Qiyam üçün hazırlıqlar bir gecədə tamamlanar

Bismillahir rəhmanir rəhim 

Əhli-Beyt (ə) hədislərindən istifadə edildiyi kimi Hz.Məhdinin (ə.f) zühuru əsnasında bir sıra hadisələr baş verəcək ki, bu hadisələr İmamın (ə.f) irəliləmə və müvəffəqiyyətə çatması üçün lazımlı şərtləri hazırlayacaq. Belə ki, hədislərdə bəyan olunduğu kimi Allahın iradəsi ilə bir gecədə işlər düzələcək və qiyamın əsas  hazırlıqları tamamlanacaq.
Əbdüləzim Həsəni İmam Təqidən (ə) belə nəql edir: “Qaimimiz Məhdidir (ə.f) ki, qeybət zamanında onun zühurunu gözləmək və zühur edincə ona itaət etmək lazımdır. O, mənim üçüncü övladımdır. Məhəmmədi (s) peyğəmbər, bizləri də imam seçən Allaha and olsun ki, əgər dünyanın bir günlük ömrü də qalsa Allah-təala Məhdinin (ə.f) zühuru üçün o günü uzadar. Hz.Məhdi (ə.f) qiyam edəcək və zülmlə dolan yer üzünü ədalətlə dolduracaq. Allah-təala onun işlərini bir gecədə səhmana salacaq. Necə ki, Musa Kəlimullahın işini bir gecədə düzəltdi. Musa həyat yoldaşı üçün od gətirməyə getdi, amma risalət və nübüvvət tacı ilə geri döndü.” Daha sonra İmam “Şiələrin ən yaxşı əməllərindən biri də qurtuluşu gözləməkdir.” (İsbat-ul Hudat, c.6, s.240) deyə  buyurdu.

Hz.Peyğəmbər (s) belə buyurur: “Vəd edilmiş Məhdi (ə.f) bizdəndir. Allah-təala onun işlərini bir gündə yoluna qoyacaqdır”. (Əl-Havi lil Fətava, Suyuti, c.2, s.124)

İmam Sadiq (ə) buyurur: “Sahibul-Əmrin (ə.f) doğumu insanlara gizli qalacaq. Ta ki, zühur etdiyində heç kimin beyəti boynunda qalmasın. Allah-təala onun işlərini bir gecədə yoluna qoyacaqdır.” (Biharul Ənvar, c.52, s.96)

İmam Hüseyn (ə) buyurmuşdur: “Doqquzuncu övladımda Hz.Yusif və Hz.Musanın sünnəti olacaqdır. Biz Əhli-Beytin (ə) Qaimi (ə.f) odur. Allah-təala onun işlərini bir gecədə yoluna qoyacaqdır.” (Biharul Ənvar, c.51, s.133)

 

“Müxtəlif baxışlardan İmam Zaman (ə.f)”

Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir

Leave a Comment