Bismillahir rəhmanir rəhim
Hər bir kəs “İmamı Zaman, insanların arasında olsaydı və dolayısilə ehtiyac anında ona müraciət edildiyində problemlərini həll etsəydi onların dini və dünyası üçün daha yaxşı olardı. O halda “Nə üçün qaib oldu?” şəklində bir sual soruşa bilər.
Bəzi maneələr olmasaydı Həzrətin (ə.f) zühuru əlbəttə ki daha faydalı olardı. Amma görürük ki Allahı Təala o müqəddəs varlığı gözlərdən gizləmişdir. Kənar yandan Allahın hərəkətləri də möhkəm bir şəkildə olub, məsləhətlər və gerçək hökmlər üzrə reallaşmaqdadır. O halda təfsilatını biz bilməsək də, İmamın (ə.f) qeybətinin əlbət bir hikmət və səbəbi vardır. Aşağıdakı hədisdə qeybətin təməl səbəblərinin insanlara bəyan edilmədiyini və Əhli Beyt İmamları xaricində heç kimsənin bunlardan xəbərdar olmadığını açıqlamaqdadır.
Abdullah ibn Fəzl Haşimi, İmam Sadiq (ə) belə buyurur: “Sahib-ul Əmrin istər istəməz bir qeybətii olacaq. Belə ki, dindən sapanlar şübhəyə düşəcəklər.” İmama “Nə üçün?” deyə ifadə etdim. İmam belə buyurdu: “Biz bunun səbəbini bəyan etməyə icazəli deyilik.” “Hikməti nədir?” deyə soruşdum. İmam “Keçən hüccətlərin qeybətində mövcud olan hikmətlər, İmamın qeybətində də vardır” buyurdu. “Amma hikmətləri, o zühur etmədikcə müəyyən olmayacaq. Necə ki, Hz. Xızırın (ə) əliylə gəminin deşilməsi, uşağın öldürülməsi və divarın düzəldilməsinin hikməti də bir-birlərindən ayrılmaq istədikləri ana qədər müəyyən olmadı. Ey Fəzlin oğlu, qeybət mövzusu Allahın sirlərindən bir sirr, Allahın qeyblərindən bir qeybdir. Çünki biz Allahı hikmət sahibi olaraq qəbul edirik. Təfsilatı bizlərə müəyyən olmasa da işlərinin hikmət üzrə olduğunu etiraf etməliyik.” [1]
Zikr edilən hədisdən də aydın olduğu kimi qeybətin əsl səbəbləri açıqlanmamışdır. Bunun səbəbi ya insanların anlamasında bir məsləhətin olmaması; ya da anlayış qabiliyyətlərinin olmamasıdır. Amma hədislərdə qeybət üçün üç hikmət bəyan edilmişdir:
1- Bu bir imtahan və sınaqdır. Beləcə güclü imanı olmayanların batini ortaya çıxsın; köklü bir imana sahib olanların isə qurtuluşu gözləyiş və müsibətlərə səbr etmə vasitəsiylə dəyərləri məlum olsun və bəzi savablar əldə etsinlər. Musa ibn Cəfər (ə.s) belə buyurur: “Yeddinci İmamın beşinci övladı qaib olduğunda dininizi qoruyun. Kimsə sizi dininizdən çıxarmasın. Ey oğlum, Sahib-ul Əmrin istər istəməz bir qeybəti olacaq. Eləki möminlərdən bir qrup inanclarından dönəcəklər. Allah Təala qeybət vəsiləsiylə qullarını imtahan etməkdədir.” [2]
2- Qeybət vəsiləsiylə zalımlara beyət etməkdən qorunmaqdadır. Həsən ibn Fəzzal belə deyir: “Əli ibn Musa Rza (a) belə buyurur: “Üçüncü övladımın (İmam Həsən Əsgəri) vəfatından sonra şiələrimin hər yerdə imamlarını axtardığını, amma onu tapa bilmədiklərini indidən görür kimiyəm. “Nə üçün ey Rəsulullahın övladı?” deyə soruşdum, Həzrət belə buyurdu. “Çünki imamları qaib olacaq.” Nə üçün qaib olacağını soruşduqda da Həzrət “Qılıncıyla qiyam etdiyində heç kimin beyətı boyunda olmasın deyə” buyurdu.” [3]
3- Qeybət vasitəsiylə öldürülmə təhlükəsindən xilas olmaqdadır. Zürarə belə deyir: “Hz. Sadiq (ə), “Qaim mütləq qaib olmalıdır” deyə buyurdu, “Nə üçün?” deyə soruşdum, “Öldürülməkdən çəkinməkdədir” buyuraraq əlləriylə qarınlarına işarə etdilər.” [4]
Bu üç hikmət Əhli Beytdən nəql edilən hədislərdə yer almışdır.
[1] – Bihar-ul Ənvar, c. 52, s. 91.
[2] – Bihar-ul Ənvar, c. 52, s. 113.
[3] – Bihar-ul Ənvar, c. 51, s. 152.
[4] – Isbat-ul Hüdat, c. 6, s. 437.
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.