Bismillahir rəhmanir rəhim
Şeyx Tusi (r.ə) belə deyir: “Qeybət zamanında İmam Mehdidən (ə.f) görülən kəramətlər, sayılmayacaq qədər çoxdur.” [1]
Burada nümunə olaraq bunlardan ikisini zikr edirik:
1) İsa b. Nəsr belə izah edər: Əli b. Samuru İmam Mehdiyə (ə.f) bir məktub yazaraq ondan özü üçün bir kəfən istədi, cavabında; “Sənin səksən ilində (hicri 280 ilində və ya 80 yaşında) ehtiyacın olacaq” deyə cavab gəldi və İmamın buyurduğu kimi 80 ilində vəfat etdi və vəfatından əvvəl İmam Mehdi (ə.f) ona istədiyi kəfəni göndərdi. [2]
2) Məhəmməd b. Surə əl-Qummu (Qum şəhərinin böyük alimlərindən) belə nəql edər: Əli b. Hüseyni Babaveyh, əmisi Məhəmməd b. Musa Babavehin qızı ilə evləndi, amma ondan övlad sahibi olmadı. İmam Mehdinin (ə.f) üçüncü naibi olan Hüseyn b. Ruha bir məktub yazaraq onun vasitəsiylə İmam Mehdidən (ə.f), ona övlad verilməsi və bu övladlarının alim olması üçün Allahdan dua etməsini xahiş etdi.
İmam (ə.f) tərəfindən bu cavab gəldi: “İndiki xanımından övladın olmayacaq, amma yaxında sahib olacağın Deylemli bir nökərdən iki fəqih oğlun olacaq.”
İbni Babavey, Məhəmməd, Həsən, və Hüseyn adında üç uşaq sahibi oldu, Məhəmməd və Hüseyn parlaq yaddaşlı iki fəqih oldular, Qum şəhərində heç kimin öhdəsindən gələ bilmədiyi mövzuların öhdəsindən gəlmişdilər. Xalq, rəvayət və hədislərin nəqlində Əli b. Hüseyn b. Babaveyhin iki oğulu Məhəmməd və Hüseynin yaddaşlarına heyrətlənər və bu mövqe İmam Mehdinin (ə.f) duasıyla sizə nəsib oldu deyərdilər. Bu hadisə Qum xalqı arasında çox məşhur idi. [3]
Bilindiyi üzrə İmamın duası hörmətinə dünyaya gəlmiş olan Məhəmməd b. Əli b. Babaveyin fiqh və hədis sahəsində onlarla əsəri mövcuddur. Şiənin hədisdəki dörd təməl qaynağından biri olan “Mən la Yəhzuruhul Fəqih” kitabı da onun əsəridir.
[1] – Qeybəti Şeyx Tusi, s. 170.
[2] – Qeybəti Şeyx Tusi, s. 172.
[3] – Qeybəti Tusi, s. 188. Biharul-Ənvar, c. 51, s. 324.
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.