Bismillahir Rəhmanir Rəhim
Qeyri-şiə tarixçilərin və soyşunas alimlərin İmam Məhdinin (ə.f) doğulması barəsindəki sözləri son dərəcə aydındır.
- İbn Xəllikan yazır: “Şiələrin fikrincə Əbulqasim Muhəmməd ibn Həsən Əskəri (ə) on ikinci imamdır və “höccət” adı ilə məşhurdur. O, iki yüz əlli beşinci il, Şaban ayının on beşi, cümə günü dünyaya gəlib” (Vəfəyatul-əyan, c.4, səh.176, hədis.562)
- Zəhəbi yazır: “Şiələr İmam Həsən Əskərinin (ə) oğlunun, yəni Məhəmməd ibn Həsənin (ə) qaim, canişin və höccət olmasına etiqad edirlər. O, iki yüz əlli səkkizinci ildə, başqa bir nəzərə görə isə iki yüz əlli altıncı ildə dünyaya gəlmişdir.” (Tarixul-İslam, c.19, s.113,159)
- İbn Həcər Heytəmi deyir: “İmam Həsən Əskərinin (ə) Əbulqasim Məhəmməddən (ə) başqa bir övladı qalmadı və möhtərəm atası vəfat edəndə onun beş yaşı var idi.” (Əs-Səvaiq, s.255 və 314)
- Xeyrəddin Zirikli deyir: “O, Samirra şəhərində doğulub və beş yaşında olanda atası vəfat edib.” (Əl-Əlam,c.6, s.80)
“İntizar” kitabından
Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.