Bismillahir rəhmanir rəhim
«Nəhcül-bəlağə»də qeyd olunduğu kimi, imam Əli (ə) buyurur: Tarixdə elə layiqli bəndələr olub ki, Allah-taala onlarla əql və əndişə qüvvəsi ilə danışıb. İmam Əli (ə)-ın bu barədəki kəlamı belədir: «Allah-taalanın hər bir əsr və zamanda, xüsusilə peyğəmbərlərin mövcud olmadığı dövrlərdə elə bəndələri vardır ki, onlarla (ilham yolu ilə) əndişə və əql qüvvəsilə danışır, onların gözlərini, qulaqlarını və qəlblərini ayıqlıq nuru ilə işıqlandırır.»
Layiqli bəndələrin xüsusiyyətləri «Şə᾽baniyyə» münacatında belə qeyd olunur:
«Pərvərdigara, məni o kəslərin cərgəsində qərar ver ki, Sən onları çağıranda Sənə cavab verərlər, onlara diqqət yetirəndə Sənin cəlalının nurunun təcəllisi onları bihuş edər. Sən gizlində onlarla sirlərdən danışarsan, onlar da aşkarda Sənin üçün əməl edərlər».
Cavan oğlan olan Rəcəbəli əmmarə nəfsinin əlindən və şeytanın tələsindən xilas olduqdan, bəsirət gözləri açıldıqdan sonra Allahın layiqli bəndələrinin sırasına keçir və bundan sonra bə᾽zən yuxuda, bə᾽zən də ayıqlıqda Allah-taalanın hidayətedici imkanlarından, Allah yolunun ixlaslı bəndələrinə və həqiqi mücahidlərinə məxsus olan hidayətdən bəhrələnir.
Bu hidayət növü Peyğəmbərdən (s) nəql olunan bir hədisdə belə bəyan edilir: «Allah-taala bir bəndəsinin yaxşılığını istəsə, onu dində fəqih və agah qərar verər, bu yolu ona ilham edər.
Məhəbbət iksiri (Şeyx Rəcəbəli Xəyyat haqqında), Məhəmməd Reyşəhri