmamın (ə) silahı zühur əsrinin silahları ilə tamamilə fərqlənəcək. Rəvayətlərdə qeyd olunan “seyf” (qılınc) sözü “silah” ifadəsinin kinayə formasıdır və məqsəd, yalnız “qılınc” deyildir. Rəvayətlərə əsasən, İmamın (ə) əsgərlərinin silahı dəmirdən olacaq; belə ki, dağa dəydikdə, onu iki hissəyə böləcək.[12] İmam (ə) və əsgərləri günün ən güclü hərbi taktikalarına malik olacaqlar. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizdən sonra qövmlər gələcək ki, yer üzü onların ayaqları altında yığılacaq və dünya üzlərinə açılacaq… Yer üzü onların ayaqları altında bir göz qırpımından da tez ötəcəkdir.” [13]
- Ayə və rəvayətlərdə qələbəlik vədi və zühur müjdələri müsəlmanların ruhi-mənəvi gücünü artırır, onlarda ümid və müqavimət hissini yaşadır və İslam ardıcıllarına güc-qüvvə, əhval-ruhiyyə verərək zülmkarların qurur və heybətini sındırır. Necə ki, Allah-Taala “Kəhf” səhabələrinin hüzurunda zülmkarların qürur hisslərini əzdi. Ayətullah əl-üzma Safi deyir: “Bu ilahi vədlər müsəlmanlara Əməvilər hakimiyyəti, səlib yürüşləri və bu kimi hadisələrin müqabilində dözüm, səbir verdi və nəhayət, onların əleyhinə çıxaraq cihad etdilər. Bunu qəti dini və tarixi həqiqətlər də sübuta yetirir. Bu vədlər Əməvilər və Abbasilər siyasətini yürüdən hökumətlərin haqq-ədalətdən uzaq olduğunu və sonda, süquta uğradığını bildirərək zülm, təfriqə və ixtilafa son qoyulacağını, İslamın qiyamət gününə qədər davam edəcəyini, dünyanı hidayət edəcək bir islahatçının zühurunu müjdələyir.” [14]
AYƏTULLAH XAMENEININ (r.ə) BAXIŞINDA İMPERIALIST VƏ HEGEMON QÜVVƏLƏRLƏ MÜBARIZƏ YOLLARI:
Biz düşmən deyəndə fantastik, təxəyyüli bir mövcud nəzərdə tutmuruq. Məqsədimiz dünya imperializmidir. İmperialist qüvvələr bu sıradandır. Onların həyatı başqalarını istismar üzərində qurulub. Müdaxilə edir, təbii sərvətləri ələ keçirir, insanları əsarətə alırlar. Bunlar hegemonçu qüvvələr, imperialistlərdir. Başqa sözlə, imperialist qüvvə başçılarıdır.Bizim siyasi ədəbiyyatda imperialist quruluş, imperializm adlı termin var. Dünyanın istismarçı və istismar olunan iki hissəyə bölünməsi imperializmin mahiyyətini təşkil edir. İmperializm sisteminin başçıları düşmənlərdir.İmperializmin aydın nümunələrindən biri Amerikadır. İmperialist güclər sırasında başqaları da var. Amma ən aydın nümunə Amerika Birləşmiş Ştatlarıdır. Amerikanın insani dəyərlərə sayğısı yoxdur. Heç bir cinayətdən çəkinmirlər. İstənilən bir cinayəti dodaqlarında təbəssüm, çox rahatlıqla həyata keçirirlər. Öz çirkin əməllərini gözəl sözlərlə pərdələməyə çalışırlar. Düşmən deyəndə bunları nəzərdə tuturuq.[15]
Əzəmətli hərəkat qarşısında qəddar, bacarıqlı, iti, saxtakar, şeytansifət düşmən dayanıb. Bu düşmən imperializmdir. Bu gün imperializmin önündə Amerika gedir. Bir zaman İngiltərə lider idi. Düşmən işsiz oturmayıb, təlaşdadır, daim çalışır.[16]
Bu gün dünyada imperializmlə milli istiqlal, insani dəyərlər hərəkatı arasında savaş gedir. Həmin hərəkatın bir nümunəsi İran İslam İnqilabıdır. Bu gün dünyada savaş buna görədir. Başqa qarşıdurmalar da var. Bu da bir davadır. Amma əsas savaş insani dəyərlər hərəkatı ilədir. Düşmən var, həssas bir düşmən! Qeyd etdik ki, imperializmin aşkar nümunəsi Amerikadır. Amerika imperializmin siyasi qurumudur. Amma imperializm təkcə siyasi qurumdan ibarət deyil. Bəzən maddiyyat, maliyyə vəsaitləri daha təsirli olur. Dünyanın böyük şirkətləri, kompaniyaları, böyük sərmayədarlar misal göstərilə bilər. Onların əksəriyyəti sionistlərdir. İmeprializmin ümumi sistemi bundan ibarətdir. Onlar daim təlaşdadır. Necə deyərlər, həm zorları, həm də zərləri var. Deyirlər zər, zor və hiylə üçbucağı var. Doğrudan da belədir. Biz zər, zor və hiylə deyəndə məqsədimiz din libası geyinməkdir. Din libası, dini maska zər və zor ordusuna yol açır. Bu gün isə hiylə deyəndə təkcə dini hiylə nəzərdə tutmuruq. Burada siyasi hiylə də var. Siyasi qurumlar, diplomatik xətlər çox ciddi şəkildə hiyləgərliklə, fitnəkarlıqla məşğuldur. Gülər üzlə, təbəssümlə səhnəyə çıxırlar, qarşıdakına qucaq açırlar, bəzi filmlərdəki kimi qarşı tərəfi qucaqlayandan sonra arxadan ürəyinə xəncər sancırlar. Bu gün siyasət və diplomatiyada hiyləyə diqqətli olmaq lazımdır. Düşmən müxtəlif şəkillərdə səhnəyə çıxır. Özümüzə bunu təkrar-təkrar deməli, bir növ məşq etməli, buna hazırlaşmalıyıq. Bilməliyik ki, bu hiylə və fitnəkarlıqlar qarşısında nə etməliyik. Hamımız, həm siyasətçilərimiz, həm məsullarımız, həm əziz bəsic – könüllülər, həm də fəaliyyətdə olan, ortaya düşüncə qoyan insanlar daim bunu diqqət mərkəzində saxlamalıdır. Düşmənçiliyin bir növü hərbi, fiziki düşmənçilikdir. Onlar bomba atır, atəş açır, terrorçu göndərir. Başqa bir növ düşmənçilik ideoloji, qeyri-fiziki düşmənçilikdir. Mən düşmən nüfuzu barədə danışmışam. Düşmən nüfuzu çox mühüm mövzudur. İndi bəziləri reaksiya verir ki, nüfuz məsələsi bir cərəyan kimi istifadə olunur. Qoy nüfuzdan siyasi məqsədlə istifadə etməsinlər. Nüfuzdan danışarkən onun əsl mahiyyətini ortaya qoysunlar. Düşmən nüfuzundan danışarkən bunun bir cərəyan tərəfindən digər cərəyana qarşı ittiham kimi istifadə olunması barədə deyilənləri bir kənara qoyaq. Söhbətimizin mövzusu düşmən nüfuzunun mahiyyətidir, onun mahiyyətindən xəbərsiz qalmamalıyıq. Bilməliyik ki, düşmən nüfuz etmək istəyir. Nüfuz nədir və necədir? Mövzudan yayınmayaq. Ayrı-ayrı siyasi cinahlar, qanadlar bir-birilərini ittiham etməsinlər. Bu qarşıdurmada, mübahisələrdə düşmən nüfuzunun əsl mahiyyətindən diqqət yayınmasın. Düşmən nüfuz etmək üçün plan cızır.[17]
Bu gün düşmən nüfuzu ölkə üçün böyük təhlükələrdəndir. Hər yolla nüfuz etməyə çalışırlar. Nüfuz nədir? İqtisadiyyatda, təhlükəsizlik sahəsində buna cəhd etmələri mümkündür. İqtisadiyyata nüfuz, təhlükəsizlik sahəsinə nüfuz kiçik məsələ deyil. Amma bir daha vurğulayıram ki, düşüncəyə, mədəniyyətə, siyasətə nüfuzun əhəmiyyəti daha böyükdür.[18]
1) İmperialistlərin fitnəkarlığını tanımaq onunla mübarizə yoludur
Uhud savaşı bir qrupun öz mövqeyini buraxıb qənimət ardınca getməsi, nəticədə müsəlmanların məğlub olması çox dəyərli bir nümunədir. Həmin döyüşdə mövqeyini buraxanlar Allah-Taala tərəfindən qınandı. Bu nümunəni yaddan çıxarmamalıyıq. Dünya güclərinin zahirinə aldanmaq, Amerika və digər imperialistlərdən qorxmaq çəkinməli olduğumuz xüsusiyyətlərdir. Düşmənə inam, onun təbəssüm və vədlərinin tələsinə düşmək digər bir bəladır. Məsullarımız və aparıcı insanlarımız bu xüsusiyyətlərdən pəhriz etməlidir. Düşmən hansı libasda olsa onu tanımalıyıq. Digər bir təhlükəli xüsusiyyət özünə güvənib düşməndən qəflətdə qalmaqdır. Şücaət düşüncə və tədbirlə yanaşı olmalıdır. Şeytan qarşısında, cin və insanlardan olan şər qüvvələr qarşısında Allahın verdiyi bütün imkanlardan bəhrələnmək lazımdır. İxtilaf yaratmaq, inqilabçı qüvvələri bir-birinə vurmaq, mübarizə cəbhəsinin arxasında qarışıqlıq yaratmaq böyük təhlükələrdən biridir. Bütün bu hallarla ciddi mübarizə aparmaq lazımdır.[19]
Bir neçə tövsiyəm var. İlk tövsiyəm məsullara aiddir. Dünyada və regionda baş verən hadisələr göstərir ki, biz olduqca həssas zamandayıq. Sözün əsl mənasında bu bir tarixi dönüş nöqtəsidir. Bunu bilin. Əgər güclü olmasanız, sizə güc göstərəcəklər. Nəinki Amerika və Qərb, hətta Səddam kimiləri də sizə zor deyəcək. Gərək güclü olasınız.
Güc amilləri hansılardır? Necə bilək ki, güclüyük? Ruhiyyə, ümid, iş, təlaş, iqtisadi təxribatlarla tanışlıq, ideoloji hücumlardan xəbərdarlıq, təhlükəsizliyə yönəli fitnəkarlıqları görmək güc amilləridir. Bu amillər dövlət qurumlarının imkanlarını genişləndirir. [20]
2) İmperialistlərin qarşısında bəsirət möhkəm səddir
Quran bizi tarixdən ibrət götürməyə çağırır. Tarixdən ibrət götürmək üçün istəyimiz, nigarançılığımız olmalıdır. Bu nigarançılıqlar gələcəklə bağlıdır. Sual olunur ki, nə problemimiz var ki? Problem, baş verən hadisə ilkin İslam dövrünə aiddir. Düşünməyin yeri var ki, nə üçün Peyğəmbərin (s) vəfatından cəmi 50 il sonra əmirindən tutmuş qarisinə qədər müsəlman camaat Kufə və Kərbəlada bir yerə toplaşıb Peyğəmbərin (s) ciyərparəsini al-qana bələdilər. Nə üçün belə oldu? Belə bir vəziyyət yaranır ki, xalqın gözü qabağında Peyğəmbərin (s) ailəsini təqib edir, onları İslam yolundan çıxmaqda suçlayırlar. Onlara xarici dedilər. Xarici bu mənada deyil ki, onlar xarici ölkədən gəliblər. O zaman xarici sözü başqa mənada işlənib. Xarici deyəndə xəvaric qrupdan olanlar nəzərdə tutulub. Əgər bir şəxs adil imama qarşı qiyama qalxsa, xüruc etsə, Allahın, onun Rəsulunun (s), möminlərin lənətinə hədəf olur. Demək, xarici deyəndə ədalətli imama qarşı çıxanlar nəzərdə tutulub. Bu əsasla o dövr müsəlmanlarının xaricilərdən xoşu gəlməyib. Hədisdə deyilir ki, ədalətli imama qarşı qiyam qaldıran, xüruc edən şəxsin qanı hədərdir, yəni qətli vacibdir. İslamda insan həyatına çox dəyər verilir. Amma ədalətli imama qarşı çıxanla güzəştsiz rəftar olunur. İmam Hüseynin (ə) qiyamı zamanı elə insanlar vardı ki, Peyğəmbərin (s) oğlunu, Fatimeyi-Zəhranın (ə.s) oğlunu, Əmirəlmömininin (ə) oğlunu ədalətli imama qarşı xüruc etmiş, qiyam qaldırmış şəxs kimi tanıtdırırdı. Kimdir adil imam? Onlar Yezid ibn Müaviyəni ədalətli imam sayırdılar!! İmam Hüseyni (ə) xüruc etmiş kimi tanıtdırmaqda müvəffəq oldular. Zalım hökumət istədiyini danışır. Nə üçün xalq inanmalıdır? Nə üçün xalq sakit dayanmalıdır? Məni narahat edən bu nöqtədir. Sual yaranır ki, nə üçün vəziyyət bu yerə çatdı? Nə baş verdi ki, İslam ümməti İslam hökümlərinin xırdalıqlarına məşğul olub belə bir əhəmiyyətli məsələdə səhvə yol verdilər? Belə hadisələr insanı narahat edir. Biz Peyğəmbər (s) və Əmirəlmömininin (ə) dövründəki cəmiyyətdən möhkəmmiyik? Nə edək ki, onların səhvini təkrarlamayaq? Nə üçün bu vəziyyətin yarandığına əhatəli cavab verilmir. Bəzi səbəblər göstərilir ki, bütün bunlar qənaətbəxş deyil. Ona görə də bu mövzu üzərində dayanmaq, qısa şəkildə fikir bildirmək istəyirəm. Sözlərimi deyəndən sonra özünüz mühakimə aparın. Mütaliə əhli olanlar bu barədə araşdırma aparsın, mütaliə əhli olmayanlar bu səhvi təkrarlamamaq üçün yol axtarsın.
Əgər bu gün biz o səhvi təkrarlamağın qarşısını almasaq, 10-15 ildən sonra İmam Hüseynin (ə) dövründəki duruma düşə bilərik. Bu vəziyyətə düşməmək üçün dərinliyi görən iti gözlərimiz olmalıdır. Əgər sadiq bələdçi yol göstərsə, düşüncəli insanlar işi düzgün yola istiqamətləndirsə, bu hərəkət arxasında möhkəm iradə dayansa möhkəm bir sədd qurulacaq ki, bu səddi keçə bilməyəcəklər. Amma bu işi taleyin ümidinə buraxsaq İmam Hüseynin (ə) dövründəki şərait təkrarlanacaq. O zaman bütün qanlar boşa gedəcək.[21] Bu bilək düşmən harada bir pəncərə tapsa özünü o pəncərəyə vuracaq. Ayıqlığınızı gücləndirin.[22]
3) İzzət İmperialistlərlə mübarizə yoludur
Quran məntiqində həqiqi, kamil izzət Allaha məxsusdur. Allah cəbhəsində dayanan hər bir insan da bundan pay alır. Haqla-batil, Allahla şeytan cəbhələri arasında izzət Allah cəbhəsində dayananlara aiddir. Bu Quranın məntiqidir. Quran buyurur ki, izzət istəyən Allahdan istəsin, izzət bütünlüklə Allaha məxsusdur.[23]
Qurani-Kərimdə buyurulub ki, izzət Allaha, Onun peyğəmbərinə və möminlərə məxsusdur; amma münafiqlər və kafirlər bunu dərk etmir.[24] Həqiqi izzət və ucalıq mərkəzi haradadır? Bunu onlar dərk etmir. Qurani-Kərimdə özünü şeytani mərkəzlərə bağlayanlar, bu yolla ad qazanmaq istəyənlər haqqında buyurulur: İzzət və adı onların kənarında axtarırsınız?! Hansı ki, bütün izzət Allaha məxsusdur![25] Şuəra surəsində böyük peyğəmbərin təlaşlarından danışılır. Həzrət Nuh (ə), Həzrət İbrahim (ə), Həzrət Hud (ə), Həzrət Saleh (ə), Həzrət Şüeyb, Həzrət Musa (ə), haqqında söz açılır. Onlar Allah vəhyini insanlara çatdırırdı. Quran peyğəmbər cəbhəsinin küfr cəbhəsi üzərində qələbəsi haqqında buyurur: Bunda aydın nişanə var; amma çoxları heç vaxt iman gətirməz; sənin Rəbbin əziz və rəhimdir![26] Düşmən cəbhəsi çoxluq təşkil etsə də, zahirən güc onlar tərəfdə olsa da, böyük sərvətə sahib olsalar da, əllərində xeyli silah toplansa da tövhid cəbhəsi qalib gəldi. Burada ilahi ayələrdən bir ayət var. Sənin Rəbbin əziz və rəhimdir. Allah-Taala mübarək Şuəra surəsində bunu təkrarlayır. Surənin sonunda Peyğəmbərə (s) xitabən buyurulur ki, əziz və rəhim Allaha təvəkkül et.[27] O Allaha təvəkkül et ki, haqqın batil üzərində qələbəsini təzmin edir. Sonra buyurulur ki, səni ibadət üçün qalxanda görən şəxs səcdə edənlər arasında hərəkətini də görür…[28] O səni görür. Qiyam halında, səcdə halında, ibadət halında, hərəkət halında, təlaş halında sən Onun hüzurundasan. O eşidən və bilən Allahdır.[29] Quran məntiqinə görə insan izzəti, adı Allahdan istəməlidir. Bir insan, bir cəmiyyət izzətə çatanda bu izzət onun üçün istehkam olur. Düşmən bu səddi keçməkdə çətinlik çəkir. İzzət insanı düşməndən qoruyur. Fərd və cəmiyyətin izzəti nə qədər dərin olarsa düşmən nüfuzu da çətin olar. İzzətə çatmış insan iqtisadiyyat və siyasət sahəsində düşmənlərdən qorunduğu kimi, böyük düşmən olan şeytandan da qoruna bilir. Zahiri izzətə çatan insanlar belə bir səddən məhrumdur. İzzət batində, mahiyyətdə olmalıdır. Aldadıcı zahiri izzət insanı şeytandan qoruya bilməz. [30]
4) İslam vəhdəti İmperialistlər ilə mübarizə yoldur
Bu gün dünyanın müxtəlif nöqtələrində bütün müsəlmanlar, İslam ümməti, İslam vəhdəti barədə düşünməlidir. Əgər İslam ümməti barədə düşünsək öz xalqımızın mənafeləri də təmin olunacaq. Düşmənin məqsədi bizi bir-birimizdən ayırmaqdır. Bir ölkəyə hücum edilir, başqa ölkələrdən dəstək alınır. Düşmən bu üsulla hərəkət edir, biz buna yol verməməliyik. Düşmən kimdir? Amerika kapitalizmi, dünya imperializmi! Bu gün başda Amerika və sionistlər dayanır. Fələstin torpaqlarını işğal etmiş və xərçəng xəstəliyi kimi təhlükəli olan İsrail də düşmən cəbhəsinin bir hissəsidir. Bu cəbhə qarşısında dayanmaq, İslam və Qurana istinad etmək lazımdır. Bəzi yazılar və sözlər Quran düşüncəsindən uzaqdır. Quranda buyurulur ki, Allaha, Allahın nazil etdiyinə, İbrahimə, İsmailə, İshaqa, Yəquba, peyğəmbərlərə nazil olunana iman gətirdiyinizi deyin.[31] Müsəlmanın vəzifəsi Quran göstərişlərinə itaət etməkdir. Sonra buyurulur ki, əgər onlar siz iman gətirdiyiniz kimi iman gətirsələr doğru yolu tutarlar.[32] İslam plüralizmi qəbul etmir. Bəziləri iddia edir ki, İslam Həzrət Musa (ə), Həzrət İsanı (ə) təqdir edirsə, demək, plüralizmi də qəbul edir. Qurana müraciət etsinlər, Quran mətnlərini araşdırsınlar. Bilmədən, lazımi araşdırma aparmadan belə bir iddia irəli sürməsinlər. Bəqərə surəsinin 137-ci ayəsində buyurulur: Əgər onlar da siz iman gətirdiyiniz kimi iman gətirsələr hidayət olublar, əgər boyun qaçırsalar həqiqətdən uzaq düşüblər; Allah onların şərini səndən uzaqlaşdırar… Quran belə deyir. Sonra Peyğəmbər (s) haqqında buyurulur ki, o sizin hidayət olmanıza hərisdir, möminlərə mehribandır.[33] Fəth surəsinin 29-cu ayəsində isə möminlərin kafirlərlə sərt, öz aralarında mehriban olduğu buyurulur. Torpaq sədd kimi olmayın ki, düşmən bu səddən rahat keçə bilsin. Möhkəm olun, düşmən sizə nüfuz edə bilməsin. Amma öz aranızda mehriban davranın. Bir-birinizə qarşı qəlbləriniz pak olsun. Adlar, ünvanlar, coğrafi sərhədlər sizi bir-birinizdən ayırmasın, bir-birinizə düşmən etməsin. Bu Peyğəmbərin (s) dərslərindəndir. Peyğəmbərin (s) mövlud günlərində o böyük şəxsiyyəti tərif etmək bəs deyil. Onun həyatından ibrət götürmək lazımdır. Çalışmalıyıq ki, Peyğəmbərin (s) besət missiyasını gerçəkləşdirək. Qeyd etdim ki, bu gün dünyada prioritet ittifaq, birlikdir.[34]
Ölkə daxilində müxtəlif tayfalardan, dinlərdən olan qardaşlar və bacılar yumruq kimi birləşsinlər, düşmən nüfuzuna yol verməsinlər. Həmd olsun Allaha ki, bu günə qədər belə olub. Dünya miqyasında da sünnü və şiə qardaşlar bilsinlər ki, İslam dinini məhv etmək istəyən düşmən var.[35] Əvvəlkindən də artıq ölkənin inkişafı, məmləkətdə quruculuq üçün vəhdəti gözləyək. Ehtiyatlı olaq ki, düşmən təfriqə bayrağı qaldırıb aramıza nüfuz edə bilməsin. Harada təfriqə bayrağı qaldırılsa bilin ki, orada düşmən nüfuzu var, buna qarşı dayanın. Bəzən bu işə vasitə olanlar nə etdiyini bilmir. Qurani-Kərimdə buyurulur: Sizə xəbər verək ki, işdə ən zərərli kimlərdir? O şəxslər ki, dünya həyatında təlaşları puç olub, düşünürlər ki, yaxşı iş görüblər. Hansı ki, fəsad törədirlər…[36] Təəssüf ki, mənasız sözləri ilə cəmiyyətdə fəsad törədənlər var. Kim ixtilaf yaradırsa, ümidsiz danışırsa, bu şəxs bilərəkdən və ya bilməyərəkdən düşmənin təsiri altındadır. Ona qarşı çıxın, ona mane olun, inşaallah Allah-Taala yardımçınız olacaq.[37]
Nəticə: Sülhü əsrlər boyunca bəşəriyyətin ən böyük ehtiyacı da adlandırmaq olar. Bu gün üçün isə sülh yaşı milyon illərlə ölçülən dünyada milyonlarla insanın həqiqət nəğməsidir. Necə ki gündəlik yaşamaq üçün çörəyə, suya və nəfəsə ehtiyac duyuruq, eyni şəkildə bəşəriyyətin sülhə, sevgiyə və tolerantlığa ehtiyacı vardır. Mahiyyətcə dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf, insanların və insanlığın birlik və bərabərlik şəraitində yaşamasını özündə ehtiva edən sülh bəşəri məfhumdur. Amma bu gün İmperialist qüvvələr dünyada sülh olmaması üçün əllarindən gələni əsirgəmillər. Çünki onlar insaniyyətlə düşmənçilik edirlər. Biz düşmən deyəndə fantastik, təxəyyüli bir mövcud nəzərdə tutmuruq. Məqsədimiz dünya imperializmidir. İmperialist qüvvələr bu sıradandır. Onların həyatı başqalarını istismar üzərində qurulub. Müdaxilə edir, təbii sərvətləri ələ keçirir, insanları əsarətə alırlar. Bunlar hegemonçu qüvvələr, imperialistlərdir. Başqa sözlə, imperialist qüvvə başçılarıdır. Amerika Birləşmiş Ştatları bir imperialist gücdür. Bəli bugün dünya məmləkətlərində imam Xomeyni (r.ə) kimi şücaətli ,səbirli siyasətçil , və ən əsası imanlı rəhbə ehtiyac duyulur . Yalnız imam Xomeyni (r.ə) kimi imanli və bəsirət əhli olan biri dünyada sülh yarada bilər biz bunun nümunəsinin illər öncə şahidi olduq. Sülh yaratmaq üçün inanca ehtiyac var Çünki, bir milləti ayağda saxlayan amil , həmin millətin inanclarıdır. Əgər bir millət öz inancını itirdisə , şübhəsiz həmin millət başqa bir millətin inancının təsiri altına düşəcəkdir. Bugün dünya millətləri əgər sülh və əmin-amanlıq yaratmaq istəyirlərsə , gərəy öz inancılarında sabit qalalar. Bir millət əgər hansısa bir inanca sahib olmaq istəyirsə gərəy elm yolun seçsin. Elmi araşdırmasız cəmiyyəti irəli aparmaq olmaz. Bəşəriyyətin düşmənləri də elmdən faydalanır. Elimsiz millət bəsirətsiz və inancsiz millət deməkdir .İnancsız və bəsirətsiz millətdə əsir millət deməkdir. İxtilaf yaratmaq, inqilabçı qüvvələri bir-birinə vurmaq, mübarizə cəbhəsinin arxasında qarışıqlıq yaratmaq böyük təhlükələrdən biridir. Bütün bu hallarla ciddi mübarizə aparmaq lazımdır. Bu bilək düşmən harada bir pəncərə tapsa özünü o pəncərəyə vuracaq. Bir insan, bir cəmiyyət izzətə çatanda bu izzət onun üçün istehkam olur. Düşmən bu səddi keçməkdə çətinlik çəkir. İzzət insanı düşməndən qoruyur. Fərd və cəmiyyətin izzəti nə qədər dərin olarsa düşmən nüfuzu da çətin olar. İzzətə çatmış insan iqtisadiyyat və siyasət sahəsində düşmənlərdən qorunduğu kimi, böyük düşmən olan şeytandan da qoruna bilir. Bu gün dünyanın müxtəlif nöqtələrində bütün müsəlmanlar, İslam ümməti, İslam vəhdəti barədə düşünməlidir. Əgər İslam ümməti barədə düşünsək öz xalqımızın mənafeləri də təmin olunacaq. Düşmənin məqsədi bizi bir-birimizdən ayırmaqdır. Bir ölkəyə hücum edilir, başqa ölkələrdən dəstək alınır. Düşmən bu üsulla hərəkət edir, biz buna yol verməməliyik. Ehtiyatlı olaq ki, düşmən təfriqə bayrağı qaldırıb aramıza nüfuz edə bilməsin. Harada təfriqə bayrağı qaldırılsa bilin ki, orada düşmən nüfuzu var, buna qarşı dayanın.
Məqalədə istifadə olunan mənbələr :
Kitablardan:
- Qurani-Kərim
- Nəhcül-Bəlağə,
- İmamət və məhdəviyyət, Ayətüllah Lütfüllah Safi Qulpayiqani
- Biharul-ənvar ,Əllamə Məclisi
- Bəsairüd-dərəcat, Məhəmməd ibn Həsən ibn Fərrux Səffar Qummi
- Firdovsül-əxbar, Əbu Şüca Şiruyə ibn Şəhdar ibn Şiruyə Deyləmi
- Düşmən Nüfuzu Maksud Sayıl
İnternet :
- Maidə.az
- az
[1] .Nəhcül-bəlağə, xütbə 173
[2]. Şəhid Behişti Universitetinin müəllim və tələbələri ilə görüş, 2004
[3] .Şəhid Behişti Universitetinin müəllim və tələbələri ilə görüş, 2004
[4]. İbrahim surəsi, ayə 9; Muminun surəsi, ayə 44.
[5]. Ğafir surəsi, ayə 83; Qəsəssurəsi, ayə 78; Zümər surəsi, ayə 49.
[6] .Əhzab surəsi, ayə 67; Səbə surəsi, ayə 31-32.
[7] . Hud surəsi, ayə 27-36.
[8]. “İmamət və məhdəviyyət”, Ayətüllah Lütfüllah Safi Qulpayiqani”, 52-ci cild, səh.336.
[9]. “Biharul-ənvar”, 52-ci cild, səh.317.
[10]. “Biharul-ənvar”, 52-ci cild, səh.318.
[11]. “Bəsairüd-dərəcat”, Məhəmməd ibn Həsən ibn Fərrux Səffar Qummi, səh.141.
[12] “Bəsairüd-dərəcat”, Məhəmməd ibn Həsən ibn Fərrux Səffar Qummi, səh.141.
[13]. “Firdovsül-əxbar”, Əbu Şüca Şiruyə ibn Şəhdar ibn Şiruyə Deyləmi, 2-ci cild, səh.429.
[14] .“İmamət və məhdəviyyət”, Ayətüllah Lütfüllah Safi Qulpayiqani, 2-ci cild, səh.371.
[15] .Beynəlxalq Əhli-Beyt (ə) Assambleyası və İslam-Teleradio Şəbəkəsi İttifaqının üzvləri ilə görüş, 2016
[16] .Bəsic – könüllülər dəstələrinin komandirləri ilə görüş, 2016
[17] .Bəsic – könüllü dəstə komandirləri ilə görüş, 2016
[18] .İnqilab keşikçiləri komandanları ilə görüş, 2016
[19] .Beynəlxalq İslam Oyanışına bəyanat, 2012
[20]. Dövlət məsulları ilə görüş, 2015
[21] .Məhəmməd Rəsulullah 27-ci korpusunun komandanları ilə görüş, 1997
[22] .Universitet hadisəsi ilə bağlı bəyanat, 2000
[23].Fatir surəsi, ayə 10
[24] .Munafiqun surəsi, ayə 80
[25] .Nisa surəsi, ayə 139
[26]. Şuəra surəsi, ayə 8, 9
[27]. Şuəra surəsi, ayə 217
[28] .Şuəra surəsi, 218, 219
[29] .Şuəra surəsi, ayə 220
[30]. İmam Xomeyninin (r) vəfat il dönümü mərasimi, 2013
[31].Bəqərə surəsi , ayə 136
[32]. Bəqərə surəsi, ayə 137
[33].Tövbə surəsi, ayə 128
[34]. İslam Vəhdəti Beynəlxalq Konfransının məsulları və qonaqları ilə görüş, 2015
[35]. İmam Xomeyninin (r) 26-cı vəfat ildönümü mərasimi, 2016
[36]. Kəhf surəsi, ayə 103-104
[37].Cəmiyyətin müxtəlif zümrələrinin beyət mərasimi, 1990
Araşdırdı: Fariz Əliyev.